Главная > Siyasət > Masallıda Milli Qəhrəmanlar, aprel döyüşçüləri, şəhidlərə həsr olunmuş tədbir keçirilib

Masallıda Milli Qəhrəmanlar, aprel döyüşçüləri, şəhidlərə həsr olunmuş tədbir keçirilib


5-12-2018, 16:38. Разместил: yeni321
 
Masallıda Milli Qəhrəmanlar, aprel döyüşçüləri, şəhidlərə həsr olunmuş tədbir keçirilib
 
Rəhim Tağıyev adına Masallı Dövlət Tarix-Diyarşünaslıq Muzeyində keçən ilin yanvarında yaradılmış layihə ilə bağlı tədbir keçirilib.
Tədbirdə ziyalılar, şəhid qohumları, hərbçilər, KİV nümayəndələri iştirak ediblər .
Məqsədi Milli Qəhrəmanlar və şəhid övladlarımızın həyat və fəaliyyətinin, qəhrəman döyüş yolunun təbliğatından ibarət olan layihənin növbəti tədbirini giriş sözü ilə muzeyin direktoru, respublikanın Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva açıb, Milli Qəhrəman Elşad Əhədovun və 7 ərazi dairəsi üzrə şəhidlər barədə toplaşanlara bilgi verib.
MƏSQ veteranları Masallı təşkilatının sədri Məmmədağa Şiriyev, QMƏVŞA İB-nin rayon filialının sədri Nahid Rəhimov, “Yeni həyat” qəzetinin baş redaktor müavini, "Qızıl qələm" media mükafatı laureatı Rəsul Rzayev, tarixçi-etnoqraf Yavər Yusubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin bölmə rəisi Babək Hacıyev, şair-jurnalist Xatirə Rəhimli, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abasət Zeynalov, Şəhid Anaları Cəmiyyəti rayon şöbəsinin sədri Ziba Əsgərova şəhid və qəhrəman övladlarımızın şücaətindən danışıb, xatirələr söyləyib, bu inamda olduqlarını bildiriblər ki, tezliklə torpaqlarımız işğaldan azad ediləcəkdir.
Sonda Milli Qəhrəmanların, aprel döyüşçülərinin, şəhidlərin muzeydə saxlanan eksponatlarına baxış keçirilib.
 
 

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад