• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xalq və dövlət üçün yaşanmış ömür

    Xalq və dövlət üçün yaşanmış ömür

     


    Masallıda “Xalq və dövlət üçün yaşanmış ömür ” mövzusunda konfrans

    Mayın 9-da Masallı şəhər Heydər Əliyev Mərkəzində “Xalq və dövlət üçün yaşanmış ömür ” mövzusunda konfrans keçirilib.
    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasınının 95-ci ildönümünə həsr olunmuş konfrans iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev Parkında rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ulu öndərin həyat və yaradıcılığından bəhs edən kitablara, Masallı rayon və qonşu rayon məktəblilərinin əl işlərinə baxış keçiriblər, Mərkəzin foyesində ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
    Daha sonra mərkəzin geniş konfrans zalında tədbir davam etdirilib.
    Konfransı giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açıb, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində oynadığı əhəmiyyəti rolu vurğulayaraq qeyd edib ki, Azərbaycan xalqının böyük oğlu, Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ili tamam olur. Bu münasibətlə sizin hər birinizi təbrik edir və Ulu Öndərin ideyalarının həyata keçməsinin ifadəsi olan Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
    Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Çıxışını davam etdirən natiq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.
    Ümummilli lider Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
    Cari ilin aprel ayının 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində xalqın cənab Prezidentə etimadı, seçicilərin yekdil fikri və seçimi bunu bir daha təsdiq etdi.
    Çıxışının sonunda natiq bu gün də Heydər Əliyev ideyalarının Azərbaycanda yaşadığını və onun apardığı mütərəqqi siyasətin davam etdirildiyini vurğulayıb dedi ki, Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Dahi və bənzərsiz şəxsiyyət Heydər Əliyevin ideyaları həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır. Biz hamımız Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı və yaradıcısı olan Heydər Əliyev irsinə daim sədaqətliyik, bundan sonra da belə olacağıq. Azərbaycanın dahi oğlunun əməlləri, müqəddəs ideyaları, arzuları və vəsiyyətləri həmişə yaşayacaqdır.
     Konfransda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, Tarix elmləri doktoru Musa Quluzadə öz məruzəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyində oynadığı böyük roldan söz açaraq qeyd edib ki, tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin 35 illik bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətləri ilə yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi.
    Öz məruzəsini davam etdirən natiq daha sonra qeyd edib ki, ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir məktəbdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var.

    Professor Musa Quluzadə Azərbaycana vermiş olduğu çox böyük əhəmiyyəti məhz Ümummilli Liderin öz nitqindən gətirmiş olduğu bu sitatla konfrans iştirakçılarının diqqətinə çatdırıb. Belə ki, Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
    Natiq çıxışının sonunda möhtərəm Prezident İlham Əliyev ümummilli liderin siyasi kursuna daim sadiq qalaraq, dahi rəhbərin müəyyən etdiyi inkişaf strategiyasını yaşadaraq və inkişaf etdirərək müstəqil Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətləri sırasına çıxardığını və artıq ölkəmiz regionun lider dövlətinə çevrildiyini, onun beynəlxalq aləmdə nüfuzunun və qüdrətinin xeyli gücləndiyini, bunun gələcəkdə daha da yüksək templə inkişafını əminliklə qeyd edib.
     
    Prezident təqaüdçüsü Şirvan Əbilov, Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Masallı şəhər 2 nömrəli tam orta məktəbin direktoru Mehriban Əzizova və başqaları ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söz açıblar.
     
    Konfransı yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bir daha Heydər Əliyev ideyalarının əhəmiyyətini vurğulayaraq onun Azərbaycan dövlətçiliyində oynadığı misilsiz roldan söz açıb, dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində hər zaman özünəməxsus yer tutduğunu qeyd edib.

     

     
      

     
     


     
     

     

     
    Yeni həyat”,                
     
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:50 Masallıda çəltik əkininə başlanılıb
    2. 14:37 76 il sonra ata məzarının ziyarətində
    3. 20:55 Azərbaycan və Serbiya prezidentlərinin görüşü olub
    4. 20:42 Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    5. 21:58 10 komanda arasında Masallı taekvondoçuları birinci oldu
    6. 22:01 Masallılı muzey işçisinə fəxri ad verilib
    7. 17:30 Masallıda AXC-nin yaradılmasınn 100 illiyinə həsr olunmuş bilik yarışı keçirilib
    8. 17:24 Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib
    9. 17:17 Prezident İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub
    10. 15:39 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    11. 16:36 Masallıda yaz-tarla işlərinə uğurla başlanılıb
    12. 16:32 Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
    13. 23:16 Masallıda “Sevdiyim” layihəsinin təqdimatı
    14. 17:23 Masallıda Rəsul Rzayevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
    15. 16:05 7,1 milyon manatlıq layihə, 9 müəssisə
    16. 15:53 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi Murmanskda qeyd edilib
    17. 15:47 Ulu öndərlə bağlı virtual sərgi
    18. 15:39 Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib
    19. 21:11 Masallıda Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin seminar-müşavirəsi keçirilib
    20. 17:27 E.İ.Əfəndiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    21. 21:03 Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib
    22. 22:32 Masallıda bayram konserti
    23. 17:02 Xalq və dövlət üçün yaşanmış ömür
    24. 16:24 Masallıda faşizm üzərində Qələbənin 73 illiyi qeyd edildi
    25. 17:21 Masallıda Böyük Vətən müharibəsi veteranları ilə görüş
    26. 20:25 Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib
    27. 20:11 Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə məlumatı
    28. 16:04 Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
    29. 12:33 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib
    30. 20:02 Masallıda kənd yolları asfaltlanır
    31. 09:56 Masallıda şahmat üzrə rayon birinciliyi keçirilib
    32. 08:38 İlham Əliyevin prezidentliyi dövrünün ilk 10 ilinə işıq salan fundamental nəşr
    33. 21:41 Masallı məktəblisi respublika üzrə “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatını qazanıb
    34. 18:16 “Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının təqdimatı olub
    35. 18:13 Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şirkətlərin vəzifəli şəxslərinin əməlləri ifşa edilib
    36. 18:07 Xalq Artisti Fuad Poladov dünyasını dəyişib
    37. 14:05 Masallıda voleybol üzrə rayon birinciliyi keçirilib
    38. 13:45 Masallıda mini-futbol turnirinə yekun vurulub
    39. 13:22 Bütün zamanların qəzeti - “Yeni həyat” - 86!
    40. 21:38 Masallıda mini-futbol turnirinə start verilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər - Qızılağac və Masallının digər kəndləri
    Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər   Qızılağac və Masallının digər kəndləri   Azərbaycana gələn turistlər maraqlı Ətraflı oxu
    Bütün xəbərlər
    «    May 2018    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ