Главная > Siyasət > Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Masallıda yürüş keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Masallıda yürüş keçirilib


26-02-2019, 15:08. Разместил: yeni321
 
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Masallıda yürüş keçirilib
 
Respublikamızın hər yerində olduğu kimi, Masallıda da Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Masallının minlərlə sakini Xocalı soyqırımının anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Bayraq Meydanına toplaşaraq, burdan “Qəhrəmanlar parkı”na yürüş ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, tələbələr, məktəblilər, Xocalı qırğınından xilas olan sakinləri - məcburi köçkünlər, ictimaiyyət və KİV nümayəndələri yürüşdə iştirak edib.
Yürüş zamanı Xocalı hadisələrində erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, faciənin günahkarlarının cəzalandırılması, habelə bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsini əks etdirən “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik”, “Xocalı soyqırımını unutm!”, “Hamımız xocalılıyıq” və s.kimi şüarlar nümayiş etdirilib.
Mərasim iştirakçıları “Qəhrəmanlar parkı”nda abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Anım tədbirində şəhidlərin ruhuna dualar oxunub, Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

 
 



 
 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад