Главная > Siyasət > Masallıda “Sağlam həyat naminə narkotikə yox deyək” maarifləndirmə tədbiri
Masallıda “Sağlam həyat naminə narkotikə yox deyək” maarifləndirmə tədbiri20-12-2018, 19:03. Разместил: yeni321 |
Masallıda “Sağlam həyat naminə narkotikə yox deyək”
maarifləndirmə tədbiri Dekabrın 20-də Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə respublika və rayon komissiyasının üzvləri, təhsil müəssisələrinin rəhbərləri, psixoloqlar, müəllim və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tədbirin sosial-ictimai əhəmiyyətini qeyd edərək, rəhbəri olduğu Komissiya tərəfindən Dövlət Proqramından irəli gələn bir sıra vacib məsələlərin həlli ilə bağlı görülən işlərdən danışıb, bütün dünyanı əhatə edən bu dəhşətli bəladan xilas olmaq üçün lazımi tədbirlərin daha da gücləndirilməsinin zəruriliyini bildirib. Bildirilib ki, maarifləndirmə tədbiri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar maarifləndirmə tədbirlərinin effektliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədi daşıyır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasını qarşısını almaq məqsədi ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün daha geniş təbliğatın aparılması və müvafiq qurumlar tərəfindən narkomanlığın qarşısının alınması ilə bağlı diqqətin artırılması, hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. İşçi qrupun məsul əməkdaşı Eldar Sadıqov, Masallı Rayon Polis Şöbəsinin rəis müavini Polad Qarayev, rayon prokurorunun müavini İlham Səlimov, şəhər poliklinikasının müdiri Rasim Əzizov, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, “Dəfinə” məktəb-liseyinin direktoru Taleh Əkbərov və başqaları narkotik vasitələrin, psixotrop maddələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışıb, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb. Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılıb. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |