Главная > Siyasət > Masallı RİH başçısının Banbaşı ərazisində səyyar-görüş qəbulu
Masallı RİH başçısının Banbaşı ərazisində səyyar-görüş qəbulu8-05-2019, 14:42. Разместил: yeni321 |
Masallı RİH başçısının Banbaşı ərazisində səyyar-görüş qəbulu Mayın 8-də Masallı Rayon İcra Bakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Banbaşı kəndində keçirilib. Səyyar görüş- qəbulda 150-dən çox sakin iştirak edib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb. Rayon rəhbəri cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat verib. Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəyib. Ərazi sakinlərindən Əzim Əzimov, Akif Feyzullayev, Yadigar Əzizov, Mais Əhədov, Mais Teymurov, Böyükxan Rəhimov, Dövlət Bayramov, Firudin Abışov, Ələşrəf Zeynalov və başqaları çıxış edərək uşaq başçasının tikilməsi, Binə Xocavar yolunun təmiri, uşaq pulunun verilməsi, Binə Xocavarda yeni məktəbin tikilməsi məsələsini gündəmə gətiriblər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerində həll olunub, digərləri nəzarətə götürülüb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |