Главная > Siyasət > Masallıda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Masallıda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib


7-12-2018, 18:23. Разместил: yeni321
Masallıda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Dekabrın 7-də Masallı regional “Asan Xidmət” mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı regional “Asan Xidmət” mərkəzi ərazi ilk partiya təşkilatının sədri Gülşən Xəlilova ümummilli lider Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. “Ulu öndər Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib”, - deyən G.Xəlilova vurğulayıb ki, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından 15 il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən bu xarizmatik liderin hələ sağlığında canlı əfsanəyə çevrildiyini bildirib.
Seyfəddin Əliyev görkəmli dövlət xadiminin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətləri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.
Tədbir iştirakçılarından Ümid Quliyev, Zivər Əzizova, Aydan Məmmədova və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıblar. Çıxışlarda ulu öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğu qeyd edilib.
  
“Yeni həyat”,
www.yeniheyet.az 

шаблоны для dle 11.2
Вернуться назад