Главная > Siyasət > Masallı RİH başçısının Miyənkü ərazisində səyyar görüş-qəbulu
Masallı RİH başçısının Miyənkü ərazisində səyyar görüş-qəbulu17-03-2019, 14:49. Разместил: yeni321 |
Masallı RİH başçısının Miyənkü ərazisində səyyar görüş-qəbulu Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Miyənkü kəndi ərazisində keçirilib. Kubin və Nəzəroba kəndlərini əhatə edən Miyənkü ərazisində təşkil olunan görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlayıb, ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. Qeyd olunub ki, 2019-cu il sosial inkişaf və əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artırılması əlavə gəlirlər yaradıb. Nəticədə minimum əməkhaqqı və minimum pensiyaların məbləğini 38 faiz artırmaq mümkün olub. Sonra rayon rəhbəri sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəyib. Sakinlərdən Həzi Aslanov, Fərman Nəzərov, Faiq Nəzərov, Xudaqulu Tahirov, Ağarza Kərimov, Məmməd Xamiyev, Aftandil Aslanov, Mirzərza Neymətov, Xudaverdi Ağayev, Şahmurad Zamanov və Mais Babayev çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə və icra başçısına minnətdarlıqlarını bildirib, təklif və müraciətlərini səsləndirib, onları narahat edən məsələlərin həllilə bağlı rayon rəhbərinə müraciət ediblər. Rayon icra hakimiyyətinin başçısı görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |