• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dini mərasimlər:ənənəvilik və müasirlik

    Dini mərasimlər:ənənəvilik və müasirlik


    Dini mərasimlər:ənənəvilik və müasirlik
     
    Sentyabrın 5-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə “Dini mərasimlər:ənənəvilik və müasirlik” mövzusunda müzakirələr aparılıb.
    Tədbirdə DQİDK-nin, QMİ-nin məsul işçiləri, dini icma sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
    Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, rayonda dini zəmində heç bir problemin olmadığını, məscidlərdə dini mərasimlərin keçirilməsi üçün lazımı şəraitin yaradıldığını diqqətə çatdırıb.
    Seminar-müşavirədə çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışaraq İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət və ənənlərimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını bildirib.
    Qeyd olunub ki, hər bir xalqın adət və ənənələri onların mənsub oolduğu dinlə sıx bağlıdır. Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər formalaşıb. Bu mərasimlərin icrasında müəyyən dəyişiliklər olsa da, onların əsas məzmunu qalmaqdadır.
    Azərbaycanda milli ruhun yüksəlməsində ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edən Komitə sədri dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli liderin ölkəmizdə formalaşdırdığı Azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.
    Bildirilib ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.
    İslam ölkələrində dövlət-din münasibətlərinin müxtəlif formalarda olduğunu söyləyən M.Qurbanlı Azərbaycanda bu münasibətlərin dünyəvilik prinsiplərinə söykəndiyini, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dini mərasimlərinin azad şəkildə icra etdiyini, onların arasında dünyəvilik prinsiplərinə əsaslanan tarazlığın qorunub saxlandığını diqqətə çatdırıb.
    Diqqətə çatdırılıb ki, dini mərasimlər tariximizi, mədəniyyətimizi, adət və ənənələrimizi və həyat tərzimizi əks etdirməlidir.
    Dini mərasimlər arasında Məhərrəmlik mərasimləri də tarixi adət-ənənələrimizə söykənir.
    Müsəlman dünyasında Məhərrəm ayının başlanması və ”Aşura” günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının “Fətva” verdiyini bildirən Komitə sədri Məhərrəmlik mərasimləri zamanı “Fətva”nın müddəalarına ciddi riayət olunmasının, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini bildirib.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxışında qeyd edib ki, ölkəmizin cənub bölgəsinin əhalisi həmişə dövlətimizə və dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, adət və ənələrimizə sadiq olublar.
    Milli-mənəvi dəyərlərimizin bir hissəsi olan dinimizin, dilimizin qorunmasında icmaların rolunu qeyd edən A.Paşazadə müstəqillik illərində dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, bu sahəyə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini bildirib.
    QMİ-nin Qazilər Şurasının “Fətva”sı barədə məlumat verən bütün Qafqazın Şeyxi “Aşura” günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını, dindarların ayıq-sayıq olmalarını tövsiyə edib.
    Tədir iştirakçıları rayonda dini mərasimlərin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə, adət və ənələrimizə ciddi riayət olunduğunu bildirib.
    Müzakirlər zamanı dini mərasimlərin, o cümlədən “Aşura” mərasiminin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə riayət olunması ilə bağlı müxtəlif təkliflər səsləndirilib.
    Seminar-müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
    Tədbirdə Milli Məclisin deputatları Cavanşir Paşazadə, Nəriman Əliyev, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak ediblər.
    Həmin gün tədbir iştirakçıları Masallı şəhərindəki “Cümə” məscidi dini icmasının fəaliyyəti ilə tanış olublar.

     
     

     

    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:29 Masallıda rəsm müsabiqəsi keçirilib
    2. 12:49 Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub - YENİLƏNƏCƏK
    3. 12:33 Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    4. 12:31 Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    5. 22:23 Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
    6. 18:40 Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
    7. 14:06 Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
    8. 21:22 İlk “KOB Dostu” Masallı sahibkarlarının xidmətində
    9. 21:09 Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
    10. 18:13 Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib
    11. 17:07 Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
    12. 17:04 Masallıda “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib
    13. 13:06 Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
    14. 13:03 Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak edib
    15. 17:01 Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    16. 16:59 Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
    17. 11:41 Masallıda könüllü qanvermə aksiyası keçirilir
    18. 21:21 Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
    19. 20:12 S.İ.Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    20. 20:04 Prezident İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    21. 16:53 Masallı RİH başçısının Türkoba ərazisində səyyar görüş-qəbulu
    22. 14:00 Aşura günü Masallı şəhər Cümə məscidində könüllü qanvermə aksiyası keçiriləcək
    23. 18:34 Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    24. 18:31 Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 17:08 Prezident İham Əliyev Masallı Sənaye Məhəlləsində “Azərxalça” ASC-nın Təlim-Tədris Mərkəzi ilə tanış olub
    26. 14:59 Prezident İlham Əliyev Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun, Bayraq Muzeyinin, Biləsuvar Gənclər Evinin açılışında iştirak edib
    27. 14:14 Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
    28. 13:55 Prezident İlham Əliyev Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib
    29. 13:50 Prezident İlham Əliyev “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib
    30. 13:43 Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
    31. 13:37 Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
    32. 14:57 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    33. 13:12 Prezident İlham Əliyev Çinin Sinxua xəbər agentliyinin baş redaktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    34. 20:51 Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimində iştirak edib
    35. 22:12 Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər
    36. 21:51 Azərbaycan və Türkiyə prezidentləri birgə işçi nahar ediblər
    37. 14:47 Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak edirlər
    38. 14:09 Masallı Dövlət Regional Kollecində "Bilik günü" keçirildi
    39. 13:54 Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
    40. 13:51 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək
    Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kənd yerlərində yerli sənətkarlığa dəstək Lənkəran şəhərində “Ekoloji Tarazlıq” Ətraflı oxu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu
    AVMA-nın Masallıda yay istirahət turu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Ətraflı oxu
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
    Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcək
     Masallıda qadınları turizm biznesinə həvəsləndirmək üçün ödənişsiz təlimlər keçiriləcəkAzərbaycan Turizm və Menecment Ətraflı oxu
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
    Sağlamlığınız üçün Azərbaycana gəlin!
      Sağlamlığınız üçün Azərbaycana gəlin! Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın Ətraflı oxu
    Bütün xəbərlər
    «    Sentyabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ