Главная > Siyasət > Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu

Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu


8-11-2018, 16:03. Разместил: admin44
 

Masallıda Dövlət Bayrağı Günü və Konstitusiya Günü qeyd olundu

Noyabrın 8-də Masallı şəhər Bayraq Meydanında 9 noyabr –Bayrağı Günü və 12 noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti aparatının kollektivi, YAP rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini iştirak edib.
Bayram tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun təbrik çıxışı ilə başlayıb.
 
Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Bu il Azərbaycanın Dövlət bayrağının, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur. Bu dövr bizim üçün çox şərəfli dövrdür.
Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranan Azərbaycan SSR-in bayrağı 5 dəfə dəyişdirilsə də üçrəngli milli bayrağımız xalqımızın qəlbində hər zaman yaşayıb. Müasir Azərbaycanın qurucusu, Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli milli bayrağımızın ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalandığı, nəticədə 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edildiyi xüsusi vurğulanıb.
Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrinin ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirildiyi, Azərbaycan Prezidentinin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunmasının, Dövlət Bayrağı Meydanının tikilib istifadəyə verilməsinin və burada dünyada ən hündür bayraq dirəyinin ucaldılmasının bunun bariz nümunəsi olduğu qeyd edilib.
 
1996-ci ilin fevralın 6-da H. Əliyevin imzaladığı sərəncama əsasən hər il 12 noyabr tarixinin Konstitusiya günü kimi qeyd edilməsinin ölkəmizin əsas qanununa hörmət və ehtiramın nümunəsi olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu gün ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyev Konstitusiyada qeyd edilmiş prinsip və ideyalara, Konstitusiya qanunlarının tələblərinə sadiq qalaraq respublikamızda hüquqi dövlət quruculuğu prosesini inamla və uğurla davam etdirərək Azərbaycanı işıqlı gələcəyə doğru aparır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyevin məruzəsi dinlənilib.
Qeyd edilib ki, bayraq hər bir dövlətin varlığını göstərən mühüm atributdur. Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir.
Məruzədə Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannaməsindən və Azərbaycan SSR Konstitusiyasından, Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və xalqın müzakirəsinə verildikdən sonra 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açması tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, Konstitusiyaya əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. Eləcə də 26 sentyabr 2016-cı ildə referendum yolu Konstitusiyaya edilən əlavə dəyişikliklər barədə ətraflı danışılıb:”Ümumilikdə bu referendum aktının layihəsi əsas təkliflər insan hüquq və azadlıqlarının təminatına yönəlmişdir.“
Natiqlər iştirakçıları hər iki mötəbər gün münasibətilə təbrik ediblər.
 
Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev,  “ASAN Xidmət” Mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunun baş məsləhətçisi Orxan Dadaşov, Aprel döyüşçüsü Əziz Cankişizadə və başqaları əlamətdar günlərlə bağlı çıxış ediblər. Azərbaycan gənclərinin bayrağın dəyərini bilməsini vacib sayan çıxışçılar əlavə ediblər ki, Aprel döyüşlərində əsgərlərimiz şəhid olsalar da, onların hədəfləri işğal altındakı ərazilərimizdə üçrəngli bayrağı qaldırmaq olub.
Tədbir bayrağımız və konstitusiyamız haqqında Masallı Dövlət Regional Kollektivinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiyanın nümayişi, Masallı rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi, eləcə də solistləri Miriş Hüseynov, Məlahət Əzizli, Atamoğlan Zahidov, Şamo İbayev, Aysel Məhərrəmovanın, “Masallı” rəqs kollektivinin çıxışları ilə başa çatıb.
 
Akif  AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
 
 шаблоны для dle 11.2
Вернуться назад