• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ədliyyə naziri Masallıda vətəndaşların qəbulunu keçirib

    Ədliyyə naziri Masallıda vətəndaşların qəbulunu keçirib

     
    Ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

    Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov Masallı rayonunda Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
    Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ifadə olunub.
    Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək, qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
    Bölgə sakinləri onların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasına, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
    Səfər zamanı nazir yerli ədliyyə və məhkəmə orqanlarına baş çəkərək fəaliyyəti və iş şəraiti, habelə Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Masallı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Fikrət Məmmədov ədliyyə işçiləri ilə görüşərək fəaliyyətin təkmilləşdirilməsi, vətəndaşlara qayğılı münasibət göstərilməklə məmnunluğun təmin olunması, neqativ halların yolverilməzliyi, etik davranış qaydalarına və nizam-intizama dönmədən əməl edilməsi ilə bağlı qəti tapşırıqlar verib.
    Həmçinin Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Masallıda inşa olunan yeni məhkəmə binasının tikintisinin gedişatı ilə tanış olunub. Müasir tələblərə uyğun inşa olunan üç mərtəbədən ibarət məhkəmə binasının vətəndaşlarla hakimlər arasında qeyri-prosessual münasibətlərin qarşısını almaq məqsədilə ictimai və inzibati zonalara bölünməsi, həmçinin, elektron məhkəmə informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastrukturun quraşdırılması nəzərdə tutulub. Nazir tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılmasına dair müvafiq göstərişlər verib.
    Həmin gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş zona müşavirəsi keçirib.
    Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin də iştirak etdikləri müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, bu sahədə yol verilən nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.
    Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, görülən işlərdən danışan Fikrət Məmmədov məhkəmə sisteminin müasirləşdirilməsini, hakimlərin ən şəffaf seçimini, elektron məhkəmə informasiya sisteminin tətbiqini, yeni məhkəmə bina və komplekslərinin tikilərək istifadəyə verilməsini qeyd edərək, həyata keçirilən tədbirlərin məhkəmə fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanları artırılmaqla məhkəmə sisteminə əlçatanlığın asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib.
    Qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi daim diqqətdə saxlanılır. Ötən dövrdə kobud qanun pozuntularına, korrupsiya hüquqpozmalarına və vətəndaşların haqlı narazılığını doğuran digər nöqsanlara yol verən hakimlər barəsində Məhkəmə-Hüquq Şurasının qərarları ilə ciddi intizam tədbirləri görülüb. Təkcə ötən il qiymətləndirmə nəticəsində 20 hakim, o cümlədən 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəməsinin 8 hakimi aşağı işə keçirilib.
    Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik, işlərin hərəkətsiz saxlanılması, tərəflərin bərabərliyi və çəkişmə prinsipinin real təmin olunmaması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftara yol verilməsi qeyd edilərək belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib.
    Bununla bağlı məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf hakimlərin təmsil olunmasının zəruriliyi vurğulanıb, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilərək hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması, eləcə də hakim korpusunun yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi üzrə işlərin davam etdirildiyi qeyd olunub.
    Həmçinin etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşların məhkəmələrə etimadının artırılması ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb, apellyasiya məhkəmələri tərəfindən prinsipiallığın artırılmasının, qanun pozuntularına ciddi reaksiya verilməsinin, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.AZƏRTAC.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:59 Prezident İlham Əliyev Lənkəran, Astara və Lerik rayonlarına səfərə gəlib
    2. 22:49 Açıq birincilkdə Masallı taekvondoçuları fərqlənib
    3. 18:39 Kitab mənim dostumdur
    4. 18:41 Masallıda yol infrastrukturu yaxşılaşır
    5. 15:18 Masallı RİH başçısının Çaxırlı ərazisində səyyar görüş-qəbulu
    6. 20:22 Xalq artisti İlham Əsgərovun xatirəsi anılacaq
    7. 16:01 Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
    8. 13:00 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
    9. 19:03 Yer şumlanıb, taxıl səpilir
    10. 18:45 Sitrusçuluq: cana və cibə faydalı
    11. 18:16 Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonu ilə tanış olub
    12. 18:13 Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
    13. 17:57 Masallı polisinin veteranı “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib
    14. 17:43 Masallıda Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anıldı
    15. 10:31 Prezidentin mətbuat xidmətinin məlumatı
    16. 09:16 Masallılı müəllim “Tərəqqi” medalına layiq görülüb
    17. 21:37 Masallıda “5 oktyabr - Müəllimlər günü” qeyd edildi
    18. 21:18 Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisinin etimadnaməsini qəbul edib
    19. 18:27 Masallı Dövlət Regional Kollecində müəllim günü ovqatı yaşandı
    20. 18:07 Masallı RİH başçısının Boradigah qəsəbə ərazisində səyyar görüş-qəbulu
    21. 16:25 Təhsil Nazirliyi Masallı rayonuna mediatur təşkil edib
    22. 21:33 Ədliyyə naziri Masallıda vətəndaşların qəbulunu keçirib
    23. 17:57 Masallıda “Qızlarımız təhsildə” layihəsi üzrə 20 məktəbdə seminarlar başa çatıb
    24. 15:28 Prezident İlham Əliyev Çexiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    25. 13:11 1993-cü il 3 oktyabr – müstəqilliyin, sabitliyin və davamlı inkişafın təməlinin qoyulduğu gün
    26. 12:59 Açıq birincilikdə Masallı taekvondoçuları 3 bürünc medal qazanıblar
    27. 19:43 Masallıda prokurorluq işçilərinin peşə bayramı və 100 illiyi qeyd olunub
    28. 19:34 ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyəti Masallıda olub
    29. 17:34 İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub
    30. 17:31 İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimdə iştirak ediblər
    31. 14:30 Masallının təsərrüfat xəbərləri
    32. 13:41 Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxırlar
    33. 19:57 Prezident İlham Əliyev Milli Gimnastika Arenasında final görüşünə baxıb
    34. 19:41 Masallı RİH başçısının Xıl kəndində səyyar görüş-qəbulu
    35. 13:15 Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib
    36. 13:12 Masallıda “Breyn-rinq” intellektual bilik yarışı keçirilib
    37. 21:59 Birinci vitse-prezident Mehriban Əliyeva “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransın açılışında iştirak edib
    38. 18:43 Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    39. 15:41 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
    40. 15:08 Masallıda “Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Bütün xəbərlər
    «    Oktyabr 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ