• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Kolatan və Qızılavar ərazilərində səyyar görüş-qəbullar

    Masallının Kolatan və Qızılavar ərazilərində səyyar görüş-qəbullar

      


    Kolatan və Qızılavar ərazilərində səyyar görüş-qəbullar
     
     Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti görüş-qəbulları Kolatan və Qızılavar ərazilərində oldu.
    Kolatan kənd  tam orta məktəbində keçirilən görüşü RİH başçısı açaraq sakinləri aprelin 11-dəki növbədənkənar  seçkilərdə xalqın etimadını qazanan  İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə təbrik edib dedi ki, bu birlik, şəffaflıq, sərrast seçim Azərbaycanın daha sürətli inkişafı, dünyanın güc dövlətləri ilə birlikdə addımlaması deməkdir. Cənab İlham Əliyevin hakimiyyəti illərində xalqımız böyük nailiyyətlərə nail olmuş, dövlətimiz güclənmiş, həyatın bütün sahələrində uğurlara imza atılmışdır. Aqrar sahənin inkişafı üçün yeni layihələr hazırlanıb həyata keçirilmişdir.
     
    Rayon rəhbəri sözüna davam edib göstərdi ki, bu inkişafı görmək üçün Masallıda bir sıra infrastrukturların reallaşmasına diqqət yetirmək kifayətdir. Son bir neçə ildə neçə-neçə məktəbin tikintisi , səhiyyə obyektinin istifadəyə verilməsi, Masallının su, qaz, işıq, yol problemlərinin həlli, Sənaye Məhəlləsinin inşası və s. rayonun inamla irəliləməsini göstərir. Bəzi sosial məsələlər həll olunub. Yaşadığınız kənddə nə yoxdur? Uşaq bağçası, müasir tipli iki məktəb, həkim məntəqəsi, asfalt yol, broyler, yem sexi, qaz, rabitə sistemi. Aqrar sektorda da inamlı addımlar atılır. Burada çay plantasiyaları salmaq üçün adamlar kooperasiyada birləşirlər. Əgər 500 hektar çay sahəsi olsa burada fabrik də tikiləcək və sakinlərin məşğulluğu təmin  olunacaq.
    Kəndiniz bir vaxtlar ölkədə ən böyük çayçılıq təsərrüfatı olub. Bu sahədə neçə-neçə tanınmış ustalar yetişib. Onlarca hektarda limon, naringi, feyxoa əkilib. Bu gün isə həmin sahələr bom-boşdur. “Azərsun” Sığaçolədə 100 hektardan çox plantasiya salıb. Burada 60-dan çox insan çalışır. Onların əksəriyyəti qonşu Lənkəran rayonundan gəlir. Siz niyə susursuz? Sahibkarlığa inamsızlıq var. Niyə? Siz də birləşin, səy göstərin, əkin. Bu ərazidə  sitrus və çay çox yaxşı fayda verir. Belə səfalı yerləri boş saxlamaq günahdır. Əli-əl üstə qoyub gözləməyin faydası olmaz, torpağa qayıtmaq vacibdir. Məktəbiniz müasirdir. Valideynlər məktəblə əlaqəni möhkəmləndirməlidir.Gələcəkdə adi sənətkarın da komputer təhsili, bacarığı olmalıdır ki, özünü, ailəsini dolandırsın. Məktəb həm də layiqli vətəndaş yetişdirməlidir.
    Kənd sakinlərindən Fəzail Məmmədov, Malik Ağayev, Etibar və Rafil Sadıqovlar  və başqaları çıxış edib bəzi məsələlərə toxundular. Onlar pay torpaqlardakı neqativ halları, elektrik dirəklərinin nasazlığını, su çətinliyini gündəmə gətirdilər.
    Rayon rəhbəri edilən müraciətlərə münasibət bildirib, tapşırıqlar verdi.

                                                         ***
     

     
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun  Qızılavar ərazisindəki görüş-qəbulu Dəlləkoba məktəbində düzənləndi.
    Sakinləri salamlayan rayon rəhbəri ölkədə və rayonda aparılan quruculuq işlərindən danışıb dedi ki, Azərbaycan dövlətinin qüdrəti aprelin 11-dəki seçkilərdə xalqın etimadını qazanan  cənab İlham Əliyevin məqsədyönlü siyasətinin yorulmaz fəaliyyətinin nəticəsidir.
    Ölkədə gedən inkişaf bütün mərhələlərdə rayonumuzda da davam edir. Rayonda bir neçə kiçik yaşayış məntəqəsi istisna olmaqla qazlaşma demək olar ki, başa çatıb. Bu, adamların məişətinin yaxşılaşması, meşələrin qırılmasının qarşısının alınması deməkdir.
    Masallı şəhərinə beynəlxalq standartlara uyğun su xətti çəkilib, kanalizasiya sistemi yaradılıb, bir neçə böyük ərazidə elektrik təsərrüfatı yenilənib, yollar asfaltlaşdırılıb.
    Rayon rəhbəri diqqəti torpaqlardan səmərəli istifadə edilməsinə çəkib dedi ki, rayonda əkin sahələri əvvəlki illə müqayisədə xeyli artsa da ərazinizdə canlanma hiss olunmur. Tərəvəzçilikdə əvvəlki ənənələri bərpa etməklə işsizliyə son qoymaq olar. Kəndiniz inkişafdadır. Yollarınız asfaltlaşdırılıb. Belə imkanlı, xeyriyyəçi insanların köməyindən istifadə etmək vacibdir.
    Sakinlərdən Yadigar Ağayev, Xanverdi Səmədov, əməkdar müəllim Azadxan Paşayev, şair Xanəli Ağayev, Elsevər Babayev və başqaları  göstərdilər ki, kənddə uşaq bağçası yoxdur, qaz zəif yanır, transformatorun açarı ağacdan asılıb və s.
    RİH başçısı yekun sözündə təklif və müraciətlərə münasibət bildirdi. Göstərdi ki, kənddə ərazi nümayəndəsi, bələdiyyə, ağsaqqallar şurası, icmaların fəaliyyəti bir məqsədə xidmət edəndə torpaq da əkilər, işsizlik də olmaz. Sizin kənddə xeyriyyəçilər var, onlar asfalt çəkiblər, bəzi xidmət obyekti açıblar. Gecə işıqlarının pulları verilməlidir ki, yandırılmasına icazə verilsin. Qəzalı elektrik dirəkləri dərhal dəyişdirilməlidir.

                                                                                   H.ƏLİYEV.
                                                                                   Yeni həyat”,
                                                                            
    www.yeniheyet.az 
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:45 Masallının Məmmədoba və Miyənkü kəndlərində tibb və həkim məntəqələrinin açılışı olub
    2. 23:55 Masallıda Milli Qurtuluş Günü qeyd edilib
    3. 18:55 Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Son zəng”
    4. 18:48 Bayram günləri “ASAN xidmət” işləyəməyəcək
    5. 18:45 Prezident İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    6. 18:30 Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi
    7. 21:33 Masallı rayonunda “Son zəng” tədbirləri keçirilib
    8. 17:28 Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki
    9. 17:22 Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
    10. 17:12 Masallı şəhər Uşaq-İncəsənət Məktəbində hesabat konserti
    11. 21:16 Masallıda istehlakçı hüquqları ilə bağlı təlim keçirilib
    12. 20:12 Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında Prezidentin Sərəncamı
    13. 19:53 Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində iştirak edib
    14. 19:45 Prezident İlham Əliyev Əskişəhərdə Ukrayna Prezidenti Petro Poroşenko və BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
    15. 17:23 Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür
    16. 15:27 Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
    17. 17:44 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib
    18. 11:29 Prezident İlham Əliyev Bolqarıstanın, Perunun və Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib
    19. 21:52 Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib
    20. 21:25 Sağlamlığınız üçün Azərbaycana gəlin!
    21. 21:14 Masallıda Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib
    22. 16:16 Masallıda “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb
    23. 15:01 "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" Masallıda Forum keçirib
    24. 13:56 Eksponatlarda yaşayan tarix
    25. 22:51 Masallıda “Milli mənəvi dəyərlərimiz, adət və ənənələrimiz xalqımızın sərvətidir” mövzusunda konfrans keçirilib
    26. 17:16 Masallı RİH başçısının Sərçuvar və Bədəlan ərazilərində səyyar görüş-qəbulu
    27. 23:22 Masallı məktəblisi ölkə üzrə 5 “Ədəbiyyat biliciləri” sırasında
    28. 14:30 ABŞ-ın Azərbaycandakı səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb
    29. 18:10 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür
    30. 18:07 Gözdən yaş çıxarmı ürək yanmasa...
    31. 18:03 Azərbaycan beynəlxalq festivalda təmsil olunub
    32. 18:01 Bu gün Bakıda dünya çempionatı start götürür
    33. 17:15 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub
    34. 17:09 Prezident İlham Əliyev Naftalana səfər edib
    35. 17:05 Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib
    36. 21:24 Heydər Əliyev Mərkəzində "Moda məkanı" sərgisi açılıb
    37. 16:34 Murmanskda Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş tədbirlər keçiriləcək
    38. 16:06 Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir
    39. 15:49 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib
    40. 15:47 İyunun 14-də “Son zəng” çalınacaq
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyun 2018    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ