Главная > Siyasət > Masallı RİH başçısının Şıxlar ərazisində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Şıxlar ərazisində səyyar görüş-qəbulu


6-03-2019, 15:36. Разместил: yeni321
Masallı RİH başçısının Şıxlar ərazisində səyyar görüş-qəbulu

Martın 6-da rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Şıxlar kəndində keçirildi.
Ərazi nümayəndəliyindəki görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq, ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eyni zamanda Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin əvvəlindən ardıcıl olaraq əhalinin sosial rifahının yaxşılaşdırılmasını təmin edən Fərman və Sərəncamların böyük əhəmiyyət daşıdığını qeyd etdi.
RİH başçısı bildirdi ki, dövlətimizin və hökumətin həyata keçirdiyi sosial siyasətə dair konkret faktlar cəmiyyətdə böyük məmnunluq yaradıb. 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artırılması əlavə gəlirlər yaradıb. Nəticədə minimum əmək haqqı və pensiyaların məbləği artırılıb, fiziki şəxslərin problemli kreditlərinin həllilə bağlı əlavə tədbirlər haqqında fərman imzalanıb və s. Bu islahatlar il boyu davam edəcək.
Regionlara göstərilən diqqəti nəzərə çatdıran icra başçısı rayonda görülən abadlıq-quruculuq işlərindən bəhs etdi: Masallı regional mərkəzə çevrilir. Təkcə Sənaye Məhəlləsində yaxın vaxtlarda yüzlərlə müəssisə fəaliyyət göstərəcək. Rayonda beynəlxalq turizm şəhərciyi salınacaq. Viləşçayın ikinci növbəsinin tikintisindən sonra əkinçilik imkanları daha da genişlənəcək. Masallı şəhərində 31-ə yaxın küçə, eləcə də 62 kəndin daxili yolları təmir edilib. 85 faiz kənd yolları asfaltlanıb...
Sakinlərdən Əziz Hüseynov, Atamalı Səmədov, Hakim Nəbiyev, İmamverdi Mayılov, Bayramağa Məcidov, Allahverdi Səmədov, Şəhrad Nağıyev, Süleyman Əmənov və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərinə minnətdarlıq ifadə etdilər.
Bildirildi ki, ərazidə xeyli abadlıq və quruculuq işləri görülüb, digər yaşayış məntəqələri kimi Şıxlar kəndi də dayanıqlı rabitə, fasiləsiz qaz və işıqla təchiz edilib, əkin sahələrinə vaxtında su verilir, yeni elektron ATS yaradılır və s.
Sonra sakinlər  yolların təmiri, yararsız elektrik dirəklərinin dəyişdirilməsi,  torpaq məsələsi, məsciddə qaz sayğacının quraşdırılması və s. ilə bağlı icra başçısına müraciət etdilər.
Görüşü yekunlaşdıran RİH başçısı təhsilə önəm verilməsinin vacibliyini diqqətə çatdırdı, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verdi.                                                                        

 

 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
 
 шаблоны для dle 11.2
Вернуться назад