• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib

    Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib


    Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib


    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
    Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısına raport verdi.
    Bildirildi ki, hərbi hissənin inşasına 2017-ci ilin mayında başlanılıb. Ümumi ərazisi 36 hektar olan hərbi hissədə qərargah binası, əsgər yeməkxanası və yataqxanası, idman və sıra düzülüş meydançaları, maşınlar üçün qaraj, nəzarət-buraxılış məntəqəsi, nəzarət qüllələri quraşdırılıb.
    Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa olunub. Binada hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb. Bu cür müasir qərargah binalarının yaradılması hərbi potensialın artırılması, əsgər və zabitlərin xidmət şəraitlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində dövlətimizin atdığı mühüm addımların ardıcıl olduğunu bir daha göstərir.
    Dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə də tanış oldu.
    Yataqxana binasında əsgərlərin qalması və istirahəti üçün hərtərəfli şərait var. Burada məişət və əşya otaqları, dəftərxana və digər zəruri otaqlar yaradılıb. Yataqxanadakı ideoloji otaqda hərbi qulluqçular Azərbaycanın hərb tarixinin şanlı səhifələri barədə məlumat alacaqlar.
    Hərbi hissədə əsgər və zabitlərin idmanla məşğul olmaları üçün də yaxşı şərait var. Burada quraşdırılan idman meydançasında hərbi qulluqçular minifutbol, basketbol və voleybolla məşğul ola biləcəklər.
    Hərbi hissənin əsgər yeməkxanası da müasir səviyyədədir. Təmiz və işıqlı yeməkxana binasında hərbi qulluqçulara bol enerjili, ekoloji təmiz və rasiona uyğun yeməklər verilir. Bütün bunlar bir daha göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində mühüm işlər görülür, hərbi qulluqçuların xidməti, yaşayış və istirahət şəraitlərini yüksək səviyyəyə çatdırmaq məqsədilə konkret addımlar atılır.
    Hərbi hissənin raketlərin yoxlanılması anqarında zəruri avadanlıq quraşdırılıb. Burada raketlər təmir ediləcək və yoxlanılacaq. Burada, həmçinin raket meydançası da yaradılıb. Bu hərbi hissədə belə müasir infrastrukturun yaradılması onun strateji əhəmiyyətini daha da artırır.
    Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev raketlərin saxlanması və döyüş maşınlarına yüklənməsi anqarına da baxdı.
    Yeni hərbi hissənin ərazisində iriqabaritli hərbi maşınlar üçün saxlanma anqarı, yanacaqdoldurma məntəqəsi, açıq test meydançası yaradılıb. Ümumilikdə, burada görülən işlər ordu quruculuğu sahəsində son illərdə aparılan məqsədyönlü islahatların tərkib hissəsidir.
    Dövlətimizin başçısı döyüş texnikası parkında hərbi texnikaya baxdı.
    Ali Baş komandana əməliyyat-taktiki raket kompleksi olan “POLONEZ” barədə məlumat verildi. Onun maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.
    Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “POLONEZ”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.
    Bütün bunlar göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə Ordumuzun müasir silah-sursat, hərbi texnika ilə təminatı məsələsinə xüsusi diqqət və qayğı ilə yanaşılır. Təsadüfi deyil ki, bu gün Ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Azərbaycan Ordusunun maddi-texniki bazasının yüksək səviyyədə təminatı üçün müasir silah-sursat, hərbi texnika xaricdən alınır. Bununla yanaşı, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi də Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:45 Masallının Məmmədoba və Miyənkü kəndlərində tibb və həkim məntəqələrinin açılışı olub
    2. 23:55 Masallıda Milli Qurtuluş Günü qeyd edilib
    3. 18:55 Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Son zəng”
    4. 18:48 Bayram günləri “ASAN xidmət” işləyəməyəcək
    5. 18:45 Prezident İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    6. 18:30 Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi
    7. 21:33 Masallı rayonunda “Son zəng” tədbirləri keçirilib
    8. 17:28 Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki
    9. 17:22 Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
    10. 17:12 Masallı şəhər Uşaq-İncəsənət Məktəbində hesabat konserti
    11. 21:16 Masallıda istehlakçı hüquqları ilə bağlı təlim keçirilib
    12. 20:12 Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında Prezidentin Sərəncamı
    13. 19:53 Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində iştirak edib
    14. 19:45 Prezident İlham Əliyev Əskişəhərdə Ukrayna Prezidenti Petro Poroşenko və BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
    15. 17:23 Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür
    16. 15:27 Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
    17. 17:44 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib
    18. 11:29 Prezident İlham Əliyev Bolqarıstanın, Perunun və Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib
    19. 21:52 Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib
    20. 21:25 Sağlamlığınız üçün Azərbaycana gəlin!
    21. 21:14 Masallıda Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib
    22. 16:16 Masallıda “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb
    23. 15:01 "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" Masallıda Forum keçirib
    24. 13:56 Eksponatlarda yaşayan tarix
    25. 22:51 Masallıda “Milli mənəvi dəyərlərimiz, adət və ənənələrimiz xalqımızın sərvətidir” mövzusunda konfrans keçirilib
    26. 17:16 Masallı RİH başçısının Sərçuvar və Bədəlan ərazilərində səyyar görüş-qəbulu
    27. 23:22 Masallı məktəblisi ölkə üzrə 5 “Ədəbiyyat biliciləri” sırasında
    28. 14:30 ABŞ-ın Azərbaycandakı səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb
    29. 18:10 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günüdür
    30. 18:07 Gözdən yaş çıxarmı ürək yanmasa...
    31. 18:03 Azərbaycan beynəlxalq festivalda təmsil olunub
    32. 18:01 Bu gün Bakıda dünya çempionatı start götürür
    33. 17:15 Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub
    34. 17:09 Prezident İlham Əliyev Naftalana səfər edib
    35. 17:05 Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib
    36. 21:24 Heydər Əliyev Mərkəzində "Moda məkanı" sərgisi açılıb
    37. 16:34 Murmanskda Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş tədbirlər keçiriləcək
    38. 16:06 Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir
    39. 15:49 Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib
    40. 15:47 İyunun 14-də “Son zəng” çalınacaq
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyun 2018    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ