• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əbədiyaşar LİDER!

    Əbədiyaşar LİDER!

     

    Əbədiyaşar LİDER!


    Tarixdə elə insanlar var ki, onların əzəmətini heç bir sözlə ifadə etmək mümkün deyil. Öz xalqı üçün, ölkəsi üçün ömrünü fəda edən bu cür tarixi şəxsiyyətlər daim tarixdə sevgi və hörmətlə anılır, xatırlanırlar. Ulu Öndər Heydər Əliyev də belə insanlardandır. Hər il may ayının 10-da xalqımız Ulu Öndərin doğum gününü, sözün əsl mənasında böyük sevgi və hörmət hissi ilə qeyd edir. Bu tarixi şəxsiyyətlə bir neçə dəfə ünsiyyətdə olmuş bir insan kimi deyə bilərəm ki, Onun nurlu simasında, həm də öz xalqının taleyi üçün böyük məsuliyyət və narahatlıq hissləri öz əksini tapırdı. Bu cür dahi insanlar həmişə öz mənalı həyatlarını xalqlarının gələcyi üçün fəda edirlər. Ulu Öndər Heydər Əliyev də bu cür dahi insanlardan idi. Biz Heydər Əliyevi Ulu Öndər, müdrik insan, dahi şəxsiyyət adlandırırıq. Amma etiraf edək ki, bunlar Onun milli təfəkkürümüzdə əbədilik qazanan statusunun yalnız müəyyən bir hissəsini ifadə edir. Dahi Öndər Heydər Əliyev Azərbaycan milli varlığının ümumi çevrəsinin ən yüksək nöqtəsini təşkil edən zirvədir.
    Müdrikliyi, uzaqgörənliyi və təkrarsız fəaliyyəti ilə milli gerçəkliyimizdə əbədi yer almış ən böyük azərbaycanlı Heydər Əliyevin nurlu obrazı həmişə qəlbimizə işıq və hərarət saçır. Adı Azərbaycanın, türk dünyasının, bütövlükdə, dünya siyasətinin tarixinə qızıl hərflərlə yazılmış bu şəxsiyyət, haqlı olaraq, Əbədi Öndərimiz kimi sabaha gedən yolumuzun mayakına çevrilmişdir.
    Bənzərsiz tarixi şəxsiyyət kimi, Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi xalqın və dövlətin yolgöstərəninə çevrilməyi bacaran və onun milli idealını təmsil edən dahi və müdrik bir insandır. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində ən ardıcıl və ən böyük istiqlalçı, ən böyük demokrat, ən böyük vətənpərvər, ən böyük dövlətçi və ən böyük əməl sahibidir. Onun fəaliyyətinin hər bir hissəsi xalqımızın mədəni inkişafına, iqtisadi və siyasi yüksəlişinə xidmət edən müvəffəqiyyətlərlə zəngindir.
    Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür yolu, həmişə uğur və qələbələrlə müşayiət olunan mübarizəsi iki minilliyi qovuşduran onilliklərdə tariximizin şərəf kitabının ən parlaq və zəngin səhifələrini təşkil edir. Milli tariximizin Ulu Öndər Heydər Əliyev zirvəsi gələcəyə gedən yolumuzu aydın görməyə geniş imkan yaratdığı kimi, keçmişimizi, xüsusən, yaxın dünənimizi də doğru-düzgün dəyərləndirməyimiz üçün dolğun mənzərə açır.
    Böyük şəxsiyyətlərin adı zəmanəsinin və xalqının rəmzinə çevrilir. Ulu Öndər, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində ərsəyə gətirdiyi ən böyük siyasət və dövlət xadimidir. Xalqımızın bütün müsbət keyfiyyətlərini, yaradıcılıq enerjisini öz simasında üzvi şəkildə birləşdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət ünvanına çevrilmişdir. Tariximizin son yarım əsrdən artıq bir dövrü Dahi Öndər Heydər Əliyevin zəkası ilə nurlanmışdır.
    Ümummilli Lider Heydər Əliyevin bir qərinədən artıq dövrdə Azərbaycana iki dəfə rəhbərlik etməsi ən mühüm nəticələri ilə şəxsiyyətin tarixdə müəyyənedici rolunu bir daha təsdiqləyən, çağdaş dünyada etiraf olunan fenomenal bir hadisədir. Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrü indiki nəsillər minilliklər boyu davam edən dövlətçilik tariximizin ən şanlı səhifələri, misilsiz idarəetmə məktəbi kimi öyrənir və daim sonsuz qürur mənbəyi kimi yad edirlər. Bu misilsiz siyasi irs-liderlik məramı 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiya ilə müəyyən olunmuşdur. Dahi Öndər Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə təsdiqləmişdir.
    Böyük strateq bugünkü müstəqil Azərbaycanı hələ o zamandan- Azərbaycanda həyatın bütün sahələrində ağır tənəzzülün hökm sürdüyü bir dövrdə xalqın problemlərini öz çiyninə götürdüyü 1969-cu ildən qurmağa başlamışdır. Bu qənaətin gerçəkliyini tarixi proseslərin sonrakı gedişi də tam sübuta yetirmişdir. Zəngin idarəçilik təcrübəsini sovet rejiminin əsl mahiyyəti barədə bilgiləri ilə uzlaşdıran Ümummilli Lider o zaman Azərbaycanı düşmüş olduğu böhrandan çıxarmaq üçün qəti addımlar ataraq böyük uzaqgörənliklə ölkənin uzunmüddətli, ardıcıl inkişafının təminatına yönələn proqramlar tərtib etmiş və qısa zaman ərzində bu proqramların icrasına nail olmuşdur.
    Böyük qurucu lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi tariximizə daxil olaraq xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan vermişdir. Məhz həmin dövrdə imperiya tərkibində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradılmışdır.
    Ulu Öndər Heydər Əliyevin dünyanın ən fövqəl dövlətlərindən olan SSRİ-nin rəhbərliyinə irəli çəkilməsi də Onun lider kimi güclü təşkilatçı olması ilə bağlı idi. Heydər Əliyev məhz zəka və enerjisinin nəhəngliyi sayəsində 1982-ci il noyabrın 23-də Sovet dövlətinin ali qərargahı olan Sov. İKP MK-nın Siyasi bürosuna üzv seçildi. O, Moskvaya aparıldı, ən ağır və məsul vəzifələrdən olan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. O dövrdə bu qüdrətli siyasət və dövlət xadimi SSRİ-nin ən mühüm sahələrinə rəhbərlik etdi və öz güclü təsir qabiliyyəti ilə o zamankı inkişafa təkan verdi.
    Moskvada çalışdığı dövrdə də xalqımızın sədaqətli oğlu Heydər Əliyev Azərbaycanın ardıcıl inkişafı üçün əlindən gələni edirdi. Ulu Öndər Heydər Əliyev Siyasi büro tarixində ilk şəxsiyyət oldu ki, sovet siyasi maşını Onu sındıra, əyə, məhv edə bilmədi. O, Siyasi bürodan uzaqlaşdırılan yeganə şəxs idi ki, yenidən siyasi olimpə qalxmağı bacardı! Çünki O, artıq çoxdan öz vətənində və dünyada yüz milyonlarla insanın nüfuz və etibarını qazanmışdı.
    Siyasət nəhəngi Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi də eynilə birinci dəfə olduğu kimi, respublikanın üzlədiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənmişdi. Ulu Öndər 1993-cü ilin iyununda kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.
    Dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin iyun günlərində xalqın təkidli tələbi ilə Dahi Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq fəlakətindən xilas etdi. Heydər Əliyevin sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi. Bir faktı qeyd edim ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz qurtuluş günündən başlanır. Çünki Ulu Öndərimizin dediyi kimi, "Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".
    Bu, zəruri və tarixi Qayıdış idi. Bu, xalqın ümidlərinin bərpası idi, onun öz Xilaskarına qovuşması idi! Bu, Azərbaycanın tarix səhnəsindən həmişəlik silinmək təhlükəsindən Qurtuluşu idi! Bu, "ölüm-qalım" dilemmasının xalqın, millətin, dövlətin xeyrinə həll olunması idi! Bu, azadlıq və dövlətçilik rəmzinə çevrilən real və əfsanəvi liderin: "Müstəqilliyimiz dönməzdir, qətidir və əbədidir" fikrinin təsdiqi idi!
    Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratdı.
    Zəngin təcrübəli və yeni təfəkkürli siyasətçi Ulu Öndər Heydər Əliyevin demokratiya epoxasında müstəqil dövlətimizə rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı. Müstəqillik yolunda inamla addımlayan Azərbaycan dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi.
    Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli Lider böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendləri yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.
    Qədim İpək yolunun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi işini təşkil etmək isə Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin regional yox, dünyəvi xarakter daşıdığını sübut etdi. Böyük İpək yolu ilə bağlı 30-dan çox dövlətin müasir inkişafında bu yolun müstəsna rolu ulu öndərin adı ilə bağlıdır.
    1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı. Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı.
    Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi.
    Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi haqqında müqavilələri bağlamaqla Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı, üstəlik, hərbi təhlükəsizliyi təmin etdi. Ümummilli Liderin təxəyyülünün qlobal siyasətə bu uzaqgörən təsiri bütün Qafqaza aid dünya siyasətinin dəyişməsinə səbəb oldu.
    Nəticə etibarilə, qeyd edə bilərik ki, böyük dövlətçilik təcrübəsinə malik olan Ümummilli Lider Heydər Əliyev Şərq və Qərbin qovşağında yerləşən ölkəmizdə hər iki sivilizasiyanın konseptual parametrlərini özündə birləşdirən universal, modern bir dövlət yaratdı. Məhz onun sayəsində Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərinin strateji tərəfdaşına və Cənubi Qafqazın ən aparıcı dövlətinə çevrildi.
    Ulu Öndər Heydər Əliyev xoşbəxt siyasətçi və dövlət xadimi idi, çünki zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin gələcəyindən arxayın idi. Heydər Əliyevin ruhu da şaddır, çünki başladığı işlər bu gün Prezident İlham Əliyev tərəfindən eyni əzm və iradə ilə davam etdirilir, onun yaratdığı möhkəm təməl üzərində inkişaf edən Azərbaycan Respublikası yeni-yeni zirvələr fəth edir.
    Ulu Öndərin yaratdığı sabitlik və həyat verdiyi islahatlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirdi, indiki yeniləşmə və tərəqqi üçün mötəbər baza yaratdı. Bu strateji xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 ildir ki, uğurla davam etdirir.
    Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrəti artmış, ölkəmiz Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmişdir. Getdikcə daha da artan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng iqtisadi layihələrin həyata keçirilməsində həlledici rol oynayır.
    Azərbaycanda elmin, mədəniyyətin, incəsənətin inkişafı, mənəvi dəyərlərin qorunması və zənginləşməsi, ölkəmizin dünya miqyasında qədim və zəngin mədəniyyətə malik bir ölkə kimi tanınması üçün ulu öndərin gördüyü işləri, elm, mədəniyyət xadimlərinə böyük qayğı ilə yanaşma ənənəsini də bu gün onun davamçıları Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva böyük uğurla yaşadırlar.
    Ölməzlik, həmişəyaşarlıq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyev də, məhz belə xoşbəxt tarixi simalardandır. Heydər Əliyev xalqımızın dünya tarixinə bəxş etdiyi elə qüdrətli dövlət xadimlərindəndir ki, insanlar, yeniləşən nəsillər zaman-zaman onun ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar. Ulu Öndər nəsillərin qəlbində öz əməlləri, ölməz ideyaları ilə yaşayacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı var olduqca, onun Ümummilli Lideri də daim yaşayacaq, heç vaxt unudulmayacaqdır.

    Şirvan ƏBİLOV,
    Prezident təqaüdçüsü.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:50 Masallıda çəltik əkininə başlanılıb
    2. 14:37 76 il sonra ata məzarının ziyarətində
    3. 20:55 Azərbaycan və Serbiya prezidentlərinin görüşü olub
    4. 20:42 Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    5. 21:58 10 komanda arasında Masallı taekvondoçuları birinci oldu
    6. 22:01 Masallılı muzey işçisinə fəxri ad verilib
    7. 17:30 Masallıda AXC-nin yaradılmasınn 100 illiyinə həsr olunmuş bilik yarışı keçirilib
    8. 17:24 Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib
    9. 17:17 Prezident İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub
    10. 15:39 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    11. 16:36 Masallıda yaz-tarla işlərinə uğurla başlanılıb
    12. 16:32 Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
    13. 23:16 Masallıda “Sevdiyim” layihəsinin təqdimatı
    14. 17:23 Masallıda Rəsul Rzayevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
    15. 16:05 7,1 milyon manatlıq layihə, 9 müəssisə
    16. 15:53 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi Murmanskda qeyd edilib
    17. 15:47 Ulu öndərlə bağlı virtual sərgi
    18. 15:39 Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib
    19. 21:11 Masallıda Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin seminar-müşavirəsi keçirilib
    20. 17:27 E.İ.Əfəndiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    21. 21:03 Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib
    22. 22:32 Masallıda bayram konserti
    23. 17:02 Xalq və dövlət üçün yaşanmış ömür
    24. 16:24 Masallıda faşizm üzərində Qələbənin 73 illiyi qeyd edildi
    25. 17:21 Masallıda Böyük Vətən müharibəsi veteranları ilə görüş
    26. 20:25 Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib
    27. 20:11 Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə məlumatı
    28. 16:04 Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
    29. 12:33 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib
    30. 20:02 Masallıda kənd yolları asfaltlanır
    31. 09:56 Masallıda şahmat üzrə rayon birinciliyi keçirilib
    32. 08:38 İlham Əliyevin prezidentliyi dövrünün ilk 10 ilinə işıq salan fundamental nəşr
    33. 21:41 Masallı məktəblisi respublika üzrə “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatını qazanıb
    34. 18:16 “Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının təqdimatı olub
    35. 18:13 Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şirkətlərin vəzifəli şəxslərinin əməlləri ifşa edilib
    36. 18:07 Xalq Artisti Fuad Poladov dünyasını dəyişib
    37. 14:05 Masallıda voleybol üzrə rayon birinciliyi keçirilib
    38. 13:45 Masallıda mini-futbol turnirinə yekun vurulub
    39. 13:22 Bütün zamanların qəzeti - “Yeni həyat” - 86!
    40. 21:38 Masallıda mini-futbol turnirinə start verilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər   Qızılağac və Masallının digər kəndləri   Azərbaycana gələn turistlər maraqlı Ətraflı oxu
    Bütün xəbərlər
    «    May 2018    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ