Главная > Siyasət > Masallıda gənclərlə görüş keçirilib

Masallıda gənclərlə görüş keçirilib


17-03-2019, 14:35. Разместил: yeni321
Masallıda gənclərlə görüş keçirilib

Martın 15-də Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov, YAP Masallı rayon Təşkilatının gənclər birliyinin sədiri Məmmədhüseyn Hüseynov rayonun fəal gəncləri və gənclər təşkilatlarının nümayəndələri ilə görüşdə iştirak ediblər.
Şəhər Gənclər Mərkəzində keçirilən görüşdə ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Masallının ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açılıb. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd rayon gənclərinin porblemlərini və təkliflərini dinləmək, gənclərə fəaliyyətlərində dəstək olmaqdır.
Müzakirə formatında davam edən görüşdə gənclərin təklifləri dinlənilib. Rayon gəncləri onları düşündürən məsələlərlə bağlı ekspertlərə suallar ünvanlayıb və bəzi təkliflərlə çıxış ediblər.
Yaxın gələcəkdə Masallı Gənclər Mərkəzinin fəaliyyəti çərçivəsində görüləcək işlər və həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, Gənclər Mərkəzinin fəaliyyətində aktivliyin artırılması, bu istiqamətdə işlərin gücləndirilməsi nəzərdə tutulub.
 

 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад