Главная > Siyasət > Prezident İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib

Prezident İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib


13-02-2019, 17:16. Разместил: yeni321

Prezident İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib

Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonda görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
  
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin, yenidən qurulan 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib, eləcə də Silahlı Qüvvələrin Ali Baş Komandanı Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

 
шаблоны для dle 11.2
Вернуться назад