Главная > Siyasət > Masallı Rayon Ağsaqqallar Şurasının iclası keçirilib

Masallı Rayon Ağsaqqallar Şurasının iclası keçirilib


25-12-2018, 18:11. Разместил: yeni321
Masallı Rayon Ağsaqqallar Şurasının iclası keçirilib
 
Dekabrın 25-də Masallı Rayon Ağsaqqallar Şurasının iclası keçirilib.
Heydər Əliyev Parkındakı “Ağsaqqallar klubu”nda keçirilən tədbiri giriş sözü ilə açan Masallı Rayon Ağsaqqallar Şurasının sədri, “Vətənə xidmətə görə” ordenli dövlət qulluğu veteranı, yazıçı-publisist Ələşrəf Niftiyev iclasın gündəliyi barədə açıqlama verib.
Sonra Şura sədrinin rayon Ağsaqqallar Şurasının 2018-ci ildə apardığı işlər və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilib. Ölkədə ağsaqqallara göstərilən qayğıdan, ağsaqqalların ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətindən söz açan Ə.Niftiyev deyib ki, ölkə başçısı cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi qərar və sərəncamların Masallıda da konkret nəticələri sevindiricidir. O, rayon ağsaqqallarının dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirakını, məktəb və digər müəssisələrdə görüşlərini, həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində, multikulturalizm və tolerantlıq, milli-mənəvi dəyərlərimizin qorunmasında zidd hərəkətlərə qarşı mübarizədə öz xidmətlərini əsirgəmədiklərini bildirib.
QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, ağsaqqallar şurası İdarə Heyətinin üzvü Həmdulla Məmmədov, şura üzvləri Etibar Sadıqov, Mirsalam Əliyev, Rafiq Bağırov, Qarğalıq kənd Ağsaqqallar Şurasının sədri Rəbbin Kərimov və başqaları məruzə ətrafında çıxış edərək ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, maarifləndirmə işlərində yaxından iştirakını qeyd ediblər.
Çıxışlarda müstəqil dövlətimizin inkişaf edib möhkəmlənməsində Masallı ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əminlik ifadə olunub, təkliflər səsləndirilib.
İclası yekunlaşdıran Şura sədri Ələşrəf Niftiyev 2019-cu ildə ilk təşkilatlar və dayaq məntəqələrində hesabat-seçki yığıncaqları, rayon konfransının keçirilməsini, eləcə də qarşıda duran digər vəzifələri diqqətə çatdırıb. O, bildirib ki, respublika ağsaqqallarının VII qurultayından sonrakı fəaliyyətimizi daha da genişləndirəcək, işimizi qabaqcıl təcrübə səviyyəsində qurmağa çalışacağıq. Ə.Niftiyev yığıncaq iştirakçılarını qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Hesabat iclasında Masallı RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev iştirak edib.


 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад