• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu

     
    Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu


    Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Tüklə ərazisində keçirildi.
    Tüklə kənd “Ağsaqqallar klubu”nun həyətində təşkil olunmuş görüşdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, Tüklə, Məmmədoba və Tiyaqani kəndlərinin sakinləri iştirak edirdi.
     
    Görüş-qəbulü  rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq sakinləri  salamladı, respublikamızın, rayonumuzun bugünkü uğurlu inkişafından danışdı.
    RİH başçısı qeyd etdi ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün respublikanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir. Masallıda özəl sahəyə xüsusi diqqət yetirilir, yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər əhalinin yaxşı yaşaması, yeni iş yerlərinin yaradılması, insanların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.
    RİH başçısı rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından danışdı. Bildirdi ki, kolxoz-sovxoz dövründə məhsulumuzu özgələr satırdısa, indi kəndli ona məxsus torpaqda özü əkir, özü də satır.Əvvəllər 17 min hektar sahə əkilirdisə, hazırda rayonda 18,5 min hektarda əkin aparılır.
    Torpaq boş qala bilməz. Torpaqlardan təyinatı üzrə istifadə etmək lazımdır. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan bu qeyri-mümkündür. Əks təqdirdə İnzibati Xətalar Məcəlləsinə əsaslanaraq Torpaq Agentliyi cərimələr tətbiq edir, cinayət məsuliyyətinə cəlb edir.
     
    Təhsil və erkən nikahla bağlı fikirlərini diqqətə çatdıran rayon rəhbəri valideynlərə tövsiyələrini verdi. Bildirdi ki, övladlarınızın dərslərində iştirak edin, məktəblə, müəllimlərlə əlaqə saxlayın. Kimliyindən asılı olmayaraq erkən nikaha güzəşt yoxdur.
    Ərazidə turizmin inkişafı üçün böyük potensialın olduğunu vurğulayan icra başçısı kənddə məktəblilər üçün istirahət düşərgəsinin bərpa olunacağını nəzərə çatdırdı.
    Kənd ağsaqqallar şurasının sədri Rəvvaq Məmmədov respublika Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, Masallıda, Tüklə ərazisində görülən işlərə, o cümlədən son günlərdə Məmmədoba kəndində yeni tibb məntəqəsinin inşasına görə ölkə və rayon rəhbərinə sakinlər adından minnətdarlıq bildirdi.
    Sakinlərdən Hənifə Məhərrəmov, Elxan İbadov, Xoşqədəm İbadova kəndə gələn yolun təmir olunması,Tüklə məktəbinin təmiri, “Tut bağı” ərazisinin sel sularından bərbad vəziyyətə düşməsi, yaxınlıqdakı bənddən istifadənin çətinliyi, Məmmədoba həkim məntəqəsinə qaz xəttinin çəkilişi, Ramil Əhədov isə qaz sayğacındakı problem barədə müraciət etdilər.
    Görüş zamanı əhalinin problemlərini dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həll olunması məqsədilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
     
    Akif AĞAYEV.
     “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:26 Masallı Dövlət Regional Kollecinin məzun gecəsi
    2. 16:17 Masallıda “Kitab günü” və “Asudə vaxtı necə səmərəli keçirməli” mövzusunda tədbir keçirilib
    3. 15:57 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyi Masallıda “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda tədbir keçirib
    4. 21:20 Tarixdə iz qoymuş böyük şəxsiyyət
    5. 19:45 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallıda keçirib
    6. 15:23 Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
    7. 15:20 Prezident İlham Əliyev İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    8. 15:12 Şanlı tariximiz
    9. 22:05 NATO-nun Zirvə toplantısının yekun kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək ifadə olunub
    10. 21:51 Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb
    11. 21:46 Prezident İlham Əliyevin və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub
    12. 21:40 Prezident İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb
    13. 21:34 Prezident İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib
    14. 21:26 Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil olunub
    15. 21:47 “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində növbəti yay məktəbi təşkil olunacaq
    16. 16:43 Azərbaycan və Türkiyə prezidentləri görüşüb
    17. 15:23 Prezident İlham Əliyev İsveçrənin federal müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    18. 15:15 Masallıda “100 illik şanlı tarix” mövzusunda konfrans keçirilib
    19. 15:03 Masallı gənclərinin orduya yola salınma mərasimi
    20. 19:41 XİN-nin əməkdaşları peşə bayramları münasibətilə cəbhə bölgəsinə səfər ediblər
    21. 14:05 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
    22. 22:09 Masallı karateçiləri beynəlxalq turnirin kubokuna sahibləniblər
    23. 23:14 Masallı taekvondoçularının növbəti uğuru
    24. 22:15 2 iyul - İdman Jurnalistikası Günüdür
    25. 20:17 Elektron media və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsilə bağlı ictimai fəallığın artırılması
    26. 20:02 Masallıda 2 iyul – Polis gününün 100 illiyi qeyd edilib
    27. 15:45 Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
    28. 15:09 Bu gün akademik Cəlal Əliyevin doğum günüdür
    29. 14:51 İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    30. 14:44 Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov “Vətən uğrunda” medalı ilə təltif olunub
    31. 21:03 Prezident İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin birinci müavinini qəbul edib
    32. 18:22 Masallı RİH başçısının Tüklə ərazisində səyyar görüş-qəbulu
    33. 18:16 Masallıda “Narkomaniya: çətin və erkən ölüm” layihəsi çərçivəsində tədbir keçirilib
    34. 15:34 Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    35. 15:13 Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    36. 15:09 Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda olub
    37. 14:58 “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına start Masallıdan verilib
    38. 23:14 Masallı “ASAN xidmət” könüllüləri Silahlı Qüvvələr Gününə həsr olunmuş dəyirmi masada
    39. 20:55 Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
    40. 20:50 Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
    Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
      Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıbBir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Bütün xəbərlər
    «    İyul 2018    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ