Главная > Siyasət > Masallıda 20 Yanvar şəhidləri anıldı

Masallıda 20 Yanvar şəhidləri anıldı


20-01-2019, 13:42. Разместил: yeni321

 
Masallıda 20 Yanvar şəhidləri anıldı 

Yanvarın 20-də Masallı rayonunda şəhidlərin anım günü rayon mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində keçirilən tədbirlərlə yadda qalıb. Hər yerdə şəhidlərin xatirəsinə böyük etiram ifadə edilib.
Həmin gün kənd və qəsəbələrdən rayon mərkəzinə böyük axın yaşanıb.
Masallı şəhər “Qəhrəmanlar parkı”nda – şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksində 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib.
Səhər saatlarından başlayaraq ziyarətə gələn insanları, minlərlə rayon sakinini bir amal birləşdirirdi: Azadlığımız, müstəqilliyimiz uğrunda canından keçənlərin xatirəsini yad etmək, onların haqq işinin müdafiəçisi olduğunu bildirmək.
Müqəddəs and yerimiz, milli qürur ünvanımız olan şəhidlər abidəsinə yol başlanır. Bu yolu qürurla addımlayanların, vətəndaşlıq borcunu yerinə yetirməyə gələnlərin sırası həmrəyliyin, Vətən və xalq yolunda, torpaqlarımızın bütövlüyü naminə şəhid olanlara ehtiramının görüntüsü kimi diqqəti cəlb edir.
Anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, məktəblilər, ziyalılar, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq şəhidlərin ruhunu ehtiramla yad ediblər.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilib, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrində səs siqnalları verilib.
Xalq Teatrının üzvləri və Masallı Dövlət Regional Kollecinin həvəskar aktyorları şəhidlərin ruhunu şeirlərlə, ədəbi-bəddi kompozisiya ilə yad ediblər.
Tədbir gün ərzində davam edir. Ziyarətə gələnlərin axını dayanmır.





 
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад