Главная > Siyasət > Masallı Dövlət Regional Kollecində ulu öndərin xatirəsi yad edildi

Masallı Dövlət Regional Kollecində ulu öndərin xatirəsi yad edildi


10-12-2018, 18:57. Разместил: yeni321


Masallı Dövlət Regional Kollecində ulu öndərin xatirəsi məhəbbətlə yad edildi

Dekabrın 10-da Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının dəstəyilə Masallı Dövlət Regional Kollecində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirin əvvəlində ulu ondər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin Heydər Əliyevin adı ilə, eyni zamanda 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu bildirmişdir. Natiq “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsi olaraq, bu gün qədirbilən xalqımızın demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etdiyini, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratdığını, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olduğunu xüsusilə vurğuladı.
Gənc kollektivə başçılıq edən "Tərəqqi" medallı V.Nəzərov ulu öndərin gənclərin həyatında böyük rolunun Masallı Dövlət Regional Kollecinin timsalında daha aydın göründüyünü qeyd etmişdir.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bildirmişdir ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev xalqımızın taleyində sönməz məşəl yandırmışdır. Heydər Əliyevin adı Azərbaycan tarixində təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalacaqdır. Qədirbilən hər bir azərbaycanlının qəlbində ulu öndərin ölməz obrazı daim yaşayır və yaşayacaqdır. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı mərhələlərinə nəzər salan natiq göstərdi ki, onun respublikaya rəhbərlik etdiyi illər Azərbaycan tarixində yüksəliş, tərəqqi, inkişaf kimi qalacaq. 1969-1982-ci illər ərzində elə bir sahə olmayıb
ki, Azərbaycan ittifaqın digər respublikalarından geri qalsın. Elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət, kənd təsərrüfatı, sənaye sahələri sürətlə inkişaf edirdi. Moskvanın təzyiqlərinə baxmayaraq mənəvi dəyərlərin qorunub-saxlanılması, habelə inkişafı diqqət mərkəzində olurdu. Bütün ömrünü xalqına, dövlətinə həsr edən Heydər Əliyevi xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdanda da Azərbaycanı düşdüyü ağır böhrandan xilas etdi. 1993-cü il 15 iyunundan etibarən müstəqilliyimizin əbədi olması üçün misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, suverenliyimizin etibarlı qarantına döndü.
S.Əliyev ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısından, onlara inamından danışıb qeyd etmişdir ki, Heydər Əliyev Azərbaycan gəncliyini Azərbaycan dövlətinin gələcəyi adlandırırdı və gəncləri bu etimada əməli işlə cavab verməyə çağırdı.
Tələbələrin ifasında səslənən "Möhtəşəm qala" tamaşa - kompozisiyasında ulu öndərin həyat və fəaliyyətinin ayrı - ayrı anlarından, Azərbaycanın müstəqilliyi, xalqın xoşbəxtliyi naminə gördüyüy çoxsaylı tədbirlər obrazlı ifadəsini tapmışdır.
 
“Yeni həyat”,
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад