Главная > Siyasət > Vəkillər Kollegiyasının üzvləri Masallıda əhaliyə ödənişsiz hüquqi yardım göstərib
Vəkillər Kollegiyasının üzvləri Masallıda əhaliyə ödənişsiz hüquqi yardım göstərib1-12-2018, 17:56. Разместил: yeni321 |
Vəkillər Kollegiyasının üzvləri Masallıda əhaliyə ödənişsiz hüquqi yardım göstərib “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Respublika Prezident cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində dekabrın 1-də Bakı şəhərindəki 14 nömrəli vəkillər bürosunun işçiləri tərəfindən Masallı rayon Mədəniyyət Mərkəzində Masallı və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquq yardım xidməti göstərilib. Vəkillər Kollegiyasının üzvləri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan əhalinin müraciətlərinə baxılıb və onlar aidiyyəti hüquqi məsləhət aldıqdan sonra müvafiq orqanlara yönəldirilib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |