• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının Öncəqala və Həsənli ərazilərində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Öncəqala və Həsənli ərazilərində səyyar görüş-qəbulu

     
    Masallı RİH başçısının Öncəqala və Həsənli ərazilərində səyyar görüş-qəbulu
     
    Kəndlinin rifahının barometri – torpaq
     
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Öncəqala ərazisindəki səyyar görüş-qəbulunda ölkəmiz üçün əlamətdar hadisələr gündəmə gətirildi. Aqrar sektorun inkişafı ilə əlaqədar rayonda görülmüş tədbirlərdən danışıldı.
    Öncəqala kənd tam orta məktəbində keçirilən tədbiri açan rayon rəhbəri Xalq Cümhuriyyətinin 100 illiyinin və ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün ölkədə təntənə ilə qeyd edildiyini vurğulayıb, prezident seçkilərində əhalinin ən düzgün seçim etdiyini bildirib, ərazi sakinlərinin səsvermədə siyasi yetkinlik, mütəşəkkillik göstərdiyi üçün onlara təşəkkür etdi.
     

    Rayon rəhbəri təhsil, səhiyyə, mədəniyyətin inkişafı, abadlıq-quruculuq, xidmət sahələrində yeniləşmə istiqamətində görüləntədbirlərdən, yol infrastrukturunun yaxşılaşdırılması və digər layihələrin yerinə yetirilməsi işlərindən geniş danışdı.“ASAN xidmət”,Sənaye Məhəlləsi kimi regional müəssisələrin fəaliyyətini gündəmə gətirdi. Bildirdi ki, Masallı şəhərinə verilən içməli su dünya standartlarına uyğundur, şəhərin kanalizasiya sistemi başa çatır.
    Şəhərdə, rayonun Kolatan, Köhnə Alvadı, Çaxırlı kəndlərində görülən abadlıq işlərini gündəmə gətirib, nümunə göstərdi.
    Aqrar sektorun inkişafı ilə əlaqədar ölkə rəhbərinin kənd əməkçiləri üçün müəyyən etdiyi vəzifələrin icrası ilə əlaqədar görülən tədbirlərdən, ehtiyat və resursların axtarılıb tapılmasından danışan natiq bunlardan rayon üçün ən xarakterik olanının – Viləşçay dəryaçasının ikinci növbəsini misal gətirdi. Bildirdi ki, bu, əlavə olaraq 20 min hektar torpağın suvarılmasını təmin edəcəkdir.
    Torpağın təyinatının dəyişdirilməsi, əkilməyən sahələr barədə narahatçılıq ifadə edən natiq iqtisadi təhlil apardı. Qızılağac, Xırmandalı ərazilərində torpaqdan daha səmərəli istifadə edildiyini misal göstərdi.
    Ərazi sakini Rafəddin Məmmədov Qızılağac ərazisində əkdiyi 3 hektar sahənin suvarılmasına kömək edilməsi barədə müraciət etdi. Rayon rəhbəri operativ olaraq həmin sahələrə su çıxarılması barədə göstəriş verdi.
    Ərazi sakini Sərxoş Orucovun müraciətinə də münasibət bildirildi.

                                                                                       ***

     
    Rayon rəhbəri Rafil Hüseynovun Həsənli ərazisində səyyar görüş-qəbulu əsasən ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrə münasibət, təsərrüfatın inkişafı istiqamətində görülən tədbirlər, verilən təkliflərlə xarakterik oldu.
    Kənd mədəniyyət evində keçirilən görüşü açan Rafil Hüseynovun tədbir iştirakçılarını Cümhuriyyətin 100 illiyi, ulu öndərin 95-ci ildönümü münasibətilə təbrik etdi, həmçinin prezident seçkilərində fəallıq göstərdiklərinə, düzgün seçim etdiklərinə görə ərazi sakinlərinə təşəkkür bildirdi.
    Həsənli kənd tam orta məktəbinin müəllimi Gəncəli Hüseynov, ərazi sakini Hüseyn Hüseynov ölkədə və rayonda görülən işləri təqdir etdilər.
    Bildirdilər ki, Azərbaycanın böyük inkişafı göz qabağındadır. Bu inkişafın uğurlu yolu Masallıdan, onların yaşadığı Həsənli kəndindən keçir.
    Azərbaycan vətəndaşına göstərilən qayğıya, ölkədə əmin-amanlığa görə cənab Prezidentə minnətdarlıqlarını bildirən natiqlər onu ölkə başçısına çatdırmağı rayon rəhbərindən xahiş etdilər.
    Gəncəli Hüseynov çalışdığı kənd tam orta məktəbinin təmiri barədə müraciətinin yerinə yetirildiyinə – məktəbin dam örtüyünün dəyişdirildiyinə görə rayon rəhbərinə kollektiv adından minnətdarlıq etdi.
    Kənd təsərrüfatı mütəxəssisi Yusif Hüseynov bildirdi ki, ölkədə yüksək siyasi əhval-ruhiyyə var. Həsənlidə camaat qurub-yaratmaq ovqatındadır. Torpağa qayıdış var. 65 hektarda pomidor, 8 hektar kələm, 1 hektar sarımsaq əkilib, noxud yetişdirilir, barama saxlanılır və s. Mütəxəssis toxumun düzgün seçilməsi üçün təkliflər verdi. Məmmədxanlı kəndinə gedən yolun təmiri üçün minnətdarlığını bildirdi.
    Ərazi sakini Sayyad Quliyev Məmmədxanlıya su çəkilməsi, kəndin qazla təmin olunmasına görə ölkə rəhbərinə minnətdarlığını bildirdi.
    Əliməmməd Hüseynov günün bəzi vaxtlarında işıqların söndürülməsini bildirdi. Bunun aradan qaldırılması üçün tapşırıq verildi.
    Görüşü yekunlaşdıran rayon rəhbəri irəli sürülən təkliflərə münasibət bildirdi. Xüsusilə mütəxəssis Yusif Hüseynovun irəli sürdüyü təklifin təsərrüfatın inkişafı üçün önəmli olacağını qeyd edib Həsənlidə torpağa qayıdış olduğunu vurğuladı.
    Təsərrüfat təhlilləri aparan natiq Masallıda çəltikçilik sahəsində tətbiq olunan ən müasir texnikaların əl əməyindən dəfələrlə səmərəli olduğunu, ucuz başa gəldiyini bildirdi. Yeni, ən müasir texnika ilə işləməyi bacaran kadrların yetişdirilməsindən danışaraq bildirdi ki, bu yol orta məktəbdən keçir.
    Bir sözlə, torpaq kəndlinin gəlir mənbəyi, rifahının barometridir...
    Rayon rəhbəri hər iki görüşdə tədbir iştirakçılarına uğurlu və bərəkətli Ramazan günləri arzuladı, əvvəlcədən bayramlarını təbrik etdi, oruc –namazınız qəbul olsun dedi.
                                                                                                             R.RZAYEV.
                                                                                                              “Yeni həyat”,
                                                                                                        
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:45 Masallının Məmmədoba və Miyənkü kəndlərində tibb və həkim məntəqələrinin açılışı olub
    2. 23:55 Masallıda Milli Qurtuluş Günü qeyd edilib
    3. 18:55 Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Son zəng”
    4. 18:48 Bayram günləri “ASAN xidmət” işləyəməyəcək
    5. 18:45 Prezident İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    6. 18:30 Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi
    7. 21:33 Masallı rayonunda “Son zəng” tədbirləri keçirilib
    8. 17:28 Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki
    9. 17:22 Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
    10. 17:12 Masallı şəhər Uşaq-İncəsənət Məktəbində hesabat konserti
    11. 21:16 Masallıda istehlakçı hüquqları ilə bağlı təlim keçirilib
    12. 20:12 Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında Prezidentin Sərəncamı
    13. 19:53 Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində iştirak edib
    14. 19:45 Prezident İlham Əliyev Əskişəhərdə Ukrayna Prezidenti Petro Poroşenko və BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
    15. 17:23 Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür
    16. 15:27 Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
    17. 17:44 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib
    18. 11:29 Prezident İlham Əliyev Bolqarıstanın, Perunun və Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib
    19. 21:52 Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib
    20. 21:25 Sağlamlığınız üçün Azərbaycana gəlin!
    21. 21:14 Masallıda Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib
    22. 16:16 Masallıda “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb
    23. 15:01 "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" Masallıda Forum keçirib
    24. 13:56 Eksponatlarda yaşayan tarix
    25. 22:51 Masallıda “Milli mənəvi dəyərlərimiz, adət və ənənələrimiz xalqımızın sərvətidir” mövzusunda konfrans keçirilib
    26. 17:16 Masallı RİH başçısının Sərçuvar və Bədəlan ərazilərində səyyar görüş-qəbulu
    27. 23:22 Masallı məktəblisi ölkə üzrə 5 “Ədəbiyyat biliciləri” sırasında
    28. 14:30 ABŞ-ın Azərbaycandakı səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb
    29. 18:10 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür
    30. 18:07 Gözdən yaş çıxarmı ürək yanmasa...
    31. 18:03 Azərbaycan beynəlxalq festivalda təmsil olunub
    32. 18:01 Bu gün Bakıda dünya çempionatı start götürür
    33. 17:15 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub
    34. 17:09 Prezident İlham Əliyev Naftalana səfər edib
    35. 17:05 Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib
    36. 21:24 Heydər Əliyev Mərkəzində "Moda məkanı" sərgisi açılıb
    37. 16:34 Murmanskda Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş tədbirlər keçiriləcək
    38. 16:06 Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir
    39. 15:49 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib
    40. 15:47 İyunun 14-də “Son zəng” çalınacaq
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyun 2018    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ