Главная > Siyasət > ABŞ-ın nümayəndə heyəti Masallıda
ABŞ-ın nümayəndə heyəti Masallıda10-04-2019, 18:25. Разместил: yeni321 |
ABŞ-ın nümayəndə heyəti Masallıda Aprelin 10-da ABŞ-ın nümayəndə heyətinin üzvləri Masallıda rayonunda rəsmi səfərdə olub. Masallı RİH başçısı Rafil Hüseynov tərəfindən səmimi qarşılanan nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Səmimi söhbət şəraitində keçən görüş zamanı ABŞ-ın nümayəndə heyətinə Azərbaycanın əhalisi sıx və böyük rayonlarından olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, həmçinin mədəniyyəti, turizm, yeni yaradılan Masallı Sənaye Məhəlləsi, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2018-cı ilin sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonuna səfəri çərçivəsində bir sıra açılışlar edib. Ölkə rəhbəri həmin səfəri zamanı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında da iştirak edib. Sonra əməkdaşlıq imkanları müzakirə edilib. Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin Qlobal İnkişaf Laboratoriyasının icraçı direktoru Harry Bader, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sindh və İnkişaf mütəxəssisi Erin Garnett çıxış ediblər. Onlar səmimi qəbula və işin təşkilinə görə Masallı RİH başçısı Rafil Hüseynova təşəkkürünü bidiriblər. Qeyd olunub ki, bizim Azərbaycan xalqı ilə möhkəm dostluğumuz var. Regionda inkişaf lokomotivi ola biləcək sabit və firavan Azərbaycan uğrunda dostluğumuzu və tərəfdaşlığımızı gücləndirməyə ümid edirik. Əsas prioritetlərdən biri iqtisadi və siyasi tərəfdaşlığımızı dərinləşdirmək üçün hər iki ölkədə özəl sektorla işləmək istəyimizdir. Səfər zamanı ABŞ İnkişaf Agentliyinin Qlobal İnkişaf Laboratoriyasının icraçı direktoru Harry Bader, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Caydev Sindh və İnkişaf mütəxəssisi Erin Garnett Masallıda kiçik və orta bizneslə məşğul olan qadınlarla iş yerlərində görüşüblər. Gənc və yaşlı nəslin nümayəndələri yaxşı şərait yaratdıqlarına görə Azərbaycan hökumətinə, Masallı RİH başçısına və ABŞ-ın nümayəndə heyətinə təşəkkür ediblər. Hər iki tərəf işin buradakı fəaliyyəti ilə sualları cavablandırıblar. ABŞ-ın nümayəndə heyətinin üzvləri çıxış edərək işgüzar qadınlardan ibarət kollektivə uğurlar arzulayıb, qadınların əməyi ilə yaxından tanış olublar. Masallı ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |