Главная > Siyasət > Masallı RİH başçısının Qızılavar ərazisində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Qızılavar ərazisində səyyar görüş-qəbulu


28-11-2018, 14:47. Разместил: yeni321
 
Masallı RİH başçısının Qızılavar ərazisində səyyar görüş-qəbulu
 
Noyabrın 28-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Qızılavar kəndində səyyar görüş-qəbulu oldu.
Kənd  tam orta məktəbinin iclas zalında keçirilən tədbiri RİH başçısı açıb sakinləri salamladı.
Rayon rəhbəri  ölkə Prezidenti cənab İlham Əliyevin Masallıya səfəri zamanı rayonda görülən işləritəqdir etməsi, tövsiyələr verməsi hamımızı qürurlandırdı. O, cənab Prezidentin həmişə Masallıya qayğı göstərməsini, bir sıra problemlərin aradan qaldırılmasından ötrü göstərişlərini diqqətə çatdırdı. Göstərdi ki, bu qayğı və diqqət nəticəsində rayonda qazlaşma başa çatmaqdadır. Muğan kəndlərinin qaz, yol, su məsələləri həll edilib. Şəhərdə daha çox infrastruktur layihələr həyata keçirilib. İndi Masallıda geniş küçələr, xiyaban və parklar göz oxşayır. Rayonda təhsil, səhiyyə ocaqlarının tikintisi, təmiri çox sürətlə davam edir.  Kanalizasiya problemi həllini tapıb.
RİH başçısı göstərdi ki, bir vaxtlar şəhərətrafı yaşayış məskənlərini kəndlərə ayırıb bələdiyyələr yaradılıb. Bələdiyyələr isə heç bir abadlıq işləri ilə məşğul olmayıb. Bu da şəhərdə quruculuq işlərinin həyata keçirilməsində çətinliklərə yol açıb. Buna baxmayaraq şəhərdə abadlıq işləri qaydası ilə davam etdirilir. “ASAN” xidmət, Sənaye Məhəlləsi kimi obyektlər ölkədə  bir neçə rayonda mövcuddur. Rayonda turizm şəhərciyi tikiləcək ki, bu da gənclərin məşğulluğuna, Masallının inkişafına təkan verəcəkdir.
Rafil Hüseynov torpağa münasibətdən danışıb dedi ki, bu kəndlərdə əkinçiliyin vəziyyəti qənaətbəxş deyil. Torpağa qayıdış azdır. Bəziləri bu məsələni bəhanələrlə ört-basdır edir, su azlığını əsas gətirir. Cənab Prezidentin sərəncamı ilə rayonda 37 bəndin bərpası həyata keçiriləcək. Bu da 10 milyon kubmetr suvarma suyu deməkdir. Çalışırıq ki, bu torpaqlarda çayçılıq inkişaf etdirilsin. Bunun üçün tədbirlər görülür. Nə qədər ki, torpaqlar əkilmir, məşğulluğun təminatından,  rifahımızın yaxşılaşmasından söz gedə bilməz. Torpağa qayıtmaq vacibdir.
Rayon rəhbəri erkən nikahlarla bağlı çox ciddi göstərişlər verib dedi ki, sizin kənddə də azyaşlı qızların ailə qurması fəsadlara yol açır. Millətin genefondu cılızlaşır. Hər bir valideyn övladını xoşbəxt görmək istəyir, ancaq qızların təhsili üçün narahat olmur. Müxtəlif bəhanələrlə övladını evləndirir. Sonra da acı nəticələrlə qarşılaşır. Bu işdə qanun keşikçiləri də sözünü deməlidir. Uşaqlara dünyəvi təhsil  verin. Belə olduqda onlar əsil vətəndaş kimi cəmiyyətin bəzəyinə çevriləcəklər.
Dövlət qulluğu veteranı Yusif Məmmədov, Əməkdar müəllim Azadxan Paşayev, Şəkər Ağayev, Yeganə Əliyeva və başqaları rayondakı quruculuq işlərindən, möhtərəm Prezident cənab İlham Əliyevin Masallıya gəlişi zamanı verdiyi tövsiyələrin həyata keçirilməsindən, torpaqların əkilməsi zamanı yaranan çətinliklərdən söz açdılar.
Sonda Rafil Hüseynov torpağın əkilməsi ilə əlaqədar  tövsiyələr verdi.

Həsənağa ƏLİYEV,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад