• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » RİH başçısının Masallı şəhərində səyyar görüş-qəbulu

    RİH başçısının Masallı şəhərində səyyar görüş-qəbulu

    Şəhərə doğma münasibət bəslənməlidir
     
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu şəhərin Dadva ərazisində yerləşən “Dəfinə”  məktəb-liseyində keçirdi. Təhsil ocağının iclas zalında şəhərin sakinləri,  rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak edirdilər.
     
    Görüş-qəbulu açan RİH başçısı Rafil Hüseynov sakinləri salamlayıb dedi:
    -Görüşün məhz şəhərin Dadvada keçirilməsinin səbəbi budur ki, bu istiqamətdə inzibati, idman, istirahət obyektləri yerləşir. Hazırda burada bir çox obyektin inşası davam etdirilir. Bu gün Masallı üç istiqamətdə genişlənir. Şəhərin ticarət, sənaye və yaşayış mərkəzləri böyük sürətlə inkişaf etdirilir. Şəhərin yaşayış massivi Ərkivan  tərəfə irəliləyəcək. Burda yeni körpü də salınacaq. Bütün bunlar Masallının baş planında əksini tapır. Şəhərin baş planında nəqliyyat, tibb, istirahət obyektləri özünü açıq göstərir. Dünənədək kənd kimi tanınan Dadva bu gün Masallının ən gözəl və qaynar nöqtələrindəndir. Burada yaşıllıqlar salınıb, işıqlandırma sistemi qurulub. “ASAN” xidməti, idman kompleksləri, idarələrin yaraşıqlı binaları bu yerin simasını tamamilə dəyişdirib. Hələ neçə-neçə binanın tikintisi davam etdirilir. Bu istiqamətdə  1000 şagird yerlik məktəbin və uşaq bağçasının tikintisi gerçəkləşdiriləcək. Burada universitetin filialı, kollec üçün binalar da tez bir zamanda ünvan tapacaq. Şəhərin bütün istiqamətlərində  həyata keçiriləcək yeni infrastrukturlar şəhərsalmanın tələbidir ki, bu, uzun illər unudulub.
    Rayon rəhbəri bu sahədə çətinliklərin olduğunu göstərdi. Dedi ki, hazırda küçələrin asfaltlaşdırılmasına başlanıb. Ancaq cətinliklərlə qarşılaşırıq. Küçələr dar, sərt döngəlidir. 50-60 il əvvəl salınan küçələrin bu gün genişləndirilməsi problemə dönüb. Qala bazarı istiqamətində günün bütün vaxtlarında tıxac var. Bunun qarşısını almaq üçün 6 daşıyıcı küçəni genişləndirməliyik. Şəhərdə 3 çıxış qoyulub ki, qonşu rayonların heç birində bu yoxdur. Yeni yola da çıxışımız var.
    Şəhərin gözəlləşməsi üçün əlimizdən gələni etməliyik. Nə tikiriksə şəhərin panoramına yaraşıq verməlidir. Çünki son vaxtlar şəhərimizin qonağı çox olur.
    Rahat və yaraşıqlı otellər, restoranlar, məişət obyektləri göz oxşamalıdır. Dünyanın bir çox dövlətlərinin nümayəndələri son aylarda şəhərimizə gəlib. Onlar Masallının yaşıllığını, təmizliyini bəyəniblər.
    Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin Masallıya diqqət və qayğısının nəticəsidir.
    Rayon rəhbəri şəhərin gözəlləşməsi üçün sakinlərin təşəbbüs göstərməsini gündəmə gətirdi. Dedi ki, bəzi yerlərdə bardürlər qoparılıb aparılır, işıq lampaları sındırılıb, oturacaqlar dağıdılıb.
    Rayon rəhbəri Milli Qəhrəman Elşad Hüseynov küçəsinin zibilliklə dolu olmasını, suaparıcı arxların doldurulmasını söylədi. Qeyd etdi ki, Masallı ölkədə ən çox inkişaf edən, diqqət çəkən şəhərdir. Parklar artıb, SİP kabelləşmə başa çatıb, dağ suyu, kanalizasiyası var,  qazlaşma 95 faiz təşkil edir.
    RİH başçısı göstərdi ki, parklarda, yolların kənarında əkilən feyxoa və başqa meyvə ağaclarına mal-qara ziyan vurur. Bundan sonra da yolların ətrafında, park və bağlarda yerli şəraitə uyğun palıd, dəmirağac, xan çinar, naringi, dəfnə əkilməlidir.
    Rayon rəhbəri qeyd etdi ki, dövlət vəsaiti hesabına şəhərdə xeyli yaşayış evinin dam örtüyü dəyişdirilib, fasadı rənglənib. Ancaq həmin binaların sakinləri abadlığa, səliqə-sahmana diqqət yetirmir, məişət tullantılarını həyətə atırlar.
    Veteran müəllim İbrahim Bağırov göstərdi ki, şəhərdə abadlıq-quruculuq  işləri uğurla gedir. Möhtərəm Prezidentimiz də görülən işlərdən razı qaldı. Hazırda İskəndərli xeyi böyüyüb. Ancaq məktəbin binası tələbatı ödəmir.
    RİH başçısı onun təklifini obyektiv cavablandırıb dedi ki, şəhərin İskəndərli və Seybətin yaşayış massivində məktəbin tikintisi plandadır. Ancaq hələlik bu vəsait rayonda əkinçiliyin inkişafında böyük əhəmiyyəti olan keçmiş bənd və göllərin bərpasına sərf ediləcək. Bu, çox vacibdir. Məktəblərin tikintisi də reallaşdırılacaq.
    Sakinlərdən Vaqif  Mikayılov, Əşrəf Zeynalov, Rafiq Bağırov, Vidadi Məmmədəliyev, Zöhrab Talıbov, dindar Əliqulu Qardaşov, Tahir Məmmədov yolların asfaltlaşdırılması, genişləndirlməsi ilə əlaqədar təkliflərlə çıxış etdilər.
    Veteran jurnalist Əyyub Mehdiyev ölkə prezidenti İlham Əliyevin Masallıya qayğısını, abadlıq-quruculuq  işlərinin həyata keçirilməsində böyük əməyi olan rayon rəhbərinin fəaliyyətini təqdir etdi. O, “Yeni həyat” qəzetinin həftəlik mətbu orqanı kimi çıxmasına görə cənab Rafil Hüseynova təşəkkürünü bildirdi.
    Görüşü yekunlaşdıran RİH başçısı Rafil Hüseynov bildirdi ki, Masallının daha da inkişafı, gözəlləşməsi üçün sakinlərin birliyini, doğma şəhərə təəssübkeşlik göstərməsini və yerli icra strukturlarının hərəkətə gəlməsini tövsiyə etdi. Hazırda Bakı – Astara avtomobil yolunun Masallı şəhəri hissəsində Bakı prospektində işlərin sürətlənməsini qeyd etdi.
    Həsənağa ƏLİYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az 
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:39 Masallıda ağacəkmə kampaniyası
    2. 18:12 Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
    3. 18:12 Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
    4. 17:06 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd olunub
    5. 16:51 "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" – Masallıda tədbir
    6. 14:26 Bakının Səbail, Xətai, habelə Gəncə, Qazax, Ağstafa şəhər və rayonlarının məktəbliləri Masallıda
    7. 22:26 Gədəbəy, Daşkəsən, Şəmkir və Samux məktəbliləri Masallıda
    8. 18:32 İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
    9. 16:24 Prezidentin Sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib
    10. 16:18 Prezidentin Sərəncamı ilə Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib
    11. 15:35 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
    12. 15:29 Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
    13. 15:16 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Masallıda vətəndaşları qəbul edib
    14. 22:13 Masallı məktəblilərinin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
    15. 22:02 Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçiriləcək
    16. 17:23 Masallı RİH başçısının Həsənli ərazisində görüş-qəbulu
    17. 16:15 Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
    18. 14:31 Masallı məktəbliləri ölkəmizin Qərb bölgəsinə yola düşüblər
    19. 21:40 Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub
    20. 17:02 Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    21. 21:36 Masallı taekvondoçuları Dağıstanda 2 qızıl, 1 bürünc medal qazanıblar
    22. 20:23 Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
    23. 20:09 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    24. 21:53 “Skalper” Xəstələrə Yardım” İctimai Birliyi Masallıda tədbir keçirib
    25. 16:58 Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    26. 16:03 Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu
    27. 15:10 Masallı RİH başçısının Qarğalıq ərazisində səyyar görüş-qəbulu
    28. 22:54 Biləsuvar Regional Mədəniyyət İdarəsinin incəsənət nümayəndələri Masallıda
    29. 22:16 Birinci vitse-prezident Mehriban Əliyeva Şüvəlan qəsəbəsində “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib
    30. 15:48 Masallı Dövlət Regional Kollecində Bayraq Günü qeyd edilib
    31. 14:25 Prezident İlham Əliyev “Bravo” supermarketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edib
    32. 14:11 Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    33. 17:27 Masallının incəsənət ustaları Astarada
    34. 18:05 Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gəlib
    35. 18:01 Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    36. 17:58 Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    37. 15:55 Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
    38. 14:06 Masallılı idmançı İtaliyada tarix yazdı
    39. 20:22 Masallının ləzzətli “Cənub” çörəyi Çaxırlı kəndindədir
    40. 19:35 “Halay” Türkiyədən qastrol səfərindən qayıdıb
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
       MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli Ətraflı oxu
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Bütün xəbərlər
    «    Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    DÜNYA XƏBƏRLƏRİ