Главная > Siyasət / Manşet > Azərbaycan Prezident İlham ƏLİYEV: “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”

Azərbaycan Prezident İlham ƏLİYEV: “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”


25-11-2017, 14:21. Разместил: yeni321
  
Azərbaycan Prezident İlham ƏLİYEV:
 
“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”

Bu fikri Prezident İlham Əliyev Brüsseldə Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasındakı çıxışında səsləndirib.
Azərbaycanın üzləşdiyi əsas çağırışın torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsi olduğunu bildirən dövlətimizin başçısı deyib: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir”.
Prezident İlham Əliyev qeyd edib ki, XXI əsrdə təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməli və onun bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
                                                                                                                                       AZƏRTAC.

шаблоны для dle 11.2
Вернуться назад