• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Nərimanov rayonunda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının və İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib

    Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Nərimanov rayonunda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının və İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib

     
    Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Nərimanov rayonunda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının və İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib

    Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Nərimanov rayonunda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışında iştirak edib

    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, oktyabrın 23-də Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub.
    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
    Məktəbin direktoru Şahzadə İsgəndərova burada yaradılan şərait barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi. Bildirdi ki, 11 saylı xüsusi təhsil məktəbi 1937-ci ildən fəaliyyət göstərir. Bu təhsil ocağının köhnə binası 1897-ci ildə inşa edilmişdi. Heydər Əliyev Fondu tərəfindən aparılan monitorinq nəticəsində məktəb binasının təhsilə tam yararsız olduğu aşkar edilmiş və Nərimanov rayonunda məktəb üçün yeni binanın inşasına qərar verilmişdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsdi və bu təhsil ocağında yaradılan şəraitlə tanış oldu.
    Qeyd edildi ki, təhsil müəssisəsinin binasının ümumi sahəsi 4 min kvadratmetrdən çoxdur. Burada 21 sinif otağı, psixoloq, defektoloq, həkim otaqları, idman və akt zalları, yeməkxana var. Eyni zamanda, burada uşaqların istifadəsi üçün kitabxana yaradılıb.
    Məktəbin üçmərtəbəli binası 250 şagird yerlikdir. Hazırda 651 nəfər evdə, 137 şagird isə məktəbdə təhsil alır. Məktəbdə 289 müəllim çalışır və onlar autizm, Daun sindromlu, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Ümumtəhsil proqramını mənimsəyə bilməyən şagirdlər də il ərzində aşkarlanaraq bu məktəbə yönləndirilir. Onillik məktəbin tədris planına defektoloq saatları daxil edilib. Eyni zamanda, xüsusi uşaqlar üçün psixoloq saatları ayrılıb. Texnologiya dərslərində isə uşaqların bacarıqları aşkar olunur. Bir sözlə, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması, onların təlim-tərbiyəsi ilə hərtərəfli məşğul olmaq üçün bütün imkanlar mövcuddur. Bütün bunlar isə xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, bu qəbildən olanların təhsil problemlərinin həlli istiqamətində son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli addımların atılmasından irəli gəlir. 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir səviyyədə inşa olunması bir daha sübut edir ki, Fond da bu istiqamətdə dövlətin icra etdiyi layihələrə sanballı töhfələr verir. Bu layihənin icrası aydın şəkildə göstərir ki, humanizm, insani dəyərlərə hörmət, dinindən, dilindən, cinsindən, yaşından asılı olmayaraq hər kəsə diqqət göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində əsas prinsiplərdən biridir.
    Məktəbin həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zonası yaradılıb, istirahət köşkləri qurulub.
    11 saylı xüsusi təhsil məktəbinin yeni binasında yaradılan şəraitlə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu təhsil ocağına fəaliyyətində uğurlar arzuladı.


    Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib

    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışında iştirak edib.
    Cəmiyyətin, ölkənin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycanda bu münasibətlər yüksək səviyyədə tənzimlənir. Vətəndaşlarının əksəriyyəti müsəlman olan Azərbaycanda məscidlərin, eyni zamanda, rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikilməsi və təmiri dövlətin bu istiqamətdə apardığı siyasətin göstəricisidir. Bu sahədə Heydər Əliyev Fondunun da gördüyü işlər böyük əhəmiyyətə malikdir.
    Məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İmam Hüseyn məscidi barədə məlumat verdi.
    Bildirildi ki, məscid 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. 1920-ci ildə bolşevik işğalından sonra məscid bir müddət bağlı qalıb. Lakin sonralar yenidən dindarların istifadəsinə verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid təmir olunub.
    Azərbaycanın qədim məscidlərindən biri olan İmam Hüseyn məscidində 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə başlanılıb. Yüksək keyfiyyətlə aparılan təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.
    Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərilib. Son bir neçə ildə ölkədə onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib. Təbii ki, bu prosesdə Heydər Əliyev Fondu da xüsusi fəaliyyəti ilə seçilib. Fondun dəstəyi ilə bərpa olunan İmam Hüseyn məscidinin istifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.
    Məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident Mehriban Əliyevaya Müqəddəs Qurani-Kərim hədiyyə etdi.
    Dövlət-din münasibətlərinin Azərbaycan modeli bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Azərbaycanın bu istiqamətdəki siyasəti artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq edib. Azərbaycan öz milli-mənəvi, dini dəyərlərinə sadiq, onları qoruyan, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyən bir ölkə kimi tanınır.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:39 Masallıda ağacəkmə kampaniyası
    2. 18:12 Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
    3. 18:12 Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
    4. 17:06 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd olunub
    5. 16:51 "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" – Masallıda tədbir
    6. 14:26 Bakının Səbail, Xətai, habelə Gəncə, Qazax, Ağstafa şəhər və rayonlarının məktəbliləri Masallıda
    7. 22:26 Gədəbəy, Daşkəsən, Şəmkir və Samux məktəbliləri Masallıda
    8. 18:32 İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
    9. 16:24 Prezidentin Sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib
    10. 16:18 Prezidentin Sərəncamı ilə Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib
    11. 15:35 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
    12. 15:29 Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
    13. 15:16 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Masallıda vətəndaşları qəbul edib
    14. 22:13 Masallı məktəblilərinin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
    15. 22:02 Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçiriləcək
    16. 17:23 Masallı RİH başçısının Həsənli ərazisində görüş-qəbulu
    17. 16:15 Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
    18. 14:31 Masallı məktəbliləri ölkəmizin Qərb bölgəsinə yola düşüblər
    19. 21:40 Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub
    20. 17:02 Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    21. 21:36 Masallı taekvondoçuları Dağıstanda 2 qızıl, 1 bürünc medal qazanıblar
    22. 20:23 Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
    23. 20:09 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    24. 21:53 “Skalper” Xəstələrə Yardım” İctimai Birliyi Masallıda tədbir keçirib
    25. 16:58 Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    26. 16:03 Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu
    27. 15:10 Masallı RİH başçısının Qarğalıq ərazisində səyyar görüş-qəbulu
    28. 22:54 Biləsuvar Regional Mədəniyyət İdarəsinin incəsənət nümayəndələri Masallıda
    29. 22:16 Birinci vitse-prezident Mehriban Əliyeva Şüvəlan qəsəbəsində “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib
    30. 15:48 Masallı Dövlət Regional Kollecində Bayraq Günü qeyd edilib
    31. 14:25 Prezident İlham Əliyev “Bravo” supermarketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edib
    32. 14:11 Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    33. 17:27 Masallının incəsənət ustaları Astarada
    34. 18:05 Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gəlib
    35. 18:01 Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    36. 17:58 Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    37. 15:55 Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
    38. 14:06 Masallılı idmançı İtaliyada tarix yazdı
    39. 20:22 Masallının ləzzətli “Cənub” çörəyi Çaxırlı kəndindədir
    40. 19:35 “Halay” Türkiyədən qastrol səfərindən qayıdıb
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
       MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli Ətraflı oxu
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Bütün xəbərlər
    «    Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    DÜNYA XƏBƏRLƏRİ