Главная > Siyasət > Masallı RİH başçısının Kolatan ərazisində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Kolatan ərazisində səyyar görüş-qəbulu


4-04-2019, 16:47. Разместил: yeni321
Dil birliyi, el birliyi

Martın 3-də Kolatan ərazisində səyyar qəbul keçirən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sakinləri salamlayıb dedi:
-Bu ərazidə qaldırılan məsələlər vaxtında həllini tapıb, təklif və müraciətlər icra olunub. Rayonda həyata keçirilən infrastruktur layihələr kəndinizdən yan keçməyib. Yolunuz rahat, qazınız, işığınız, məktəbiniz, həkim məntəqəniz var. Bu kənddə adamların dil birliyi, ağsaqqal-ziyalı meyarı təqdirəlayiqdir.
 
RİH başçısı diqqəti ölkə rəhbərinin son aylardakı xalqın rifahıı naminə verdiyi sərəncamlara yönəltdi. Dedi ki, torpaqlarının 20 faizini itirən ölkəmiz müharibə ilə üz-üzədir. Dünya bu ədalətsizliyə əhəmiyyət vermir, hətta bu rejimə ən müasir silahlar verilir. Bu gücə qarşı daha modern silahlarımız olmalıdır ki, düşməni üstələyək. Buna da xeyli vəsait lazımdır. Ancaq ölkənin belə çətin anlarında cənab Prezident xalqın rifahı naminə bir-birindən önəmli sərəncamlar verir.  Adamların xoş güzəranı, ölkənin inkişafı, dövlətçiliyin möhkəmlənməsi üçün çox böyük zəhmət sərf edir. Xüsusilə, müharibə iştirakçıları, tələbələrin təqaüdləri, sosial müavinətlər xeyli artırılıb.
RİH başçısı rayonda həyata keçirilən layihələr və görülən işlərdən danışaraq bildirdi ki, SİP kabelləşmənin gedişi sürətlənir. 22 ərazidə bu iş başa çatdırılıb. Hazırda Boradigah qəsəbəsində kabelləşmə  davam etdirilir. Qazlaşdırma da 95 faizə çatıb. Bu nəticə bizi sevindirir. 12 yaşayış məntəqəsi qalır ki, onlardan da bu il ikisində çəkiliş başlanacaq. Sizin kənddə çay plantasiyaları, sitrus bağları  salınıb. Bu iş də davam etdiriləcək.
RİH başçısı göstərdi ki, adamların torpağa, əkin-biçinə münasibətdə yaradıcılığı çatışmır. Hamı bilir, danışır, tövsiyələr verir, ancaq əməli iş görən yoxdur. Tənbəllik, laqeydlik onlara hakim kəsilib.
 Kənddə inkubator sexi açılıb. Bunu genişləndirmək vacibdir. Evlərdə 200-300 baş quş bəsləmək mümkündür. Masallıda   turizm inkişaf  edir. Rayona gələnlərin sayı ilbəil artır. Şübhəsiz onlar kənddə yetişdirilən ərzaq məhsullarına üstünlük verəcəklər. Kooperasiyalarda birləşib belə müəssisələri genişləndirmək mümkün və vacibdir.
Rafil Hüseynov Çaxırlıdakı çörək və tikiş cexlərini nümunə  göstərib, burada 24 qadına iş yeri açıldığını dedi.
RİH başçısı kənddə təhsilə göstərilən münasibətin yüksək olmamasını deyib göstərdi ki, nəticələr qaneedici deyil. Uşaqların təhsilinə biganə olmayın.
Veteran müəllim Allahverdi Nəzirov Bala Kolatanda məktəb tikilməsini, torpaq islahatının düzgün aparılmamasını, Təvəkkül Nəzirov qazın zəif verilməsini, Rəfi Dadaşov mal-qaranın örüşünə gedən yolun palçıqdan keçilməz olduğunu gündəmə gətirdilər.
Rayon rəhbəri təklif və müraciətlərə münasibət bildirib görüşü yekunlaşdırdı.
 
RİH başçısı Rafil Hüseynov qəbuldan sonra kənddəki inkubator sexinə baş çəkdi, burada kollektiv üzvləri ilə görüşüb təklif və tövsiyələr verdi. O, göstərdi ki, rayonda Qadın Resurs Mərkəzi yaradılandan sonra yüzlərlə iş yeri açılmışdır. Çaxırlıdakı çörək və tikiş, buradakı inkubator sexini nümunə göstərdi. Qeyd etdi ki,  inkubator sexini genişləndirmək, burada daha çox iş yeri açmaq mümkündür.
Yem sexinin fəaliyyəti üçün taxıl əkmək vacibdir.
Sexin sahibi Etibar Sadıqov, kənd sakini Solmaz Əliyeva bildirdilər ki,   bu, çox nəcib təşəbbüsdür, adamların məşğulluğunu təmin edən amildir.

Həsənağa ƏLİYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад