Главная > Siyasət > ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri Masallıda
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri Masallıda15-12-2018, 19:45. Разместил: yeni321 |
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri Masallıda Dekabrın 15-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyəti Masallıya səfər ediblər. Masallıda RİH başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi qarşılanan USAİD-in nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüş zamanı USAİD-in nümayəndə heyətinə Azərbaycanın əhalisi sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, həmçinin mədəniyyəti, turizmi, yeni yaradılan Masallı Sənaye Məhəlləsi, Masallı Dövlət Regional Kolleci, eləcə də sakinlərinin məşğuliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2018-cı il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonuna səfəri çərçivəsində bir sıra açılışlar edib. O cümlədən ölkə rəhbəri həmin səfəri zamanı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında da iştirak edib. Qeyd edək ki, son illərdə Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Yeni inşa edilən yollardan biri də məhz Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların artmasına müsbət təsir göstərəcək. USAİD-in nümayəndə heyətinin üzvləri - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Baş Ofisi Müdir Köməkçisi cənab Brok Bierman, BMTİP-nin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti və başqaları rayona səfərlərindən məmnunluqlarını bildiriblər. Qonaqlar qeyd ediblər ki, Azərbaycan xalqı ilə möhkəm dostluğumuz var. Regionda inkişaf lokomotivi ola biləcək sabit və firavan Azərbaycanla dostluğumuzu və tərəfdaşlığımızı gücləndirməyi ümid edirik. Əsas prioritetlərdən biri iqtisadi və siyasi tərəfdaşlığımızı dərinləşdirmək üçün hər iki ölkədə özəl sektorla işləmək istəyimizdir. Sonra əməkdaşlıq imkanları müzakirə edilib. Masallı RİH başçısı cənab Rafil Hüseynov ABŞ Beynəlxalq İnkişaf Agentliyini nümayəndə heyətini Masallıda qadınların əməyi ilə yaxından tanış edib. Onlar Masallı Sənaye Məhəlləsi, şəhərin "Qadın dünyası" ticarət - xidmət mərkəzində, Masallı şəhərində Rəşadə Əsədova və Təzə Alvadı kəndində hazırda "ABAD"ın xətti ilə fəaliyyət gostərən Göyçək Əsgərovanın işi ilə əyani tanış olublar. Masallının görməli yerləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |