Главная > Siyasət > Masallıda Aprel şəhidlərinin anım mərasimi keçirilib

Masallıda Aprel şəhidlərinin anım mərasimi keçirilib


4-04-2019, 18:11. Разместил: yeni321





Masallıda Aprel şəhidlərinin anım mərasimi keçirilib

Azərbaycan Ordusunun uğurlu Aprel döyüşlərindən üç il keçir. 2016-cı il aprelin əvvəllərində sarsıdıcı zərbə ilə Ermənistan ordusunun çoxlu canlı qüvvəsini və hərbi texnikasını itkiyə məruz qoyan Silahlı Qüvvələrimiz bir neçə düşmən postunu məhv edərək strateji yüksəklikləri azad etdilər.
Masallıda Aprel döyüşlərinin ildönümü qeyd edilib, şəhidlərimizin anım mərasimləri keçirilib.

Viləş kəndində Aprel şəhidinin anım mərasimi 

Masallı rayonunun Viləş (Kalinovka) kəndində 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş müddətdən artıq xidmət edən hərbi qulluqçu Nurlan Əsgərlinin də ildönümü mərasimi keçirilib.
2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdikləri təxribatların qarşısını alarkən şəhid olmuş Nurlan Əsgərlinin xatirəsi onun doğulub boya-başa çatdığı Viləş kəndində anılıb. Tədbirdən öncə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova şəhidin atası ilə görüşüb. A.Qafarova və çıxış edənlər Aprel şəhidinin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, Nurlan Əsgərlinin də xatirəsi daim qəlbimizdə yaşayacaq.
Sonra Masallı Dövlət Regional Kollecinin müəllimi Camaləddin Əliyev, tələbələr Səbinə Xəlilova, Əsra Yusifli, Dilruba Dadaşova, Gülnarə Musayeva, Aynur Səfərova, Qönçə Əbilova, Gülnar Kərimova və Məryəm Dadaşzadə Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyib, səhnəciklər göstəriblər. Onlar Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə əminliklərini bildiriblər.
Şəhidin atası Bayram Əsgərov ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Anım mərasimi Viləş kəndində şəhidin məzarını ziyarət etmək və ruhuna dualar oxumaqla başa çatıb.

 
Güllütəpə kəndində Aprel şəhidinin anım mərasimi 

Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin doğulub boya-başa çatdığı Güllütəpə kəndində keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.
A.Qafarova şəhidin anası Sehranə İbrahimova ilə görüşüb.
Şəhidin anası Sehranə xanım ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
 
 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад