Главная > Siyasət > Masallıda Gənclər günü qeyd edildi

Masallıda Gənclər günü qeyd edildi


31-01-2019, 18:13. Разместил: yeni321

Masallıda Gənclər günü qeyd edildi

Yanvarın 31-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.
Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. RİH basçısı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət və qayğı göstərilməsidir. Məhz bunun nəticəsidir ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, mədəni təminatların yaradılmasını sürətləndirib, onların fəallığının artmasına kömək edib. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Məhz Prezident cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı", gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər də bu qayğının parlaq ifadəsidir. Dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclər də hərtərəfli yararlanırlar. Gənclərin himayədarı dövlətimizin başçısı İlham Əliyevin bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşmasının nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi özünü arxayın, güvənli hiss edir.
Rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanununun müvafiq bəndləri,” Azərbaycan gəncliyi 2017-2021-ci illər ” Dövlət Proqramından danışaraq, ölkədə gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyətdə layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün lazımi işlərin görüldüyü diqqətə çatdırıb. İdarə rəisi ölkə başçısının gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması, bacarıqlarının inkişaf etdirilməsi ölkənin hər bir yerində olduğu kimi rayonumuzdan da yan keçmədiyini və bu istiqamətdə Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramının rayonumuzda icra olunması istiqamətində mühüm işlər görüldüyünü, rayon rəhbəri cənab Rafil Hüseynovun sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, rayon mərkəzində geniş abadlıq-quruculuq işləri, dövlət layihələri həyata keçirilir, xüsusi ilə Sənaye məhəlləsinin yaradılması rayon əhalisinin məşğulluğunu aradan qaldırılmasına kömək etmiş və 2018-ci ildə 400-dən artıq gənc işlə təmin olunmuşdur. C.Manafov ötən il ərzində gənclər və idman sahəsində əldə olunan naliyyətlər barədə geniş məlumat verib.
“Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətillayev gəncləri təbrik edərək, onlara vətənimiz üçün layiqli bir gənc kimi yetişmələrini arzulayıb. Dəlləkoba kənd ümumi orta məktəbinin müəllimi Cəbrayıl Əlili, Masallı Dövlət Regional Kollecinin gənclər təşkilatının sədri Leyla Baxışova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin müfəttişi şəhid Heybət Hüseynovun övladı Ülvi Hüseynli gənclərə işlərində uğurlar arzulayıblar, onları bütün sahələrdə fəal olmağa çağırıblar.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Tədbir gənc incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.
 
 


 
“Yeni həyat”,
www.yeniheyet.az 
 
 шаблоны для dle 11.2
Вернуться назад