Главная > Siyasət > Masallı RİH başçısının Hişkədərə ərazisində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Hişkədərə ərazisində səyyar görüş-qəbulu


6-12-2018, 15:28. Разместил: yeni321

Masallı RİH başçısının Hişkədərə ərazisində səyyar görüş-qəbulu 
 
Torpağa münasibət yaxşılaşmalıdır

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ərazilərdə növbəti görüş-qəbulunu Hişkədərə sakinləri ilə keçirdi. Nümayəndəliyin iclas zalındakı görüşü RİH başçısı açaraq göstərdi ki, kənddə bir çox problem həllini tapıb. Buna baxmayaraq vaxtaşırı görüşüb çatışmazlıqları müzakirə etməsək yeni çətinliklər yaranacaq. Ölkədə, rayonda, kəndinizdə görülən işlər bir başa cənab İlham Əliyevin qayğısıdır. Cənab Prezident rayonda olarkən yolların açılışını etdi, Sənaye Məhəlləsində olub tövsiyə və tapşırıqlar verdi. Bu göstərişlər isə rayonun gələcək inkişafının proqramıdır. Şəhərdə 22 küçədə abadlıq işi görüləcək, su problemi həll olunacaq.
Rayon rəhbəri məlumat verib dedi ki, möhtərəm Prezidentin dəstəyi və Sərəncamı ilə vaxtilə rayonda olan 70-ə qədər sututarın 37-si bərpa olunacaq. Bu işə Mahmudavardakı Mingəçevir adı ilə tanınan ən böyük sututardan başlanılıb. Artıq burada işlər davam edir. Ərazinizdə də bəndlər bərpa olunacaq. Gələn il Viləş su dəryaçasının ikinci növbəsinin tikintisinə başlanılacaq. Beləliklə, lazım olan su ehtiyatı 3 dəfə artacaq.
Masallıda kəndlərin qazlaşdırılması çox sürətlə gedir. 11 kiçik yaşayış məntəqəsində də qazlaşma plana salınıb. Bununla da qazlaşma başa çatacaq.
Rafil Hüseynov göstərdi ki, rayonda kəndlərə gedən yollar 85 faiz, Muğan zonasında isə 100 faiz asfaltlaşdırılmışdır. Elektrik təsərrüfatı sürətlə yeniləşdirilir. Neçə-neçə kənddə SİP kabelləşmə aparılmışdır. Masallıda və Ərkivanın xeyli hissəsində su və kanalizasiya çəkilişi qurtarıb. Masallı ən abad şəhərdir. Bulvar kompleksi yaradılır, yaşıllıqlar salınır. Sənaye Məhəlləsində davam edən istehsal sakinlər tərəfindən rəğbətlə qarşılanır.
Rayon rəhbəri ərazidə torpaqların əkilməsinə də münasibət bildirdi. Dedi ki, torpağı əkmək lazımdır. Sizin torpaqlarda çayçılıq və sitrusçuluğun inkişafı üçün yaxşı şərait var. Ancaq hələ ki, irəli düşüb təşəbbüs göstərən yoxdur.
Dövlətin sərvəti, məşğulluğun mənbəyi olan torpaqlar mütləq əkilməlidir.
RİH başçısı erkən nikahlara, qızların təhsilinə də toxunub dedi ki, bu işdə diqqətli olmaq gərəkdir. Tələm-tələsik nikahlar boşanmalara, daha böyük faciələrə səbəb olur. Millətin genefonduna əsl vətəndaş təəssübkeşliyi ilə yanaşın.
Sakinlərdən Nuranə Tağıyeva, Möhübbət Ağayev, Şıxəli Əliyev, Söhrab Ağayev, Əlisa Əhədov, Sadiq Fətullayev və başqaları həyətinə yolun olmaması, asfalt yolda sərt döngələrin yaranması, qazın zəif yanması, işsizliklə əlaqədar təklif və müraciətlə çıxış etdilər.

Həsənağa ƏLİYEV,
 “Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад