Главная > Siyasət > Masallı RİH başçısının Qarğalıq ərazisində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Qarğalıq ərazisində səyyar görüş-qəbulu


8-11-2018, 15:10. Разместил: admin44
 
Masallı RİH başçısının Qarğalıq ərazisində səyyar görüş-qəbulu
 
Torpaqdan səmərəli istifadə edilməlidir

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Eminli, Kürdəbaz, Qədirli, Dəlləkli, Xallıcallı   kəndlərini əhatə edən Qarğalıq ərazisində sakinlərlə görüş-qəbulunda bu yaşayış məntəqəsində kəndlərdə infrastruktur layihələrin həyata keçirilməsi barədə geniş danışıldı. Rayon rəhbəri göstərdi ki, 5-6 il əvvəl bu kəndlərdə qaz, su xətləri yox idi. Davamlı enerjidən söhbət gedə bilməzdi. Yolların bərbadlığı sakinləri narahat edirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı və göstərişi ilə bu problemlər qısa zamanda öz həllini tapdı. Beş kəndə su çəkilir, 21 kənd də layihədədir. Maşınlarla daşınan su günlərlə çənlərdə, hovuzlarda qalıb insanların sağlamlığına mənfi təsir göstərirdi. Bu zonada kəndlər qazlaşdırılıb. Beləliklə, rayonda kəndlərin qazlaşdırılmasının 95 faizə çatdırılıb. Bu proses davam edir. İşığın, qazın, suyun, yolun, məktəbin, həkim məntəqəsinin olması göstərir ki, kəndinizin mədəni səviyyəsi yüksəlib. İndi Muğan kəndlərində problem qalmayıb. Bəzi çatışmazlıqlar aradan qaldırılacaq.
RİH başçısı göstərdi ki, bu kəndlər rayon mərkəzindən uzaq olduğundan burada polis bölməsi və yanğından mühafizə dəstəsi yaradılmasına çalışırıq.
Diqqəti təhsilə yönəldən rayon rəhbəri göstərdi ki, bu sahədə də uğurlar çoxdur. Son illər xeyli məktəb tikilib. Növbəti illərdə 53 məktəb tikiləcək və ya təmir olunacaq. O cümlədən Qarğalıq, Həsənli, Xırmandalı təhsil ocaqları yeniləşdiriləcək. Ancaq ərazimizdəki məktəblərdə tədrisin səviyyəsi aşağıdır. Valideyn- məktəb əlaqəsi zəifdir. Xüsusilə qızların təhsilə cəlb edilməsində nöqsanlar çoxdur. Erkən nikahlar isə genefondumuza zərbə vurur. Qüsurlu uşaqlar dünyaya gəlir ki, bu da sonradan ailəyə və cəmiyyətə yük olur.
Rafil Hüseynov qeyd etdi ki, indi əsas məsələ iqtisadiyyatla əlaqədardır. Bu da torpaqlardan səmərəli istifadə edilməməsindən yaranır. Ərazidə min hektar taxıl əkilir. Ancaq səmərəsi yoxdur. Çünki taxılın məhsuldarlığı aşağıdır. Qonşu Xırmandalıda bir hektar əkilməmiş yer yoxdur. Burada yeni əkin növlərinə önəm verildiyindən insanlar torpaqdan yaxşı gəlir götürürlər.
Heyvandarlığa da ümid bağlamaq olmaz. Çünki yerli cins heyvanlar az məhsuldardır. Vəziyyətdən çıxış yolu isə bizdən yeni yanaşma tələb edir. Yeni əkin sahələri yaradılmalıdır. Bunun üçün kooperasiyada birləşib əkin sahələrini genişləndirmək vacibdir. Ələbaxımlıqdan qurtarmaq vaxtıdır. İnsan ailəsini dolandırmaq üçün torpağın hər qarışından istifadə etməyi bacarmalıdır.
 Son illərdə əkin strukturunu dəyişmək hesabına 13 min adamın məşğulluğu təmin olunmuşdur.
Rayon rəhbəri torpaqların suvarılması məsələsinə toxunaraq göstərdi ki, 37 sututar bərpa ediləcəkdir. Viləş su dəryaçasının II növbəsi işə düşəndən sonra bu problem tamamilə aradan qaldırılacaq. Bu il Eminlidə bir sututar yaradılacaq.
RİH başçısı sözü sakinlərə verdi. Rəyasət Rzayev, Hidayət Vəliyev, Səməd Fətullayev, Mehman Əsgərov, Şəfa Feyzullayeva, Şükufə Ağayeva, Oqtay Məmmədov, Elxan Əzizov və başqaları müraciət və təkliflərini rayon rəhbərinə çatdırdılar. Onlar bəzi kəndlərdə yolların bərbadlığı, kanallarda suyun olmaması, payıbəlli torpaqlardan istifadə edə bilməməsi, Qədirli məktəbinin təmirə, müəllimə ehtiyacı barədə müraciət etdilər.
RİH başçısı verilən təklif və müraciətlərin nəzarətə götürülməsini və tədricən həll olunacağını bildirdi.

Həsənağa ƏLİYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад