Главная > Siyasət > Masallı RİH başçısının Boradigah qəsəbə ərazisində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Boradigah qəsəbə ərazisində səyyar görüş-qəbulu


4-10-2018, 18:07. Разместил: admin44

 

Masallı RİH başçısının Boradigah qəsəbə ərazisində səyyar görüş-qəbulu

Oktyabrın 4-də Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Boradigah qəsəbə ərazisində keçirilmişdir.
Qəsəbə təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 sentyabr 2018-ci il tarixdə Masallı rayonuna səfərinin yekunlarına, Masallı Sənaye Məhəlləsinin, “Masallı nemətləri” MMC-nin çəltik emalı müəssisəsinin və əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirakından, habelə rayonda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına və qarşıda duran vəzifələrə cəlb etmişdir. Rayon rəhbəri son illər ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. RİH başçısı geniş nitqində rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından, məktəb və səhiyyə obyektləri tikintisindən, elektrik xətt təsərrüfatının yeniləşməsi, qaz çəkilişindəki uğurlardan, bir sıra infrastruktur layihələrin uğurla həyata keçirilməsindən danışmışdır.
Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra Boradigah qəsəbə sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Nurməmməd Ağayev, İdrak Hacıyev, Hökmdar Hacıyev, Sücəddin Rufullayev, Cəlil Ağayev, Nəriman Boyliyev, Zamiq İsmayılov, Yasər Teymurov və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, təklif və müraciətlərini səsləndirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını bildirmişdir.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад