• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının Güllütəpə ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Güllütəpə ərazisində səyyar görüş-qəbulu


    Masallı RİH başçısının Güllütəpə ərazisində səyyar görüş-qəbulu 

    İctimai məsələlərin həllinə çalışırıq
     
    Oktyabrın 31-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun Güllütəpə ərazisində növbəti görüş-qəbulunda sosial məsələlərdən danışıldı, təsərrüfatın inkişafı istiqamətində təklif və müraciətlərə münasibət bildirildi, həlli yollarının araşdırılıb tədbirlər müəyyənləşdirildi, tövsiyə və göstərişlər verildi.
    Güllütəpə kənd inzibati ərazi nümayəndəliyində düzənlənən görüşü rayon icra hakimiyyətinin başçısı açıb sakinləri salamladı. Ölkə rəhbərinin rayonumuza səfəri zamanı verdiyi tapşırıq və tövsiyələrini xatırladan Rafil Hüseynov Masallıda görülən və görüləcək işlərdən danışdı:
    – Masallıda təxminən 100 faizə qədər qazlaşma var. Cəmi 11 kəndə qaz çəkilməyib. Bu il Güllütəpə və Tatyanoba kəndlərinə qaz xətti çəkilir. Bu mühüm sosial vəzifə rayonumuzda yetərincə icra edilib. Sizin ərazidə səhiyyə, təhsil ocaqları tikilib, yeni asfalt yolu çəkiləcək, bu proses davam edir. Masallı respublika üzrə ən çox kənd yolları asfaltlanan rayondur – 75 faiz. Artıq 120 kilometr çəkilmiş yol var, 100 kilometr bundan sonra çəkiləcək. Çöl kəndlər 100 faiz asfaltlanıb. Kiçik kəndləri birləşdirəcək 59 kilometr yolun çəkilməsi nəzərdə tutulub. Ucqar kəndlərdə, sürüşmə zonalarında daş döşənməsi vasitəsilə yollar abadlaşacaq. Bu ərazidə sosial infrastruktur layıhələrin icrası ilə əlaqədar SİP kabelləşmə, SMART tipli sayğacların quraşdırılması, yeni elektron ATS-in yaradılması kimi digər işlər də görüləcək.
    Rayon rəhbəri sakinləri narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istədi.
    Əmirtürbəli Mirzə Cavadov kənddə 30 ailənin payıbəlli torpağının olmaması barədə müraciət etdi. 
    Güllütəpə sakinləri Qaraxan Ağayev, Vaqif Mütəllimov və İlham Əsədov 400 yaşlı bulağın dağılması, içməli su korluğu və əkin sahələrinin suvarılması ilə bağlı problemi, bankomata ehtiyacı gündəmə gətirdilər.
    Yolağaclı 80 yaşlı ağsaqqal Eynulla Abasquliyev ərazidə həkim və tibb məntəqələrinin, məktəbin tikintisinə, yolların təmir edilməsinə və s. işlərə görə sakinlər adından ölkə prezidenti cənab İlham Əliyevə, rayon rəhbərinə minnətdarlıq bildirdi. O, kənddə mobil rabitə ilə bağlı qəbuledici-ötürücü antenanın quraşdırılmasına kömək göstərilməsini xahiş etdi.
    RİH başçısı Rafil Hüseynov təklif və müraciətlərə münasibət bildirdi:
    – Vaxtilə kimlərinsə məsuliyyətsizliyi ucbatından payıbəlli torpaqlarla bağlı yol verilən bu nöqsanlar aidiyyəti təşkilatlar tərəfindən araşdırılıb, dekabr ayında siyahı müəyyənləşdiriləcək, məsələ həllini tapacaq. Ərazidə təsərrüfatın inkişafı üçün təşəbbüs göstərilmir. Bu sahədə işlər ləng gedir. Əkilməmiş, istifadəsiz torpaqlarla bağlı qanunvericiliyə uyğun olaraq cərimələr tətbiq olunacaq.
    Bəzi kəndlər sürüşməyə meyilli ərazi olduğundan orada quyuların qazılması məqsədə uyğun deyil. 
    Torpaqların əkilməsinə diqqət çəkən rayon rəhbəri dedi ki, dağətəyi ərazilərdə bağçılığa önəm vermək sərfəlidir. Qoz, fındıq bağları salmaq, kartofçuluğu genişləndirmək gərəkdir. Torpağı sərfəli əkinə yönəltməyi bacarmalıyıq.Viləş (Kalinovka) kəndində baramaçılıqdan yaxşı məhsul götürülür. Bu məhsul sizdə də dəyərli olar.
    Rayon rəhbəri maldarlığın ailə büdcəsinə nə dərəcədə xeyir gətirməsinə aydınlıq gətirdi. Viləşcay su bəndinin ikinci növbəsinin tikintisindən sonra anbara yığılan suyun həcminin indikindən 3 dəfə artıq olacağını bildirən RİH başçısı dedi ki, yaradılacaq nasos stansiyası vasitəsilə ucqar kəndlərdəki əkin sahələrinin də su ilə təmin ediləcək. 70-dən artıq mövcud sututar və göl bərpa edilir. Bu sahə üzrə Prezident vəsait ayırıb ki, bu da çəltikçilik və digər əkin növlərinin inkişafına təkan verəcək.
    Rafil Hüseynov təhsil və erkən nikahlarla bağlı mövcud problemlərə toxunaraq söylədi ki, təhsilsiz həyatın davamı yoxdur, övladlarınızın gələcəyinə məsuliyyətlə yanaşın. Biz də öz növbəmizdə ictimai məsələlərin həllinə çalışırıq.

    Akif AĞAYEV, 
    “Yeni həyat”,
    www.yeniheyet.az 
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:39 Masallıda ağacəkmə kampaniyası
    2. 18:12 Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
    3. 18:12 Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
    4. 17:06 Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd olunub
    5. 16:51 "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" – Masallıda tədbir
    6. 14:26 Bakının Səbail, Xətai, habelə Gəncə, Qazax, Ağstafa şəhər və rayonlarının məktəbliləri Masallıda
    7. 22:26 Gədəbəy, Daşkəsən, Şəmkir və Samux məktəbliləri Masallıda
    8. 18:32 İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
    9. 16:24 Prezidentin Sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib
    10. 16:18 Prezidentin Sərəncamı ilə Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib
    11. 15:35 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
    12. 15:29 Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
    13. 15:16 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Masallıda vətəndaşları qəbul edib
    14. 22:13 Masallı məktəblilərinin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
    15. 22:02 Masallıda Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika turniri keçiriləcək
    16. 17:23 Masallı RİH başçısının Həsənli ərazisində görüş-qəbulu
    17. 16:15 Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
    18. 14:31 Masallı məktəbliləri ölkəmizin Qərb bölgəsinə yola düşüblər
    19. 21:40 Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub
    20. 17:02 Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    21. 21:36 Masallı taekvondoçuları Dağıstanda 2 qızıl, 1 bürünc medal qazanıblar
    22. 20:23 Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
    23. 20:09 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    24. 21:53 “Skalper” Xəstələrə Yardım” İctimai Birliyi Masallıda tədbir keçirib
    25. 16:58 Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    26. 16:03 Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu
    27. 15:10 Masallı RİH başçısının Qarğalıq ərazisində səyyar görüş-qəbulu
    28. 22:54 Biləsuvar Regional Mədəniyyət İdarəsinin incəsənət nümayəndələri Masallıda
    29. 22:16 Birinci vitse-prezident Mehriban Əliyeva Şüvəlan qəsəbəsində “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib
    30. 15:48 Masallı Dövlət Regional Kollecində Bayraq Günü qeyd edilib
    31. 14:25 Prezident İlham Əliyev “Bravo” supermarketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edib
    32. 14:11 Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    33. 17:27 Masallının incəsənət ustaları Astarada
    34. 18:05 Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gəlib
    35. 18:01 Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    36. 17:58 Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    37. 15:55 Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
    38. 14:06 Masallılı idmançı İtaliyada tarix yazdı
    39. 20:22 Masallının ləzzətli “Cənub” çörəyi Çaxırlı kəndindədir
    40. 19:35 “Halay” Türkiyədən qastrol səfərindən qayıdıb
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
    MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC!
       MİLLİ PARKIN MÜBARƏK, QIZILAĞAC! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli Ətraflı oxu
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Bütün xəbərlər
    «    Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    DÜNYA XƏBƏRLƏRİ