Главная > Siyasət > Masallının Çaxırlı ərazisində hesabat yığıncağı keçirilib

Masallının Çaxırlı ərazisində hesabat yığıncağı keçirilib


17-01-2019, 22:16. Разместил: yeni321

Çaxırlı ərazisində hesabat yığıncağı 

Yanvarın 16-da Çaxırlı ərazisində Masallı rayon İcra Hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Musa Qubadovun hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında məruzə ilə çıxış edən M. Qubadov qeyd edib ki, Çaxırlı inzibati ərazi dairəsi mərkəzi Çaxırlı kəndi olmaqla, Kəlbəhüseynli, Sarıcəfərli, İmanlı və Bala Təklə kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 2153 hektar, əhalisi 4992 nəfər, təsərrüfatların sayı 1139 olmaqla 875 yaşayış evi vardır.
Hesabat ilində nümayəndəlikdə səlahiyyətlər çərçivəsində 62 sərəncam verilmiş, icrasından ötrü tədbirlər planı hazırlanmışdır. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir.
Dövələtimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır.
Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır. Ərazidə 2 ümumi orta və 2 tam orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 706 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 95 müəllim məşğul olur.
2017-2018-ci tədris ilində 11-ci sinifi bitirmiş 25 məzundan 12 nəfər ali məktəbə, 6 nəfər isə kolleclərə daxil olmuşdur. 600-dən çox bal toplamış - Allahyarlı Cəmilə Vüsal qızı 612 balla Azərbaycan Tibb Universitetinə, 572 bal toplamış Mehrabov Şahin Qorxmaz oğlu Naxçıvan Dövlət Universitetinə, 575 bal toplamış Qardaşbəyli Zamin Müşviq oğlu Naxçıvan Dövlət Universitetinə daxil olmuşlar. Ərazidə 1 həkim məntəqəsi, 1 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Həkim məntəqəsində 2 ailə həkimi , 1 stamtoloq, 1 mama, 2 orta tibb işçisi , 1 kiçik tibb bacısı nümunəvi tibbi xidməti göstərir. Həkim məntəqəsi tərəfindən hesabat ilində 1 yaşdan 6 yaşa qədər uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır. Ərazidə uşaqlar arasında ümumilikdə 598 peyvənd aparılmışdır. Bunun nəticəsində uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır.
Qarabağ uğrunda döyüşlərdə 3 gəncimiz şəhid və 15 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur.
Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda iri buynuzlu mal-qaranın sayı 2046 baş , xırda buynuzlu mal-qaranın sayı 3644 baş olmuşdur ki, bu da keçən illərə nisbətən artmışdır. Hesabat ilində heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində bir çox işlər görülmüş, belə ki, 35 təsərrüfatda süni mayalanma aparılmasına baxmayaraq daha məhsuldar heyvan əldə olunması üçün mövcud tədbirlərdən tam istifadə olunmur. Ərazidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmışdır. Ərazi üzrə 2153 ha torpaq sahəsi olmaqla, bundan 112 ha dövlət mülkiyyətinə aid olan torpaqlar, 1526 ha xüsusi mülkiyyətə verilən torpaqlar, 515 ha bələdiyyə mülkiyyətinə verilmiş torpaqlardır.
2018-ci ilin məhsulu üçün 1500 ha əkin aparılmışdır. Bundan da 597 ha buğda, 65,36 ha arpa, 219,30 ha vələmir, 65,57 ha yonca, 21,35 ha tərəvəz və 245,70 ha sahədə isə sair bitkilər əkinlərindən 1031 ha əkin üçün istehsalçılara 75557 manat subsidiya verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalının istiqmətinin dəyişdirilməsi, daha sərfəli və rayon üçün ənənəvi tərəvəz məhsulları istehsalına keçilməsi artıq günün tələbinə çevrilmişdir. Ərazimizdə əsasən heyvandarlıq sahəsi inkişaf etməsinə baxmayaraq hesabat ili ərzində ərazimizdə 3,10 ha çəltik, 35 ha kartof, 38 ha çiyələk, 11 ha noxud və 2.5 ha paxla əkini olmuşdur.
Pay torpaqlarından kənd təsərrüfatı məqsədləri üçün düzgün istifadə olunmamasına görə böyük məbləğdə cərimələr nəzərdə tutulmuşdur. Milli Məclisin qəbul etdiyi yeni qanuna əsasən uzun müddət istifadə olunmayan pay torpaqları dövlətə qaytarılacaqdır.
Nümayəndəlik və Bələdiyyə tərəfindən görülmüş tədbirlər nəticəsində zəbt olunmuş 7.5 ha torpaq sahəsindən 1.2 ha zəbtdən azad etdilmişdir. Tərəfimizdən 4 nəfər pay torpağında qanunsuz ev tikən vətəndaşlar barəsində inzibati tədbir görülməsindən ötrü məhkəməyə, inzibati komissiyaya və əmlak komitəsinə müvafiq sənədlər gödərilmiş, lakin bu günə kimi heç bir tədbir görülməmişdir.
Respublikamızda azad sahibkarlığa yaradılmış şərait ərazidə də sahibkarlığın inkişafına böyük təsir götərmişdir. Ərazidə 1 şadlıq sarayı, 3 süd qəbulu məntəqəsi, 1 inkubator sexi, 12 mağaza-dükan, 2 maşın təmiri sexi, 1 plastik qapı-pencərə sexi, 2 bərbərxana, 3 iaşə obyekti fəaliyyət göstərir, burada 45 nəfərə yaxın işçi işləyir.
Bizi narahat edən bir neçə məsələlər var idi. Bunlardan biri də ipək yolunun çəkilməsi ilə əlaqədar ağır tonajlı yük avtomobillərinin yük daşıma fəaliyyətini ərazimizdən keçən Binə Xocavar – Çaxırlı yolunun 5 km asfalt örtüyünün yararsız vəziyyətə düşməsi idi. İkinci məsələ Bala Təklə kəndində təbii qazın olmaması idi. RİH başçısı cənab Rafil Hüseynovun köməkliyi nəticəsində ipək yolunun çəkilməsi zamanı ərazimizin yararsız hala düşən 5 km asfalt örtüyü yenidən asfalt vuruldu və Bala Təklə kəndinə də qaz çəkilərək vətəndaşların istifadəsinə verilmişdir. Bütün bunlar əhalinin rifah halının yüksəldilməsi üçün RİHB-nın rəhbərliyi ilə görülən tədbirlərin müəyyən bir hissəsidir. Buna görə də biz kənd sakinləri adından cənab Prezidentimiz İlham Əliyevə və rayon rəhbərinə öz dərin təşəkkürümüzü bildiririk.
Çaxırlı, Kəlbəhüseynli və Sarıcəfərli kəndlərini birləşdirən 2,1 km yola 67 ədəd işıq dirəkləri basdırılaraq, 69 ədəd gecə işıqları quraşdırılmışdır ki, bunun da sakinlərin axşamlar bu yolda rahat hərəkət etmələri üçün böyük əhəmiyyəti vardır. Həmçinin bu yolda yol qıraqlarına 1000 ədəd ağac əkilmiş, bir körpü əsaslı təmir edilmiş və yola çınqıl tökülmüşdür. Kəlbəhüseynli kəndində Qala adlanan ərazidə futbol, voleybol meydançaları əsaslı təmir edilmiş, həmçinin bu meydança yay idman qurğuları ilə təmin edilmişdir. Futbol meydançasının təmirindən sonra Bələdiyyə ilə birlikdə 2018-ci ilin yay aylarında Qarabağ şəhidi Nicat Əbilov adına futbol üzrə rayon birinciliyi keçirilmişdir. Bunlarla bərabər Sarıcəfərli kəndində yeni avtobus dayanacağı tikilərək sakinlərin istifadəsinə verilmişdir ki, bu da yağışlı və qarlı havalarda sakinlərin avtobus və digər minik vasitələrini gözləmələri üçün əlverişli şərait yaradır. Bununla bərabər imkanlı şəxslərin köməkliyi ilə Çaxırlı kəndinin mərkəzi hissəsindən keçən asfalt yolun işıqlandırılması üçün 11 ədəd işıq dirəkləri basdırılaraq, gecə işıqları quraşdırılmış, yolun ətraflarının ot, alaq, kollardan və digər məişət tullantılarından təmizlənmişdir. Görülən tədbirlərlə yanaşı Çaxırlı kəndində olan qəbirstanlıq ot, alaq və kollardan təmizlənərək ətrafında olan dəmir dirəkləri təmir edilərək yenidən rənglənmişdir. Bununla bərabər bir qurup könüllü gənc tərəfindən Çaxırlı kəndinin küçələrinin ot, alaq, kollardan və məişət tullantılarından təmizlənmiş və yol kənarlarında olan ağaclar budanmışdır. 700 ədəd tut ağacı gətirilərək Çaxırlı və Sarıcəfərli məktəblərinin həyətində və Çaxırlı kəndində yerləşən stadiona əkilmişdir. Bu da baramaçılığın inkişafında mühüm rol oynayacaq. Çaxırlı kəndinin mərkəzi hissəsindən keçən 1 km suötürücü kanal rayon İcra hakimiyyətinin köməkliyi ilə yenidən qazılaraq ev və həyətyani sahələrin su basmasının qarşısı alınmışdır. Ölkə rəhbərinin məlum fərmanına əsasən Kəlbəhüseynli kəndində kənd təsərrüfatı əkinlərinin suvarılması üçün artezian quyusu qazılmış, həmçinin Bala Təklə kəndində içməli su xətti çəkilmiş və yeni Modul tipli Məktəbin tikintisi davam etdirilir. Yaxın vaxtlarda içməli suyun kənd sakinlərinin və yeni Məktəbin şagirdlərin istifadəsinə veriləcəyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və kreditlərinin idarə edilməsi üzrə dövlət xidməti 2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsi Ərazi nümayəndəliyinin və Bələdiyyənin birgə dəstəyi ilə – Qadınların İqtisadi səlahiyyətləndirilməsi proqramı çərçivəsində kəndimizdə 2 qadın qrupu yaradılmışdır. Bunlardan biri – Bahar qadın qurupu - Bələdiyyə binasında ayrılmış xüsusi otaqlarda müxtəlif növ tikiş işləri, ikincisi - Cənub qadın qrupu isə çörək və şirniyyat məmulatlarının istehsalı ilə məşğuldurlar. Hal-hazırda Çaxırlı kəndində təmiri davam etdirilən avtobus dayanacağı da yaxın vaxtlarda əsaslı təmir edilərək əlverişli vəziyyətə çatdırılacaqdır. Həmçinin kənddə mərasim məclisləri keçirmək üçün mərasim zalının tikintisi bu il başa çatdırılması, azanlı məhəlləsində 2 km yolun təmiri, Çaxırlı kəndində ayrılmış stadionun bərpa olunması nəzərdə tutulmuşdur. İmkanlı şəxslərin köməkliyi ilə Çaxırlı ərazisinin giriş hissəsində giriş qapısı və Çaxırlı, Kəlbəhüseynli və Sarıcəfərli kəndlərini birləşdirən 2,1 km yola asfalt örtüyünün vurulması, Çaxırlı-Kəlbəhüseynli-İmanlı və Sarıcəfərli kəndlərinin ərazisindən keçən su ötürücü kanalın təmizlənməsi 2019-cu ildə görülməsi planlaşdırdığımız işlərdəndir.
 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад