Главная > Siyasət > Masallıda ölkə əhalisinin sayının 10 milyon nəfərə çatması münasibətilə silsilə tədbirlər keçirilib

Masallıda ölkə əhalisinin sayının 10 milyon nəfərə çatması münasibətilə silsilə tədbirlər keçirilib


8-04-2019, 13:09. Разместил: yeni321
Masallıda ölkə əhalisinin sayının 10 milyon nəfərə çatması münasibətilə silsilə tədbirlər keçirilib
                                                                       
Ölkəmizdə əhalinin sayının 10 milyon nəfərə çatması Masallıda sevinclə qeyd edilir. Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin xətti ilə silsilə tədbirlər keçirilib.
Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması respublikanın hər yerində olduğu kimi, rayonumuzda da sevinclə qeyd olunur.
Bu əlamətdar hadisə münasibətilə aprelin 7-də Masallıda iki min ədəd ağac əkilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı 2 hektar sahədə sərv, şam, göyrüz və başqa növ ağaclar əkilib. Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və aparatı, təhsil, səhiyyə işçiləri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri, məktəblilər, tələbələr və s. iştirak ediblər.
Sonra şəhərin Bayraq Meydanında tədbir keçirilib. Bayram tədbirində bildirilib ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə ölkədə iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişafa rəğmən Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub.
Tədbir Masallının tanınmış incəsənət ustalarının ifasında konsert proqramı və məktəblilər tərəfindən hazırlanmış fləşmobla davam edib.
"Asan həyat"da keçirilən bayram konserti proqramı da yaddaqalan olub. Şəhər və kənd sakinləri, rayonumuzun qonaqları Masallı Regional Mədəniyyət və Turizm idarəsinin incəsənət ustalarının ifasında şən mahnılar dinləyib, bir-birindən maraqlı rəqslərə tamaşa ediblər.
On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Masallı şəhərində, Viləş çayının Musakücə kənd körpüsünün sağ və sol səmtlərində ağacəkmə aksiyası təşkil olunub. Gələcəkdə bu yaşıllıqlar şəhərimizin ən gözəl və gəzməli yerlərindən olacaq.
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə keçirilən tədbirlər şəhərin Heydər Əliyev Parkında da davam etdirilib.
Əvvəlcə videoçarx göstərilib.
Bayram tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov söyləyib ki, Azərbaycanın ən gözəl səhifələrindən biri açılır. Dünən Azərbaycanda dünyaya gələn 10 milyonuncu vətəndaş bu gündən ölkənin 11 milyonuncu vətəndaş kimi tanınır. Azərbaycan 10 milyonluq ölkəyə çevrildi. Bu münasibətlə ölkənin rəhbəri cənab Prezident İlham Əliyev və Birinci vitse -prezident Mehriban xanım Əliyeva körpənin valideynlərini və bütün Azərbaycanı təbrik elədi. Bu təbrik hamımızındır. Hamınızı təbrik edirəm. Qədəmləri uğurlu olsun. Azərbaycana qədəm qoyan və adı Mehriban olan Mehriban xanımımız bu dünyaya, onun Azərbaycanına xoş gəlibdir. Sizi 10 milyonluq Azərbaycan münasibətilə bir daha təbrik edirəm. Hamınıza xoş günlər, səadət arzulayıram!
Bakının və Masallının incəsənət ustaları Miriş Hüseynov, Atomoğlan Zahidov, Səidə Şərifəliyeva, Şamo İbayev və Ruslan Zahidovun oxuduqları şən mahnılar, “Masallı” rəqs qrupu, "Halay" folklor kollektivinin ifa etdikləri rəqslər hamıda xoş ovqat yaradıb.
Konsert bir neçə dəqiqəlik böyük atəşfəşanlıqla başa çatıb.








 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад