• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Yeddioymaq ərazisində səyyar görüş-qəbul

    Masallının Yeddioymaq ərazisində səyyar görüş-qəbul

     
    Masallının Yeddioymaq ərazisində səyyar görüş-qəbul

    Uğurlu nəticələr inkişafın təməlidir

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Yeddioymaq ərazisində görüş-qəbulunda Qasımlı, I və II Yeddioymaq kəndlərinin sakinləri, idarə, müəssisə rəhbərləri iştirak edirdilər. T.Bayraməlibəyov adına II Yeddioymaq kənd orta məktəbində keçirilən görüşdə gündəmdə olan siyasi məsələlərdən, aqrar sahənin inkişaf etdirilməsi, əhalinin sosial həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətindəki tədbirlərdən danışıldı, mövcud təsərrüfat təhlil olundu, təkliflər verildi.
    Tədbiri giriş sözü ilə açan cənab Rafil Hüseynov Azərbaycanda uğurlu seçkilərdən sonra xalqın yüksək ovqatını ifadə etdi. Bildirdi ki, böyük beynəlxalq nüfuza malik olan Azərbaycanda xalqın marağı dövlətin marağıdır. Sizin hər biriniz seçkiyə mütəşəkkilliklə gedib siyasi yetkinlik nümayiş etdirmisiniz. Növbəti seçkilər xalqın qələbəsi, ölkə rəhbərinə xalqın etimadıdır. Prezidentimizi hər birinizin adından təbrik edirəm.
    Natiq diqqəti rayonda qaz, elektrik xidmətlərinə çəkdi, bildirdi ki, Masallıda qaz çəkilişi 95 faizdir. Cənab prezidentin tapşırığı ilə ən ucqar kəndlərə qaz çəkilir. Rayonun tamamilə qazlaşdırılması nəzərdə tutulub. Əvvəllər Masallı şəhərində su və kanalizasiya xətti olmadığını vurğulayan sözçü dedi ki, hazırda şəhərdə içməli su çəkilişi başa çatıb, kanalizasiya işləri yekunlaşır. “Rayonun elektrik təsərrüfatlarında yeniləşmə uğurla davam etdirilir. Şəhərdə və bir sıra kəndlərdə SİP kabelə keçilib, transformatorlar daha güclüləri ilə əvəzlənib. Tüklə yarımstansiyası yenidən qurulub, Alvadı yarımstansiyası yaxın vaxtda yeniləşəcək. Miyankü, Qarğalıq istiqamətlərində yollar asfaltlanıb. Ələt-Astara yolunun 7 kilometrlik hissəsi asfaltlaşdırılır. “ Səhiyyə obyektlərinin tikintisi, təmiri, yenindən qurulması işlərindən danışıb bildirdi ki, rayonda 20-yə yaxın həkim məntəqəsi daxili imkanlar hesabına ya yeniləşib, ya yenidən tikilib. Kalinovka kənd və Boradigah qəsəbə xəstəxanaları təmir edilib, tamamilə yenidən qurulub.
    1985-ci ildə tikilən 240 çarpayılıq mərkəzi rayon xəstəxanası yenidən qurulub. Xəstəxana ən müasir avadanlıqla təchiz olunub, ən müasir cihazlarla işləyə biləcək kadrlar hazırlanıb. Yeni yaradılmış dializ şöbəsi belə xəstələrin rayonda müalicəsinə imkan verir. Bu yaxında MX-da 2 böyrəkköçürmə əməliyyatı aparılmışdır. Ölkə prezidentinin tapşırığı ilə əhalinin tibbi müayinəsi Masallıda da uğurla həyata keçirilir.
    Məktəb tikintisində də nailiyyətlər var. Rayonda 50-dən artıq məktəb tikilib və ya əsaslı təmir olunub. Bu il 2 modul tipli məktəb tikiləcək. Ümumiyyətlə, 15 ildə Azərbaycan hökuməti əsrə bərabər vaxtda görüləcək işləri görüb.
    Ölkəmizin iqtisadi qüdrətindən danışan natiq Masallıda da bu istiqamətdə həyata keçirilən uğurlu layihələrdən geniş danışıb, Azərbaycan brendi olan ASAN xidməti, ASAN həyat komplekslərinin işini misal gətirdi.
    Cənab prezidentin tapşırığı ilə regionda ilk sənaye məhəlləsi Masallıda tikilib. Burada 800 nəfərdən çox adam çalışacaq. Bir neçə ildən sonra bu məssisə hesabına indikindən 10 dəfə çox insan iş yeri tapacaq.
    Rayonun mühüm su mənbəyi olan Viləşçay su anbarının ehtiyatı 46 milyon kubmetrdir. II növbə istifadəyə veriləndən sonra bu, 125 milyon kubmetr olacaq. Bu, Masallıda aqrar sistemin dirçəlişi deməkdir. Üstəlik gündəmdə olan bir məsələnin həlli- köhnə sututarların bərpası da işə öz müsbət təsirini göstərəcək. Məqsəd insanların bugünkü yaşayışının və gələcəyinin təminatıdır.
    Masallının gözəl, zəngin təbiətindən turizm məqsədilə istifadə etməklə bura gələn turist axınını daha da artırmaq olar. Bu məqsədlə şəhərcik salınır, indiki turizm obyektləri genişləndirilir, mövsümi yox, ilboyu turist qəbuluna səy göstərilir.
    Söhbəti cənab Prezident İlham Əliyevin Lənkəranda keçirilən respublika müşavirəsində qarşıya qoyduğu məsələlərə yönəldən natiq bu istiqamətdə görülən tədbirlərdən geniş danışıb, tapşırıqlar verdi, düyünü, çayı, tərəvəzi, sitrusu rayon üçün ən sərfəli təsərrüfat kimi dəyərləndirdi.
    Rayonda əkinçiliyə yaxşı münasibəti Qızılağac və Xırmandalı ərazilərinin timsalında təqdir edib bildirdi ki, bu il 18500 hektarda şum vurulmuş, əkin sahələri əvvəlki illərdəkindən artırılmışdır.
    Natiq gənc nəslin təhsili ilə bağlı məsləhətlər verdi.
    Veteran müəllim Oqtay Abdullayev respublika və rayonda görülən işləri təqdir etdi, kənd orta məktəbinə qaz çəkilişinə kömək göstərilməsi xahişilə çıxış etdi.
    Veteran müəllim Eyvaz Məcidov Prezident seçkilərinin şəffaf və demokratik keçirildiyini bildirdi, dedi ki, biz Prezidentimizin xarici və daxili siyasətini dəstəkləyirik. O, ölkədə sabitliyin, əmin-amanlığın, yüksək inkişafın rəhbər-xalq birliyinin nəticəsi olduğunu dedi. Bildirdi ki, Prezident İlham Əliyevin siyasətinin əsasını Azərbaycan xalqının mənafeyi təşkil edir.
    Hər iki natiqin və diqqəti ərazinin daha təmiz saxlanmasına cəlb edən Məhərrəməli Muxtarovun çıxışlarında rayon rəhbərinin qarşıya qoyduğu vəzifələr təqdir olundu, onların həlli istiqamətlərində hər kəsin səy edəcəyi vədi verildi. Çıxış edənlər ərazidə torpaqlardan daha səmərəli istifadə edəcəklərinə söz verib, görüş iştirakçılarını bu məqsədə əməli işlə nail olmaq çağırışı səsləndirdilər.

     “Yeni həyat”,
     
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:26 Masallı Dövlət Regional Kollecinin məzun gecəsi
    2. 16:17 Masallıda “Kitab günü” və “Asudə vaxtı necə səmərəli keçirməli” mövzusunda tədbir keçirilib
    3. 15:57 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyi Masallıda “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda tədbir keçirib
    4. 21:20 Tarixdə iz qoymuş böyük şəxsiyyət
    5. 19:45 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallıda keçirib
    6. 15:23 Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
    7. 15:20 Prezident İlham Əliyev İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    8. 15:12 Şanlı tariximiz
    9. 22:05 NATO-nun Zirvə toplantısının yekun kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək ifadə olunub
    10. 21:51 Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb
    11. 21:46 Prezident İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub
    12. 21:40 Prezident İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb
    13. 21:34 Prezident İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib
    14. 21:26 Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil olunub
    15. 21:47 “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində növbəti yay məktəbi təşkil olunacaq
    16. 16:43 Azərbaycan və Türkiyə prezidentləri görüşüb
    17. 15:23 Prezident İlham Əliyev İsveçrənin federal müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    18. 15:15 Masallıda “100 illik şanlı tarix” mövzusunda konfrans keçirilib
    19. 15:03 Masallı gənclərinin orduya yola salınma mərasimi
    20. 19:41 XİN-nin əməkdaşları peşə bayramları münasibətilə cəbhə bölgəsinə səfər ediblər
    21. 14:05 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
    22. 22:09 Masallı karateçiləri beynəlxalq turnirin kubokuna sahibləniblər
    23. 23:14 Masallı taekvondoçularının növbəti uğuru
    24. 22:15 2 iyul - İdman Jurnalistikası Günüdür
    25. 20:17 Elektron media və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsilə bağlı ictimai fəallığın artırılması
    26. 20:02 Masallıda 2 iyul – Polis gününün 100 illiyi qeyd edilib
    27. 15:45 Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
    28. 15:09 Bu gün akademik Cəlal Əliyevin doğum günüdür
    29. 14:51 İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    30. 14:44 Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov “Vətən uğrunda” medalı ilə təltif olunub
    31. 21:03 Prezident İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin birinci müavinini qəbul edib
    32. 18:22 Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu
    33. 18:16 Masallıda “Narkomaniya: çətin və erkən ölüm” layihəsi çərçivəsində tədbir keçirilib
    34. 15:34 Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    35. 15:13 Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    36. 15:09 Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda olub
    37. 14:58 “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına start Masallıdan verilib
    38. 23:14 Masallı “ASAN xidmət” könüllüləri Silahlı Qüvvələr Gününə həsr olunmuş dəyirmi masada
    39. 20:55 Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
    40. 20:50 Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyul 2018    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ