• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının Musakücə ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Musakücə ərazisində səyyar görüş-qəbulu


     
    Musakücədə səyyar qəbul
     
    Tarlada izi olanın, süfrədə üzü olar
     
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Musakücə ərazisində keçirdiyi səyyar görüş-qəbulundakı çıxışında bildirdi ki, xalqın Prezident seçkilərində öz liderinə böyük etimadının başlıca səbəbi cənab İlham Əliyevin 15 illik uğurlarımızın müəllifi olması və dövlətimizin qarşısındakı taleyüklü məsələlərin gələcəkdə məhz onun həll etməyinə inamımızdan qaynaqlanır.
    Respublikamızın Prezidentinin  ölkədə və beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasından, xalqın onu özünə lider görməsindən söz salan natiq Azərbaycanın inkişafı, tərəqqisi, paytaxtdan başlanmış rayonlara kimi keçirilən qlobal layihələrdən geniş danışdı.
    Bu inkişafın ugurlu görüntüsü kimi xalqa xidmətin ayrı-ayrı sahələrinə nəzər yetirdi. Ölkədə qazlaşmanın 90 faizə çatdığını, Masallıda 95 fasiz təşkil etdiyini bildirdi.
    Yol çəkilişinə, uğurlu yol layihələrinin həyata keçirildiyinə görə ölkəmizin MDB məkanlarında birinci olduğunu vurğulayan natiq dünyanın bir sıra ən önəmli yol qovşaqlarının Azərbaycandan, o cümlədən Masallıdan keçdiyini bildirdi.
    Masallıda 100 kilometrə qədər asfalt yol salınıb. Bu iş rayon mərkəzindən tutmuş ucqar kəndlərədək davam edir.
    Bu gün Masallı şəhəri dünya standartlarına cavab verəcək dağ suyu ilə təmin edilib, kanalizasiya işi başa çatır. On ildə 50-dən  artıq məktəb ya tikilib, ya da təmir olunmuşdur. Hazırda 3 modul məktəb və Gəyəçöldə təhsil ocağı tikilir. 18 uşaq bağçasında 10-a qədəri ya yenidən tikilib, ya təmir olunub.
    Səhiyyədəki yeniliklərdən danışan natiq Mərkəzi Rayon Xəstəxanasının və iki sahə  xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra ən müasir avadanlıqla təchiz olunub, əhalinin istifadəsinə verilməsini gündəmə gətirdi. Miyankü və Məmmədobada həkim və tibb məntəqələri istifadəyə verilmiş, Lürəndə istifadəyə hazırlanır.
    Natiq “ASAN xidmət” kompleksindən geniş danışdı. Onun ətraf rayonların bir milyona yaxın əhalisinə 20-dən çox xidmət göstərdiyini vurğuladı.
    Son illərdə mədəniyyət müəssisələrinin, idman obyektlərinin, park və meydanların tikilib, qurulduğunu gündəmə gətirdi. Qeyd etdi ki, Masallıda küçələrin sayı 12-dən 101-ə çatdırılıb.
    Bütün bunlar, eləcə də region əhalisi üçün yaradılmış Sənaye Məhəlləsi cənab İlham Əliyevin xalqa töhfələridir. 10 hektar sahəni əhatə edəcək bu məhəllədə ilkin olaraq 600-800 iş yeri açılacaq, sonra on dəfələrlə artırılacaq.
    Suvarma üçün böyük mənbə olacaq Viləşçay dəryaçasının II növbəsi işə salınandan sonra 123 milyon kubmetr su əldə ediləcək ki, bu, gələcəkdə qonşu rayonlarda da torpaqların suvarılmasına kömək olacaqdır.
    Rayonda turizmin inkişafı istiqamətində görülən tədbirlərdən geniş danışan sözçü mövcud termal sulardan, zəngin təbiətdən faydalanmaqla böyük dolanışıq mənbəyi əldə etməyin mümkünlüyünü bildirdi.
    Rayonda əhalinin sıx olduğu faktını gündəmə gətirən sözçü bildirdi ki, mövcud torpağın hər qarışından daha səmərəli istifadə edilməlidir ki, adamların daha firavan dolanışığı təmin olunsun. Çəltikçilik, tərəvəz və digər təsərrüfat sahələrinin təhlilini verən sözçü ən əlverişli iqlimə, yaxşı məhsuldar torpağa malik Masallıda  ildə iki-üç dəfə əkin keçirməyin mümkünlüyünü qeyd edib, buna əyani misal olaraq Qızılağac təsərrüfatlarını göstərdi. Sahibkarlığı istedad adlandırıb ayrı-ayrı fermerlərin işini nümunə çəkib, təsərrüfatların kooperasiya şəklində birləşməsinin üstünlüyünü əyani misallar göstərməklə isbat etdi. “Hər kəs torpağı əkib-becərirsə yaxşı yaşayır” qənaətinə gələn natiq Xırmandalı əkinçilərinin timsalında faktlar göstərdi. Dedi ki, torpağa üz çevirin. Tarlada izi olanın, süfrədə üzü olar.
    Ölkədəki əmin-amanlıq, sabitlik şəraitində torpağa, tarlaya maraq daha da artmalıdır və bu gün Masallıda  bu istiqamətdə canlanma hiss olunur. 18,5 min hektar torpaq şumlanıb. Xüsusilə çəltikçiliyə maraq böyükdür. Bu bitkinin əkin və becərilməsində ən müasir texnikanın tətbiqi hesabına xeyli vəsaitə qənaət etmək olur.
    Rayon rəhbəri gənc nəslin təhsilinə önəm verilməsi, məktəblilərə, ən yeni elmi nailiyyətlərə əsaslanan texnikaları işlətmək səriştəsinin asanlaşması istiqamətində tövsiyələr verdi.
    Kənd sakini Bəhram Abuşov klubun dam örtüyünün dəyişdirilməsinə kömək edilməsi barədə xahiş səsləndirdi.
    Rayon rəhbəri xahişin icra edilməsi barədə tapşırıq verdi. RİH başçısı eyni zamanda Qürbət Qasımovun torpaqla əlaqədar və Mirəhya Salayevin işıq və qaz xidməti ilə bağlı müraciətlərinə münasibət bildirib müvafiq göstərişlər verdi.
    R.RZAYEV.
    “Yeni həyat”,
     
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:26 Masallı Dövlət Regional Kollecinin məzun gecəsi
    2. 16:17 Masallıda “Kitab günü” və “Asudə vaxtı necə səmərəli keçirməli” mövzusunda tədbir keçirilib
    3. 15:57 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyi Masallıda “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda tədbir keçirib
    4. 21:20 Tarixdə iz qoymuş böyük şəxsiyyət
    5. 19:45 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallıda keçirib
    6. 15:23 Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
    7. 15:20 Prezident İlham Əliyev İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    8. 15:12 Şanlı tariximiz
    9. 22:05 NATO-nun Zirvə toplantısının yekun kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək ifadə olunub
    10. 21:51 Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb
    11. 21:46 Prezident İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub
    12. 21:40 Prezident İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb
    13. 21:34 Prezident İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib
    14. 21:26 Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil olunub
    15. 21:47 “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində növbəti yay məktəbi təşkil olunacaq
    16. 16:43 Azərbaycan və Türkiyə prezidentləri görüşüb
    17. 15:23 Prezident İlham Əliyev İsveçrənin federal müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    18. 15:15 Masallıda “100 illik şanlı tarix” mövzusunda konfrans keçirilib
    19. 15:03 Masallı gənclərinin orduya yola salınma mərasimi
    20. 19:41 XİN-nin əməkdaşları peşə bayramları münasibətilə cəbhə bölgəsinə səfər ediblər
    21. 14:05 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
    22. 22:09 Masallı karateçiləri beynəlxalq turnirin kubokuna sahibləniblər
    23. 23:14 Masallı taekvondoçularının növbəti uğuru
    24. 22:15 2 iyul - İdman Jurnalistikası Günüdür
    25. 20:17 Elektron media və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsilə bağlı ictimai fəallığın artırılması
    26. 20:02 Masallıda 2 iyul – Polis gününün 100 illiyi qeyd edilib
    27. 15:45 Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
    28. 15:09 Bu gün akademik Cəlal Əliyevin doğum günüdür
    29. 14:51 İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    30. 14:44 Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov “Vətən uğrunda” medalı ilə təltif olunub
    31. 21:03 Prezident İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin birinci müavinini qəbul edib
    32. 18:22 Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu
    33. 18:16 Masallıda “Narkomaniya: çətin və erkən ölüm” layihəsi çərçivəsində tədbir keçirilib
    34. 15:34 Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    35. 15:13 Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    36. 15:09 Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda olub
    37. 14:58 “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına start Masallıdan verilib
    38. 23:14 Masallı “ASAN xidmət” könüllüləri Silahlı Qüvvələr Gününə həsr olunmuş dəyirmi masada
    39. 20:55 Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
    40. 20:50 Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyul 2018    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ