Главная > Siyasət > Masallı RİH başçısının Yeddioymaq ərazisində səyyar görüş-qəbulu

Masallı RİH başçısının Yeddioymaq ərazisində səyyar görüş-qəbulu


10-04-2019, 18:19. Разместил: yeni321
Masallı RİH başçısının Yeddioymaq ərazisində səyyar görüş-qəbulu
 
Məşğulluğa, sahibkarlığın inkişafına təşəbbüs göstərin

Masallı Rayon İcra Hakimiyyətinin başçısının mütəmadi olaraq ərazilərdə, kəndlərdəki səyyar görüşlərində sakinləri narahat edən məsələlərlə maraqlanması və həlli istiqamətində tapşırıqlar verməsi artıq ənənə halını alıb.
Rayon rəhbərinin növbəti səyyar qəbulu aprelin 10-da Yeddioymaq ərazisinin sakinləri ilə oldu. RİHB aparatının məsul işçilərinin, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə T.Bayraməliyev adına 2 nömrəli Yeddioymaq kənd orta ümumtəhsil məktəbində keçirilən görüşdə Birinci, İkinci Yeddioymaq və Qasımlı kənd sakinləri rayon rəhbərini səmimi hisslərlə qarşıladılar.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək bildirdi ki, hər dəfə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Ölkədə ciddi islahatlara başlanılıb. Ölkə rəhbərinin nümayiş etdirdiyi böyük siyasi iradə nəticəsində son aylarda əsasən, sosial və iqtisadi sahə üzrə imzalanan 16-dan artıq fərman və sərəncam xalqın mənafeyinə xidmət edir. Bütün bunlar qeyri- neft sektorundan büdcəmizə daxil olan vəsaitlər hesabına başa gəlir. Ölkəmiz müharibə şəraitindədir, bunun da iqtisadiyyatımıza təsiri var. Azərbaycan Ordusu dünya reytinq cədvəli üzrə 52-ci pillədədir. Bunun arxasında güclü iqtisadiyyat dayanır. Çünki müasir ordu quruculuğu onun maddi-texniki bazasının hər gün yenilənməsini tələb edir. Buna rəğmən ölkəmizdə böyük qlobal layihələr həyata keçirilir. Paytaxtla yanaşı regionlarda da abadlıq-quruculuq işləri səngimir. Əhalinin sosial rifahının yaxşılaşdırılması respublika Prezidentinin diqqət mərkəzindədir. Masallının bugünkü inkişafı göz önündədir: yollar abadlaşıb, rahatlaşıb. 1-2 ucqar kəndi çıxmaq şərtilə bütün ərazilər təbii qazla təchiz edilib. Uzun illər diqqətdən kənarda qalan kəndlərə içməli su xətti çəkilir, kanalizasiya sistemi qurulur. Elektrik təsərrüfatı yenilənir. Yeni təhsil, səhiyyə ocaqları tikilir. Sənaye Məhəlləsində yeni müəssisələr yaradılacaq, iş yerləri açılacaq. Təkcə regional deyil, ölkənin diqqət mərkəzində olan Masallıya hətta xarici iş adamları da investisiya yatırtmaq istəyirlər.
Kənd təsərrüfatının inkişafı istiqamətində rayonda görülən işlərdən bəhs edən rayon rəhbəri torpaqlardan səmərəli istifadənin vacibliyini qeyd etdi.
Bir neçə kənddə Qadın İnkişaf Qrupunun yaradıldığını vurğulayan icra başçısı bildirdi ki, müxtəlif sahələr üzrə çalışan qadınlar artıq öz ilkin bizneslərini qurublar. Çaxırlıda, Kolatanda bunun bariz nümunəsini görürük. Yerlərdə, ərazilərdə əhalinin məşğulluğuna, kiçik sahibkarlığın inkişafına şərait yaradılmalıdır. Yerli iş adamlarının köməyindən yararlanmaq, təşəbbüskarlıq göstərmək lazımdır.          
“Bugünkü görüşümüzün əsas məqsədi sizləri dinləməkdir” - deyə müraciət edən icra başçısı sakinlərin arzu və istəklərini dinlədi, qayğıları ilə maraqlandı.
Veteran müəllim Oktay Abdullayev məktəbdə istilik sisteminin olmaması, Camaləddin Ələkbərov içməli su problemi, Gülarə Əzimova qızına aliment ala bilməməsi, Məhərrəməli Muxtarov yolun təmiri ilə bağlı müraciətlərini səsləndirdilər.
Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran icra başçısı görüşdə qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад