Главная > Siyasət > Masallı Rayon İcra Hakimiyyəti başçısının Qodman ərazisində səyyar görüş-qəbulu

Masallı Rayon İcra Hakimiyyəti başçısının Qodman ərazisində səyyar görüş-qəbulu


27-02-2019, 17:46. Разместил: yeni321
Masallı Rayon İcra Hakimiyyəti başçısının Qodman ərazisində səyyar görüş-qəbulu 
 
Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş qəbulu fevralın 27-də Qodman ərazisində keçirilib.
Şəhid Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbində təşkil olunmuş görüşü RİH başçısı Rafil Hüseynov açaraq sakinləri salamlayıb, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, rayonda görülən abadlıq-quruculuq işlərindən bəhs edib.
Rayon rəhbəri geniş nitqində Masallıda müasir kənd təsərrüfatı sahələrinin inkişafından, çox gəlirli sahə olab tərəvəzçilikdən danışıb.
R.Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəyib.
Kənd sakinlərindən Ruzbey Əsədzadə, Mirzəbala Şahverdiyev, Vəliağa Məmmədov, Rza Əliyev və başqaları əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib, kəndara yollarının təmirinə, əkin sahələrinin suvarılmasına, tibb məntəqəsinin yaradılmasına və s. kömək göstərilməsini xahiş ediblər.
Bildirilib ki, Qodman, Əzizabad və Məmmədrzakücə kəndlərini əhatə edən ərazinin 2560 nəfər əhalisi var. Sakinlərin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir.
2012-ci ildə Qodman kəndində müasir tələblərə cavab verən 360 yerlik tam orta məktəb, 2013-cü ildə 256 yerlik elektron ATS binası tikilib, Qəriblər-Əzizabad-Qodman kəndara yoluna 3300 metr uzunluğunda asfalt döşənib. 2014-2016-cı illər AZKİL-2 tərəfindən Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində ümümilikdə 13240 metr uzunluğda çınqıl tökülərək yollar təmir edilib. Kənd təsərrüfatının inkişafından ötrü Qodmanda, Əzizabadda artezian quyuları qazılıb. Ötən il Qodman kəndində təbii qaz xəttinin açılışı olub, bu il Əzizabad və Məmmədrzakücə kəndlərinə qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Ərazidə 1,2 kilometr uzunluğunda kəndarası yollar təmir edilib. Suötürücü keçidlər təmizlənib, yarasız elektrik dirəkləri yenisilə əvəz olunub.
 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, təhsil və erkən nikahlar barədə tövsiyə və məsləhətlərini verib, səsləndirilən şikayət və təkliflərin nəzərə alınacağını qeyd edib.
 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад