Главная > Siyasət > Masallı gəncləri şəhid ailələrini yad ediblər

Masallı gəncləri şəhid ailələrini yad ediblər


21-03-2019, 00:33. Разместил: yeni321

Masallı gəncləri şəhid ailələrini yad ediblər
 
Bayram ərəfəsində Masallı rayonunda bir qrup gənc şəhid ailələrinin qapılarını döyərək, onlara Novruz sovqatı verib, bayramlarını təbrik ediblər.
Gənclər Vətən uğrunda canından keçmiş, Aprel döyüşləri şəhidləri Nurlan Əsgərlinin (Viləş kəndi) və Firdovsi Bağırzadənin (Güllütəpə kəndi) ailəsini yad ediblər.
Könüllülər şəhidlərin ev muzeyi ilə tanış olub, məzarlarını ziyarət ediblər.
Görüş zamanı şəhid valideynləri ölkə rəhbərinin onlara diqqət və qayğısından, bayram günlərində şəhid ailələrinin unudulmamasından qürurlandıqlarını bildiriblər.
Qeyd edək ki, bu nəcib addımın təşəbbüskarı Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raqif Orucovun oğlu Aqşin Orucludur.  

 

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад