Masallıda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

    Masallıda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub


    Masallıda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

    Masallı rayon İcra hakimiyyəti başçısı aparatının inzibati binasında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun 2018-ci ilin altı ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
    Hesabat yığıncağını geniş məruzə ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 8 iyul 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, bu ilin göstəriciləri onu deyir ki, əvvəlki illərdə arapdığımız islahatlar və bu il aparılan islahatlar gözəl nəticələr verir. Mən bəzi rəqəmləri Azərbaycan ictimaiyyətinə çatdırmaq istərdim. Beləiklə 6 ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz iki faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da bu da məqbul rəqəmdir. Kənd təsərrüfatı 7, 6 faiz artmışdır. Xüsusilə bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artmışdır. 67 min iş yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artmışdır. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir.

    RİH başçısı bildirmişdir ki, respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2018-ci ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
    Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 591 p/m hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Hazırda çay yatağının 159 p/m-lik hissəsinin beton məcraya salınması işləri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir və tikinti işləri davam etdirilir.
    Ümumi uzunluğu 24,7 km olan Eminli-Qarğalıq-Səmidxan-Seybətin, Şatroba-Hişkədərə-Miyankü kəndləri istiqamətində yolların asfaltlaşdırılması başa çatdırılmışdır.
    Bakı prospekti və Seybətin küçəsinin yenidən qurulması işlərinə start verilmişdir.
    Dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 binanın fasadının təmiri, bloklara yeni seyf qapıların və pəncərələrinin quraşdırılması işləri davam etdirilir.
    Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixli Sərəncamından sonra layihə üzrə nəzərdə tutulmuş bina və qurğuların tikintisi yekunlaşmışdır. Sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə yeni təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaqdır.
    Məruzəçi göstərmişdir ki, rüb ərzində adambaşına düşən pul gəlirləri 1842 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 301.1 manat olmuşdur.
    2018-ci ilin birinci yarım ilində Masallı rayonunun gəlirləri 37 milyon 206 min 26 manata qarşı 39 milyon 530 min 09 manat və ya 106,2 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 39 milyon 44 min 06 manata qarşı 34 milyon 279 min 36 manat və ya 87,7% icra olmuşdur.
    Bu ilin ikinci rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 1354 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların 308-i qadınlardır. Qeydiyyata alınanlardan 805 nəfəri işlə təmin olunmuşdur ki, bunların da 376 nəfəri qadınlardır.
    1 iyul 2018-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın sayı 71908, xırda buynuzlu mal-qaranın sayı 85739 başa çatmışdır. Rüb ərzində süd istehsalı 27034.8 tona, ət istehsalı 3257.8 tona, yumurta istehsalı 38111 min ədədə çatmışdır.

    Bu ilin məhsulu üçün 18887 ha sahədə şum vurulmuş, 18253,2 hektarda əkin işləri aparılmışdır ki, bu da rayon üçün rekord göstərici deməkdir.
    2018-ci ilin yazlıq əkinləri 1059,7 ha kartof, 172,4 ha paxla, 256,8 ha sarımsaq, 74,5 ha yonca əkilməklə çoxillik bitki olaraq rayon üzrə yonca əkini 204,5 hektara çatdırılmışdır. 162,6 ha soğan, 226 ha göyərti, 916,5 ha noxud, 69,7 ha lobya, 75,7 ha mərci, 75, ha lərgə, 610,1 ha badımcan, 42,1 ha balqabaq, 301,3 ha xiyar, 464,5 ha pomidor, 362,4 ha yemiş, 38,0 ha qarpız, 53,7 ha qarğıdalı, 160,8 ha bibər, 19,0 ha süpürgə və 20,9 hektar zəfəran əkilmişdir.
    Rayonda çayçılığın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Kolatan inzibat ərazisinə aid Sığaçola massivində 100 hektar sahədə “Azərsun-Holdinq” tərəfindən işlər tam başa çatdırılmışdır.
    Rayonumuz üçün ənənəvi sahələrdən olan çəltikçilik və tütünçülüyün inkişafına da əhali arasında maraq xeyli yüksəlmişdir. Belə ki, 2017-ci ildə rayon üzrə 195 hektar çəltik sahəsindən 588 ton məhsul yığlmış, orta məhsuldarlıq 30 sentner təşkil etmişdir. Cari ildə çəltik əkinləri 301 hektara çatdırılmışdır. 2018-ci ildə rayon ərazisində 35 ha sahədə tütün əkilmişdir. Baramaçılığın inkişafı ilə bağlı bütün yaşayış məntəqələrində əvvəllər mövcud olmuş tut bağlarının qeydiyyatı aparılmış və ümumilikdə 8 ərazi üzrə 23,2 ha sahədə 4080 ədəd tut ağacının olduğu müəyyən edilmişdir.
    2017-ci ildə rayonumuza 20 qutu tut ipəkqurdu gətirilərək 12 təsərrüfata paylanmış 20 qutu tut ipəkqurdundan 469,6 kq yaş barama alınaraq Şəki İpək Kombinatına təhvil verildiyi halda, 2018-ci ildə rayonumuza baramaçılığın yeni inkişaf mərhələsinə qədəm qoyaraq 78 qutu tut ipəkqurdu gətirilərək 33 təsərrüfata paylanmış, 78 qutudan 3406.9 kq yaş barama Şəki İpək Kombinatına göndərilmişdir.
    Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 7136,90 min manata qarşı 7775,30 min manat və ya 108,9 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 863,40 min manata qarşı 946.70 min manat və ya 109,6 % yerinə yetirilmişdir. Şöbədə hazırda 26 min 531 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində 173 nəfərə əmək pensiyası təyin olunmuşdur.
    Masallı Elektrik Şəbəkəsi tərəfindən 110/35/10 kv-luq yarımstansiyalarda təmir bərpa işləri aparılmışdır.
    Boradigah qəsəbəsində 1114 ədəd 0.4 kv-luq dəmir dayaqlar basdırılmış, 14120 metr SİP kabel çəkilməklə, 296 ədəd elektrik sayğacı həyətlərdən çölə çıxarılmış, həmçinin 114 ədəd “Smart” tipli sayğac quraşdırılmışdır.
    Təklə, Sığıncaq, Mollahəsənli, Xoşçobanlı, Ləngan kəndlərində tam yenidən qurma işləri başa çatdırılmışdır. 2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.
    Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da 30 yeni məktəbin, həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların bağçalara cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.
    Cari ilin altı ayı ərzində Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin və Göyəçöl tam orta məktəbinin tikintisinə başlanılmışdır. Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüş, Məmmədoba və Miyankü həkim məntəqələri tikilərək istifadəyə verilmişdir. Hazırda Lürən həkim məntəqəsinin tikintisi davam etdirilir.
    2018-ci ilin altı ayında rayonda 1054 nəfər uşaq doğulmuş, uşaq ölümü 1,4 promil (3 nəfər), evdə doğuş 1,4 promil (3 nəfər) olmuşdur.
    Rüb ərzində 23230 uşaq müayinə edilmişdir ki, bunlardan 2110 uşaqda müxtəlif xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır. 171 nəfər uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə göndərilmişdir.
    İlin birinci yarım ilində nikaha girmiş 200 cütlüyün müayinəsi zamanı 7 nəfərdə talassemiya daşıyıcısı aşkar edilmişdir.
    Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daim diqqət mərkəzində saxlanılmalıdır.
    Natiq demişdir ki, 2018-ci ilin altı ayı ərzində rayon İcra hakimiyyətinə 953 müraciət daxil olmuşdur ki, onlardan 481 rayon icra hakimiyyətinə, 472 isə yuxarı təşkilatlara ünvanlanmışdır. Müraciətlərin 752-si ərizə, 186-sı şikayət, 15-i təklif olmuşdur.
    Bu dövr ərzində keçirilən qəbullar zamanı ümumilikdə 689 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 444 nəfəri rayon İcra hakimiyyətində, 178 nəfəri səyyar, 67 nəfəri virtual qəbullarda olmuşdur.
    Qarşıda duran vəzifələrdən danışan məruzəçi qeyd etmişdir ki, rayonda qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi ilin sonuna qədər rayon ərazisinin 97 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir.
    Elektrik xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
    Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin başa çatdırılması və burada park-bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir.
    Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonda sahibkarlığın inkişafına dəstək vermək, onlara kömək göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrdəndir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.
    Hesabat yığıncağında çıxış edən Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Seymur Nuriyev, Masallı RİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılov, RİHB-nın Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumriyyə Cəfərova, “Viləşçay” Su Anbarı İstismarı İdarəsinin müdir müavini İsa Nuriyev və başqaları 2018-ci ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişlər.
    Şura iclasında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul olunmuşdur.

     “Yeni həyat”,
    www.yeniheyet.az
     

     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:46 Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib
    2. 20:37 Dövlət başçıları Aktauda körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər
    3. 17:33 Prezident İlham Əliyev Aktauda İran Prezidenti Həsən Ruhani ilə görüşüb
    4. 17:27 Prezident lham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub
    5. 17:24 Prezident İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak edib
    6. 12:32 Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib
    7. 15:25 Prezident İlham Əliyev ABŞ Konqresinin nümayəndə heyətini qəbul edib
    8. 15:02 Tacikistan Prezidenti Azərbaycanda rəsmi səfərdədir
    9. 14:48 Masallı rayon İcra Hakimiyyəti başçısının Sığdaşda səyyar qəbulu
    10. 14:05 Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    11. 14:00 Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib
    12. 22:42 Masallının yaranmasından 88 il keçir
    13. 13:43 Masallılı pəhləvan Avropa çempionatının bürünc medalını qazandı
    14. 00:08 Nazillidən Masallıya könül körpüsü
    15. 18:11 Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    16. 16:07 Prezident İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak edib
    17. 13:32 Masallıda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
    18. 21:21 Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    19. 14:37 Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    20. 14:22 Qədim sənətimiz müasir dövrdə
    21. 17:24 Masallıda sambo üzrə rayon birinciliyi keçirilib
    22. 22:47 Cənub bölgəsində ilk dəfə 700 bal rekorduna Masallı sakini imza atıb
    23. 22:37 Masallıda 24,7 kilometrlik yolun yenidən qurulması işləri yekunlaşır
    24. 22:28 Dövlət-din münasibətlərinin formalaşmasında gənclərin rolu
    25. 18:22 Masallıda 22 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır
    26. 18:00 AVMA-nın Masallıda yay istirahət turu
    27. 16:43 Masallıda 22 iyul –Milli Mətbuat Günü qeyd olundu
    28. 19:42 Prezident İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
    29. 22:08 Prezident İlham Əliyev Fransaya səfərə gəlib
    30. 21:06 “Təhsil avtobusu–2018” Masallıda
    31. 14:31 Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    32. 17:07 İtaliya Prezidenti Sercio Mattarella Azərbaycanda rəsmi səfərdədir
    33. 15:26 Masallı Dövlət Regional Kollecinin məzun gecəsi
    34. 16:17 Masallıda “Kitab günü” və “Asudə vaxtı necə səmərəli keçirməli” mövzusunda tədbir keçirilib
    35. 15:57 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə ” İctimai Birliyi Masallıda “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda tədbir keçirib
    36. 21:20 Tarixdə iz qoymuş böyük şəxsiyyət
    37. 19:45 “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi növbəti tədbirini Masallıda keçirib
    38. 15:23 Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
    39. 15:20 Prezident İlham Əliyev İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    40. 15:12 Şanlı tariximiz
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Bütün xəbərlər
    «    Avqust 2018    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ