Главная > Siyasət / Təhsil > Masallıda “ASAN könüllülər“lə görüş keçirilib

Masallıda “ASAN könüllülər“lə görüş keçirilib


29-03-2019, 15:55. Разместил: yeni321
Masallıda “ASAN könüllülər“lə görüş keçirilib

Martın 29-da Masallı Rayon İcra Hakimiyyətində rayonun gənc könüllüləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov geniş nitqində bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramı"nda dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çılxarılmasını dəstəkləmək, könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Masallı gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə, müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini yaratmışdır. Bu fəalliyyətlə ilkin olaraq 20 gənc müxtəlif işlərə cəlb olunmuşdur.
RİH başçısı "ASAN xidmət” mərkəzlərində çalışan könüllülərin fəaliyyətinə xüsusi önəm verdiyini və savadlı, müasir dünyagörüşlü, vətənpərvər, milli köklərə bağlı, şəxsi keyfiyyətləri yüksək olan gənc peşəkarların yeni dövrün əsas inkişaf lokomativi sayıldığını qeyd etmiş və son dövrlər dövlət qulluğunda çalışanların əksəriyyətinin məhz gənclər olduğunu bildirmişdir. Rayon rəhbəri RİHB-nın fəaliyyəti, iş mexanizmi haqqında danışmışdır.
Masallı "ASAN xidmət” mərkəzinin direktoru Vidadi Muxtarov çıxışında "ASAN könülləri" müsbət fəaliyyət nümunəsi olduğunu və bunun cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.
Daha sonra tədbirə dəvət olunmuş könüllülər arasında Əli Əsədov, Savalan İmanov, Elşən Talıbov və başqaları çıxış etmiş, ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq bildirmişlər.
Görüşdə könüllülük fəaliyyəti ilə bağlı suallar ətrafında diskusiya aparılmışdır.
Tədbiri yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynov "ASAN könüllülər"ə bilik, bacarıq və məsul işlərində uğurlar arzulamışdır.

 
“Yeni həyat”,
www.yeniheyet.az 


шаблоны для dle 11.2
Вернуться назад