Главная > Siyasət > Masallı RİH başçısının Köhnə Alvadı ərazisində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Köhnə Alvadı ərazisində səyyar görüş-qəbulu


27-03-2019, 23:02. Разместил: yeni321
Masallı RİH başçısının Köhnə Alvadı ərazisində səyyar görüş-qəbulu
 
Martın 27-də Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Köhnə Alvadı kəndi ərazisində keçirilib.
Köhnə Alvadı ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlayıb, ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib.
Qeyd olunub ki, 2019-cu il sosial inkişaf və əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artırılması əlavə gəlirlər yaradıb. Nəticədə minimum əməkhaqqı və minimum pensiyaların məbləğini 38 faiz artırmaq mümkün olub.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəyib.
Sakinlərdən Ərəstun Əliyev, Nizam Cəbrayılov, veteran müəllim Təyyar Qarayev və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə və icra başçısına minnətdarlıqlarını bildirib, təklif və müraciətlərini səsləndirib, onları narahat edən məsələlərin həlli ilə bağlı rayon rəhbərinə müraciət ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.


 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад