Главная > Siyasət > Masallıda məskunlaşmış Xocalı sakinləri ilə görüş

Masallıda məskunlaşmış Xocalı sakinləri ilə görüş


25-02-2019, 18:24. Разместил: yeni321
Masallıda məskunlaşmış Xocalı sakinləri ilə görüş

Fevralın 25-də Masallı Rayon İcra Hakimiyyətində faciənin 27-ci ildönümü ərəfəsində Xocalı şəhərindən köçkün düşən ailənin nümayəndələri ilə görüş keçirilib.
Xocalılarla ənənəvi görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov fəaliyyəti dövründə hər il Ərkivanda, uşaq bağçasında məskunlaşmış Xocalı sakinləri ilə qəsəbəyə görüşə getdiyini və onların sosial problemlərilə yaxından tanış olduğunu bildirib. Rayon rəhbəri Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu söyləyib. O, Prezident cənab İlham Əliyevin Xocalı faciəsinin anılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı son fərmanlarını diqqətə çatdırıb və bu qayğının ildən-ilə artırıldığını deyib. RİH başçısı həmçinin son illərdə torpaqlarımızın geri qaytarılması istiqamətində dövlətimizin apardığı siyasət, 2016-cı ilin aprel döyüşləri, Cocuq Mərcanlı kəndinin bərpası haqqında danışıb.
R. Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının 27-ci ildönümü haqqında Sərəncam imzalayıb. Bu Sərəncamın icrası ilə bağlı Masallı rayonunda da silsilə tədbirlər hazırlanıb həyata keçirilir.
Ərkivan qəsəbə uşaq bağçasında məskunlaşmış Xocalı sakinləri – Yusif  Quliyev, həyat yoldaşı Kamilə Quliyeva, oğlu Vüsal, qızı Vüsalə, eləcə də Emin Məmmədov ölkə rəhbərliyinin səylərilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və o günün heç də uzaqda olmadığına əminliklərini ifadə edərək, rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад