Главная > Siyasət > Masallı RİH başçısının Gəyəçöl ərazisində səyyar görüş-qəbulu
Masallı RİH başçısının Gəyəçöl ərazisində səyyar görüş-qəbulu17-04-2019, 17:32. Разместил: yeni321 |
![]() Aprelin 17-də Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Gəyəçöl ərazisində keçirilib. Gəyəçöl kəndində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlayıb, ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. ![]() Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəyib. Ərazi sakinlərindən Vaqif Şükürov, Məmmədyar Eynullayev, Vilayət Süleymanov, Faiq Əsgərov, Xavər Abıyeva və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə və icra başçısına minnətdarlıqlarını bildirib, təklif və müraciətlərini səsləndirib, onları narahat edən məsələlərin həlli ilə bağlı rayon rəhbərinə müraciət ediblər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. ![]() “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |