Главная > Siyasət > Xocalı harayı
Xocalı harayı24-02-2019, 20:09. Разместил: yeni321 |
Xocalı harayı R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı “Xocalı harayı” mövzüsunda tədbir keçirilib. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Xocalı soyqırımı zamanı həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sukutla yad edməklə tədbiri açıb. O, Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqırımı tarixdə ən faciəli hadisələrdən biri kimi qiymətləndirib. Soyqırım haqqında muzeyin elmi işçisi Həbib Ağayev məruzə edib. Tədbirdə həmçinin rayon Ağsaqqallar Şurasının sədri Ə. Niftiyev, rayon MƏSQVŞ sədri M. Şiriyev, QMƏV və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri N.Rəhimov, şuşalı köçkün, şəhər 4 nömrəli tam orta məktəbin hərbi müəllimi R.Abbasov çıxış edərək ermənilərin keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmələrini, körpələri, qocaları, qadınları vəhşicəsinə qətlə yetirmələrindən danışıblar. Natiqlər tezliklə işğal altında olan torpaqlarımızın azad olunacağını, üçrəngli bayrağımız Şuşada, Xocalıda sancılacağını soyləyib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Tədbirin sonunda Masallı Dövlət Regional Kollecinin tələbələri ədəbi-bədii kompazisiya təqdim ediblər. Muzeyin ekspozisiyasında Xocalı soyqırımını özündə əks etdirən foto-sərgiyə baxış keçirilib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |