Главная > Siyasət > Masallıda “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib

Masallıda “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib


30-01-2019, 17:37. Разместил: yeni321
Masallıda “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib

Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyində “Şəhidlər unudulmur” adlı tədbir keçirilib.
Şəhidlərin ruhu bir dəqiqəlik sukutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva 1990-cı ilin qanlı 20 Yanvar gecəsində, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə xalqımızın yüzlərlə igid övladının uca şəhidlik zirvəsinə yüksəldiyini bildirib.
Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və “Şəhid Ailələri” İctimai Birliyi rayon şöbəsinin sədri Nahid Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, şəhid valideynləri Malik Xəlilov, Ziba Əsgərli, Zərifə Xudaverdiyeva və başqaları çıxış edərək müqəddəs amallar uğrunda çarpışan, vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən oğullarımızın ölümləri ilə əbədilik qazandıqlarını söyləyiblər.
Şəhid ailələrinin hər zaman dövlət qayğısı ilə əhatə olduğunu qeyd edən çıxışçılar dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentinin 2018-ci il 19 aprel fərmanında dəyişiklik edilməsi barədə Fərmanı bu diqqətin bariz nümunəsi kimi dəyərləndiriblər.
Tədbir iştirakçıları muzeydə yaradılmış şəhidlər guşəsi ilə tanış olublar, xatirə şəkli çəkdiriblər.
 
 
Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад