Главная > Siyasət > Masallıda “Azərbaycan Bayrağı” ordenli şəhid Elşad Ağayevin anım mərasimi

Masallıda “Azərbaycan Bayrağı” ordenli şəhid Elşad Ağayevin anım mərasimi


20-12-2018, 18:28. Разместил: yeni321
 
Masallıda “Azərbaycan Bayrağı” ordenli şəhid Elşad Ağayevin anım mərasimi

Dekabrın 19-da Masallı rayonunun Hişkədərə kənd tam orta məktəbində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan, şücaətinə görə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş şəhid Elşad Aşur oğlu Ağayevin anım mərasimi keçirilib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məsul əməkdaşları – leytenant Babək Hacıyev, leytenant Rəvan Nəsibov, Masallı Rayon İcra Hakimiyyətininin Hişkədərə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumriyyə Cəfərova, rayon veteranlar şurasının sədri Məmmədağa Şiriyev, ağsaqqal və ziyalılar, şəhidin doğmaları, müəllim və şagirdlər iştirak edib.
Şəhidin adını daşıyan Hişkədərə kənd tam orta məktəbinin direktoru İlham Ağayev tədbiri giriş sözü ilə açıb, E.Ağayevin ömür yolundan bəhs edib.
Rayon Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev şəhidin döyüş meydanına yollandığı vaxtların çətin, məsuliyyətli və hər anının şəhidlik zirvəsi olduğunu vurğulayıb. Həmin illərə nəzər salan veteran ziyalı bildirib ki, bu gün Elşad Ağayev kimi igid və vətənin müdafiəsi üçün canından belə keçməyə hazır olan oğullarımız yetişir. Əminəm ki, Ali Baş komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin dərin zəkası və fundamental addımları nəticəsində işğalda olan torpaqlarımız geri qaytarılacaq.
SHXÇDX-nin rayon şöbəsinin bölmə rəisi Babək Hacıyev qeyd edib ki, şəhid, “Azərbaycan Bayrağı” ordenli Elşad Ağayev hərbi xidmətdən qayıtdıqdan sonra ikinci dəfə könüllü olaraq cəbhəyə yollanıb, Binəqədi batalyonunun tərkibində II bölük komandiri kimi Beyləqan bölgəsinin müdafiəsinə qalxıb. Həmin ərazidə qəhrəmanlığına görə xüsusilə fərqlənib. Dəfələrlə düşmənə zərbə vuran qəhrəman Elşad Ağayev mənfur düşmənin bir çox döyüş nöqtəsini susdurub, onlarca ermənini məhv edib.
Tədbirin yekununda məktəblilər Elşad Ağayevin döyüş yoluna və qəhrəmanlığına ithaf olunmuş şeir parçaları səslədiriblər.
 
 

“Yeni həyat”,
www.yeniheyet.az 
 

шаблоны для dle 11.2
Вернуться назад